Çoxsaylı miyeloma müalicəsi üçün FDA təsdiqli ilk udularaq qəbul olunan dərman Ixazomibin FDA təsdiqi – 2015

20 noyabr 2015 tarixində FDA təsdiqi alan Ixazomib (Ninlaro®) əvvəllər müalicə almış çoxsaylı miyelomalı xəstələrdə Lenalidomid və Deksametazonla birlikdə kombinə şəkildə istifadə olunur.
Ixazomib öz kateqoriyasında ağızdan/udularaq qəbulu təsdiqlənmiş ilk dərmandır. Çoxsaylı miyeloma hüceyrələri çox miqdarda zülal istehsal edir və bu zülallar proteazomlarla parçalanır. Parçalanmayıb hüceyrə daxilində toplansalar, hüceyrə üçün toksik/zərərli təsir göstərirlər. Ixazomib də xərçəng hüceyrəsinə təsirini zülal parçalamağa cavabdeh elementlərə - proteazomlara - bağlanıb işləmələrinə mane olaraq göstərir. Bu yolla xərçəng hüceyrəsinin ölümünə səbəb olur. Bu təsirini Lenalidomid ilə birlikdə istifadə olunduqda daha çox göstərir. Ən çox görülən yan təsirləri ishal, qəbizlik, trombosit (qan lövhəciyi) sayının azalması, sinir zədələnməsi və ürəkbulanma kimi bildirilmişdir.
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.