Nanorobotlar: Xərçəng müalicəsinin gələcəyi

Nanotexnologiya sayəsində nanohissəciklərdən istifadə etməklə hədəflənmiş xərçəng müalicələrinin yolu açılmışdır. İndi isə nanotexnologiyanın təqdim etdiyi daha bir mühüm yenilik var: nanorobotlar!
Bio-nanorobotlar nanoölçülü (1-1000 nanometr) bioloji molekullardan və ya orqanizmlərdən istifadə edilərək hazırlanır. Son illərdə nanotexnologiya elminin inkişafı ilə xərçəng tədqiqatlarında yer alır. Bu sahədəki bəzi tədqiqatlar bunlardır.
- Xərçəng hüceyrələri oksigeni çox sürətlə sərf etdiyinə görə ətraflarında hipoksik (oksigen miqdarı az olan) mühit yaranır. Bu, xərçəng müalicələrinin (xüsusilə radioterapiyanın) effektivliyini azaldır. Bu məqsədlə nüfuzlu elmi jurnal Nature-da yayımlanmış tədqiqatda başlanğıcdan oksigen sensoru olan bakteriyalar istifadə edilərək xərçəng hüceyrələrinin hədəflənməsi nəzərdə tutulmuşdur. Başqa sözlə, hazırlanmış bakteriyaların xüsusiyyəti oksigensiz mühiti müəyyən edib həmin nöqtəyə yönəlmək və dərman buraxılışını həyata keçirməkdir.
- Xərçəng müalicələrində qarşılaşılan çətinliklərdən biri kimyaterapiya dərmanlarının xərçəngli hüceyrələrlə yanaşı sağlam hüceyrələri də zədələməsidir. Kimyaterapiyaya bağlı çoxsaylı tanınmış əlavə təsirlər bu səbəbdən yaranır. Xərçəngli hüceyrəni hədəfləmək uğurlu xərçəng dərmanının əsas xüsusiyyətidir. Bu məqsədlə hüceyrələrimizin idarəedici molekulu olan DNA-dan hazırlanmış nanokapsulların içinə xərçəng dərmanı yerləşdirilmişdir. Hazırlanmış DNA-nın xüsusiyyəti xərçəng hüceyrəsinin səthindəki xüsusi zülalları tanımasıdır. Beləliklə, bu kapsul xəstənin qanına yeridildikdə spesifik olaraq xərçəng hüceyrəsini tanıyacaq və nanoölçülü olduğundan xərçəng hüceyrəsinin içinə girərək dərmanın təsir göstərməsini təmin edəcəkdir.
2012-ci ildə laboratoriya şəraitində xərçəngli və sağlam hüceyrələr üzərində aparılan tədqiqatda tədqiqatçılar sağlam hüceyrələri zədələmədən xərçəngli hüceyrələri məhv etməyi bacarmışlar. 2015-ci ildə irəliləmiş qan xərçəngi (leykoz) xəstələrində klinik tədqiqatlara keçilmişdir. - Nanorobotlar haqqında digər tədqiqat isə genetik cəhətdən dəyişdirilmiş bakteriyaların xərçəng müalicəsində istifadəsidir. Tədqiqatçılar bakteriyaların genlərini dəyişdirərək səthlərini xərçəng zülallarını tanıyan xüsusi reseptorlarla hazırlamışlar. Bundan əlavə bu bakteriyanın başqa xüsusiyyəti daşıdığı xüsusi zülal sayəsində görüntüləmə sistemləri ilə izlənə bilməsidir. Eyni zamanda bakteriya səthində xərçəng dərmanı daşıyan mikroskopik robot sistemi yerləşir. Hazırlanmış bu bakteriya xəstəyə yeridildikdə xərçəngli hüceyrəni tanıyıb yapışacaq və robot sistemi avtomatik olaraq dərmanı xərçəngli hüceyrənin içinə göndərəcəkdir. Bu tədqiqat nüfuzlu elmi jurnal Nature-da yayımlanmışdır.
Nəticə olaraq nanorobotlarxərçəng müalicəsində ümidverici inkişaflara səbəb olur. Nanorobotların istifadəsi ilə xərçəngdə çoxsaylı dərmanlara davamlılıq, yatan xərçəng hüceyrələri kimi xərçəng müalicəsini çətinləşdirən amillərlə mübarizə aparıla biləcəkdir. Yaxın gələcəkdə xəstəyə yeridilən nanorobotlar hər hüceyrəni yoxlayıb zədələnmiş hüceyrələri təmir edə biləcəkdir.
Mənbələr
2. Ouajdi Felfoul, Mahmood Mohammadi, Magneto-aerotactic bacteria deliver drug-containing nanoliposomes to tumour hypoxic regions, Nature Nanotechnology (2016).
3. Yaniv Amir, Eldad Ben-Ishay, Daniel Levner, Shmulik Ittah, Almogit Abu-Horowitz & Ido Bachelet, Universal computing by DNA origami robots in a living animal, Nature Nanotechnology, 353–357 (2014).
4. Rothemund PW.,Folding DNA to create nanoscale shapes and patterns. Nature. 2006 Mar 16, 440(7082):297-302.
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.