Gen müalicəsi ilə döş xərçənginin yayılmasının (metastaz verməsinin) qarşısını almaq mümkün olacaqmı?

Xərçənglə bağlı həyat itkilərinin yüzdə 90-ına metastazlar cavabdehdir. Son illərdə aparılan tədqiqatlar xərçəngin yayılmasını əngəlləyən müalicə strategiyaları hazırlamağa yönəlmişdir. Sentyabr 2016-da nüfuzlu elmi jurnal Nature Communications’da dərc edilmiş tədqiqata görə yeni hazırlanmış gen terapiyası texnikası xərçəng hüceyrələrinin başqa toxuma və orqanlara yayılmasını əngəlləyə bilər.
Xərçəng hüceyrə səviyyəsində genetik xəstəlikdir. Genlərdə yaranan mutasiyaların toplanması nəticəsində hüceyrə nəzarətsiz çoxalmağa başlayır. Gen müalicəsi isə mutasiyaya uğramış bu genlərin sağlam genlərlə dəyişdirilməsini və ya digər genetik texnikalarla manipulyasiyasını əhatə edir. Buna görə xərçəngin yaranmasını hədəfləyən gen müalicəsi böyük ümid vəd edir.
Tədqiqat
Bu araşdırmada xərçəng hüceyrələrində qabaqcıl genetik analizlər aparılaraq təknukleotid polimorfizmləri (Single Nucleotide Polymorphism = SNP), mikroRNA’lar və döş xərçəngi hüceyrələrinin metastaz verməsini təmin edən genlər müqayisə edilmişdir.
Təknukleotid polimorfizmləri, fərdlərin genetik məlumatlarında yaranan fərqlərdir. Təknukleotid polimorfizmlərinin artmış xərçəng riskində və dərmanlara cavabda təsirli olduğunu bilirik.
mikroRNA’lar isə genlərin “nə vaxt və hansı vəziyyətdə” aktiv olacağını müəyyən edir. Tədqiqatçılar bu araşdırmada döş xərçəngində təsirli genetik variasiyaları və əlaqəli mikroRNA-ları aşkarlamağa çalışmışlar.
Araşdırma nəticələrinə görə;
- rs1071738 adlı təknukleotid polimorfizminin metastazda rol oynadığı müəyyən edilmişdir. Bu təknukleotid polimorfizminin miR-96 və miR-182 adlı iki mikroRNA-nın bağlanmasını əngəllədiyi, buna bağlı xərçəng hüceyrələrinin digər toxuma və orqanlara yayılmasını təmin edən Palladin adlı proteinin miqdarının artdığı müşahidə edilmişdir. Başqa sözlə, mikroRNA-lar normal şəraitdə bu proteinin istehsalını basqılayır. Lakin bağlana bilmədikdə protein istehsalı artır.
Tədqiqatçılar həmçinin miR-96 və miR-182 mikroRNA-larını daşıyan nanohissəciklər hazırlayaraq hüceyrə kulturası və siçan modellərində xərçəng hüceyrələrində sınamışlar. Hüceyrələrə göndərilən mikroRNA-ların “Palladin” proteininin istehsalını əngəlləyərək xərçəng hüceyrələrinin metastaz qabiliyyətini azaltdığı müşahidə edilmişdir. Nanohissəciklərə kimyaterapiya dərmanı sisplatin əlavə edildikdə birincili şiş böyüməsində və metastazında ciddi azalmalar görülmüşdür.
Bəs bu tədqiqat klinik baxımdan nə ifadə edir?
- Xərçəng elminin qaranlıq məqamlarından biri olan metastazı hədəfləyən ilk genetik terapiyalardan biridir. Nanotexnologiya və genetika elminin töhfəsi ilə təsirli müalicə üsulu təqdim edilmişdir.
- Erkən mərhələdə diaqnoz qoyulmuş xərçəngdə birincili şiş üçün kimyaterapiya tətbiq edilərkən əlavə olaraq metastazın qarşısını almaq üçün gen terapiyası sınana bilər.
Mənbələr
Local microRNA delivery targets Palladin and prevents metastatic breast cancer
Nature Communications 7, Article number: 12868 (2016)
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.