Ebola virusundan nə qədər qorxmalıyıq?

2014-cü il Ebola epidemiyası indiyədək tarixdəki ən böyük epidemiya olmuş, bir çox Afrika ölkəsinə təsir etmişdir.
Virus xəstəlik törədən, bakteriyalardan kiçik, çoxalmaq üçün başqa bir hüceyrənin daxilinə girməli olan, yalnız elektron mikroskopunda görünə bilən parazit deməkdir; zökəm kimi yüngül gedişli və ya qazanılmış immun çatışmazlığı, hemorragik qızdırma kimi ağır gedişli xəstəliklərə səbəb ola bilər. Yazımızın mövzusu olan və son vaxtlar epidemiya şəklində yayılaraq ölümlərə səbəb olan Ebola virusu Marburg adlı başqa virusla birlikdə Filavoviridae ailəsindəndir və həm insanlarda, həm də heyvanlarda (meymunlar, şimpanzelər və qorillalar) xəstəlik yarada bilər.
Ebola virusunun məlum olan 5 növü var. Bunların 4-ü insanlarda xəstəliyə səbəb ola bilər. Bunlar Ebola virusu (Zaire ebolavirus), Sudan virusu (Sudan ebolavirus), Taï Forest virusu (Taï Forest ebolavirus, formerly Côte d’Ivoire ebolavirus) və Bundibugyo virusu (Bundibugyo ebolavirus) növləridir. 5-ci növ olan Reston virusu isə insanları yoluxdursa da, xəstəliyə və ölümə səbəb olmur. Bir çox Afrika ölkəsində olan Ebola virusu ilk dəfə 1976-cı ildə Ebola çayı yaxınlığında (hazırda Konqo Demokratik Respublikasının sərhədləri daxilindədir) aşkar edilmişdir. O tarixdən bəri Afrikada bir çox epidemiya yaşanmışdır. Ebola virusunun rezervuarı tam aydınlaşdırılmasa da, bu mövzuda yarasaların daşıyıcı olduğuna dair sübutlar var.
Zaire-Ebola növü 1976-cı ildə Zairdə epidemiyaya və %88-ə çatan ölüm göstəricilərinə səbəb olmuşdur. Sudan-Ebola növü isə 1976-cı ildə 2 dəfə Sudanda, 2000-ci ildə Uqandada, 2004-cü ildə Sudanda olmaqla 4 müxtəlif epidemiyaya səbəb olmuşdur. Bununla yanaşı, Ivory Coast-Ebola virusu yalnız 1 insanda xəstəlik yaratmış və həmin insan da bu xəstəlikdən sağalmışdır. Bundibugyo-Ebola virusu isə 2007-ci ildə Uqandada aşkar edilmişdir. Qanama və qızdırma ilə gedən xəstəliyə səbəb olmuş, lakin xoşbəxtlikdən ölüm göstəriciləri digər Ebola növlərinə nisbətən aşağı olmuşdur (%30).
Digər epidemiyalar, ölümlər və xəritə təsvirləri ilə bağlı məlumatları aşağıda göstərilən keçiddən əldə edə bilərsiniz.
Xəstəliyin əlamətləri arasında qızdırma (38.6 dərəcədən yüksək), güclü baş ağrısı, əzələ ağrısı, zəiflik, ishal, qusma, qarın (mədə) ağrısı, izah edilməyən qanamalar görülür. Əlamətlər xəstəliyə yoluxduqdan 2-21 gün sonra, orta hesabla 7-10 gün ərzində ortaya çıxır. Xəstəlikdən sağalmaq yaxşı dəstəkləyici müalicədən və xəstənin immun sistemindən asılıdır. Xəstəlikdən sağalanlar ən azı 10 illik immunitet qazanırlar.
Xəstəliyin ilk dəfə insanlara necə ötürüldüyü və hansı canlı tərəfindən daşınıb yayıldığı tam bilinməsə də, tədqiqatçılar heyvanların daşıyıcı olduğunu və insanlara yoluxdurduğunu düşünürlər.
Bir insanda Ebola görüldükdə bu infeksiya digər insanlara bir çox yolla ötürülə bilər:
- Birbaşa təmas yolu ilə (bütövlüyü pozulmuş dəri, ağız, burun və göz kimi bədənin giriş yerləri)
- Ebola xəstəsinin qanına və ya bədən mayelərinə birbaşa təmas (sidik, tüpürcək, nəcis, ağız suyu, sperma)
- İynə və şpris kimi yoluxmuş materiallara təmasla
- Yoluxmuş heyvanlara təmas və ya onların ətini istehlak etməklə
Ebola hava yolu ilə və ya xəstə insanla eyni sudan istifadə edərək, yaxud eyni yeməyi yeyərək ötürülmür. Lakin səhiyyə işçiləri, xəstələrin ailələri və yaxın təmasda olan dostları bədən mayelərinə birbaşa təmas ehtimalına görə ən yüksək yoluxma riskinə malikdirlər.
Ebola epidemiyası olan yerə səyahət edənlərin xəstəlikdən qorunmaq üçün görməli olduğu tədbirlərə aşağıdakılar daxildir:
- Əl gigiyenasına diqqət etmək, sabun və ya alkoqol əsaslı dezinfektantlardan istifadə etmək
- Qan və ya bədən mayeləri ilə təmasdan çəkinmək
- İnfeksiyaya yoluxmuş insanların bədən mayelərinə və ya qanına təmas etmiş şəxsi əşyalarına və ya geyimlərinə çılpaq əllə toxunmamaq, bu infeksiyadan həyatını itirənlərin cənazəsinin yuyulması və s. kimi təmas tələb edən mərasimləri yerinə yetirməmək
- Yarasalara, primatlara və ya yoluxmuş ola biləcək heyvan ətlərinə, tərəvəz və meyvələrə təmas etməmək, onları istehlak etməmək
- Afrikada Ebola xəstələrinin müalicə edildiyi xəstəxanalara getməmək
- Səyahətdən qayıtdıqdan sonra 21 gün ərzində hər hansı səhiyyə mərkəzinə müraciət etmək lazım gəldikdə edilmiş səyahəti səhiyyə işçilərinə bildirmək
Yoluxmadan cəmi bir neçə gün sonra xəstəliyə diaqnoz qoymaq çox çətindir, çünki Ebola xəstəliyinin ilk əlamətləri qrip infeksiyası əlamətlərinə bənzəyir. Lakin xəstənin infeksiyaya yoluxduğu məlum olan biri ilə təması varsa, dərhal karantinə alınmalıdır. Xəstəliyin diaqnozu üçün ELISA və PCR üsulları tətbiq edilir və virusun mövcudluğu müəyyən edilə bilir.
Xəstəliyin əsas əlamətləri bədənin virusla mübarizə apararkən ifraz etdiyi maddələr səbəbindən yaranır və ölümlər bədənin bu cavabından qaynaqlanır. Bu səbəbdən xəstəliyin xüsusi müalicəsi hələ mövcud deyil. Yalnız həqiqi immunitet (xüsusilə virusa yönəlmiş immun hüceyrələrinin istehsalı) yaranana qədər xəstəni həyatda saxlayacaq şəkildə dəstəkləyici müalicə təmin edilir.
Ebola virusu ilə bağlı eksperimental müalicələr mövcuddur (Zmapp-üç monoklonal anticisim kokteyli, Brincidofovir, infeksiyadan sağalmış insanların qanının xəstələrə verilməsi kimi). Yenə eksperimental vaksin mövcuddur, lakin hələ insanlara tətbiq edilə biləcək mərhələdə deyil. 2014-cü il epidemiyası indiyədək tarixdəki ən böyük epidemiya olmuş, bir çox Afrika ölkəsinə təsir etmişdir. Afrikadan kənar digər ölkələrdə isə yalnız səhiyyə işçilərinə təsir etmişdir. Hazırda ölkəmiz ciddi risk altında deyil. Lakin, əlbəttə, Afrika ölkələrinə səyahət edən insanların yuxarıda sadalanan tədbirlərə əməl etməsi həyati əhəmiyyət daşıyır.
Mənbələr
2) Isolation and partial molecular characterisation of a strain of Ebola virus during a recent epidemic of viral haemorrhagic fever in Gabon. Georges-Courbot MC, Lu CY, Lansoud-Soukate J, Leroy E, Baize S Lancet. 1997;349(9046):181.
3) Isolation and partial characterisation of a new virus causing acute haemorrhagic fever in Zaire. Johnson KM, Lange JV, Webb PA, Murphy FA Lancet. 1977;1(8011):569.
4) The reemergence of Ebola hemorrhagic fever, Democratic Republic of the Congo, 1995. Commission de Lutte contre les EpidémiesàKikwit. Khan AS, Tshioko FK, Heymann DL, Le Guenno B, Nabeth P, Kerstiëns B, Fleerackers Y, Kilmarx PH, Rodier GR, Nkuku O, Rollin PE, Sanchez A, Zaki SR, Swanepoel R, Tomori O, Nichol ST, Peters CJ, Muyembe-Tamfum JJ, Ksiazek TG J Infect Dis. 1999;179 Suppl 1:S76.
5) World Health Organization. Unprecedented number of medical staff infected with Ebola. https://www.who.int/mediacentre/news/ebola/25-august-2014/en/# (Accessed on August 25, 2014)
6) Emergence of Zaire Ebola Virus Disease in Guinea - Preliminary Report. Baize S, Pannetier D, Oestereich L, Rieger T, Koivogui L, Magassouba N, Soropogui B, Sow MS, Keïta S, De Clerck H, Tiffany A, Dominguez G, Loua M, TraoréA, KoliéM, Malano ER, Heleze E, Bocquin A, Mély S, Raoul H, Caro V, Cadar D, Gabriel M, Pahlmann M, Tappe D, Schmidt-Chanasit J, Impouma B, Diallo AK, Formenty P, Van Herp M, Günther S N Engl J Med. 2014 Apr
7) World Health Organization. Global Alert and Response. Ebola virus disease, https://www.who.int/csr/disease/ebola/en/.
8) Ebola haemorrhagic fever in Sudan, 1976. Report of a WHO/International Study Team. Bull World Health Organ. 1978;56(2):247.
9) Ebola virus disease in southern Sudan: hospital dissemination and intrafamilial spread. Baron RC, McCormick JB, Zubeir OA Bull World Health Organ. 1983;61(6):997.
10) of Ebola hemorrhagic fever Uganda, August 2000-January 2001. Centers for Disease Control and Prevention (CDC) MMWR Morb Mortal Wkly Rep. 2001;50(5):73
11) Analysis of human peripheral blood samples from fatal and nonfatal cases of Ebola (Sudan) hemorrhagic fever: cellular responses, virus load, and nitric oxide levels. Sanchez A, Lukwiya M, Bausch D, Mahanty S, Sanchez AJ, Wagoner KD, Rollin PE J Virol. 2004;78(19):10370.
12) Laboratory diagnosis of Ebola hemorrhagic fever during an outbreak in Yambio, Sudan, 2004.Onyango CO, Opoka ML, Ksiazek TG, Formenty P, Ahmed A, Tukei PM, Sang RC, Ofula VO, Konongoi SL, Coldren RL, Grein T, Legros D, Bell M, De Cock KM, Bellini WJ, Towner JS, Nichol ST, Rollin PE J Infect Dis. 2007;196 Suppl 2:S193.
13) Human infection due to Ebola virus, subtype Côte d'Ivoire: clinical and biologic presentation. Formenty P, Hatz C, Le Guenno B, Stoll A, Rogenmoser P, Widmer A J Infect Dis. 1999;179 Suppl 1:S48.
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.