Aktual məlumatlar işığında böyrək xərçəngi

Dünya üzrə böyrək xərçənginin tezliyi bölgələrə görə dəyişir; belə ki, ən çox Çex Respublikasında və Şimali Amerikada görülür. Kişilərdə və irəli yaşlarda daha çox rast gəlinən böyrək xərçəngi 2014-cü ilin məlumatlarına görə ölkəmizdə kişilərdə ən çox görülən 10. xərçəngdir və inkişaf etmiş ölkələrdə böyrək xərçənginin tezliyinin artdığı məlumdur.
Onurğanın bir sağında, bir də solunda olmaqla cəmi iki ədəd olan böyrəklər yumruq böyüklüyündə, lobyaya bənzər formadadır. Qarının arxa divarına söykənmiş vəziyyətdədir və döş qəfəsinin alt hissəsi tərəfindən qorunur.
Hər böyrəyin üstündə böyrəküstü vəzilər yerləşir. Həm böyrəklər, həm də böyrəküstü vəzilər Greto fassiyası kimi tanınan yağlı, nazik fibroz (lifli) qişa ilə örtülmüşdür. Bədəndə süzmə funksiyası yerinə yetirən böyrək qanla gələn tullantı maddələri ayıraraq süzür. Sidiyə çevrilən bu maddələr sidik axarından keçərək sidik kisəsinə çatır və sidik xaric edilənədək burada toplanır.
Bununla yanaşı, böyrəklərin bədəndə başqa funksiyaları da var. Böyrəklər renin adlı hormon ifraz edir. Bu hormon bədəndə qan təzyiqini və maye tarazlığını tənzimləyir. Yenə böyrəklər tərəfindən istehsal olunan eritropoetin hormonu qırmızı qan hüceyrələrinin istehsalını tənzimləyir.
Böyrəklər bədənimiz üçün mühüm orqanlardır. Bəzən hər iki böyrəyin də funksiyasını yerinə yetirə bilmədiyi görülür. Bu halda böyrək çatışmazlığı nəticəsində xəstə müntəzəm olaraq dializ aparatına qoşulur. Bu aparatlar sağlam böyrəyin yerinə yetirməli olduğu işi görərək qanı süzür. Bununla belə, böyrək köçürülməsi ilə tək böyrəklə də normal, sağlam həyat sürmək mümkündür.
Böyrəklərdə xoşxassəli və bədxassəli adlandırılan bir çox fərqli xərçəng növü inkişaf edə bilər. Böyrəkdə kista inkişafı tez-tez görülən haldır və xoşxassəli olduğu üçün xərçəng sayılmır. Adətən həyati risk daşımayan böyrək kistalarının çox vaxt müalicəsinə belə ehtiyac olmur və yalnız müşahidə ilə izlənilir. Bununla yanaşı, böyrək xərçəngi bədxassəlidir və hər xərçəng növündə olduğu kimi həyati risk daşıyır. Böyrək xərçəngi adətən irəli yaşlarda (60 yaşdan yuxarı) meydana çıxır, lakin ailəvi keçən növləri daha erkən yaşlarda görülə bilər. Daha çox kişilərdə görülən bu xərçəng növünün (kişilərdə qadınlarla müqayisədə %50 daha çox görülür), bir çox digər xərçəng növündə olduğu kimi, erkən diaqnozdan sonra tətbiq olunan effektiv müalicə üsulları ilə tam sağaldılması mümkündür.
Böyrək xərçəngi haqqında daha çox məlumat üçün zəhmət olmasa klikləyin.
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.