ABŞ-da aşağı istilikli tütün satışına FDA icazəsi təəccübləndirdi

Amerika Qida və Dərman İdarəsi (FDA), 30 aprel 2019-dan Philip Morris-in IQOS adlı, Tütün İsitmə Sistemi məhsullarının marketinqinə icazə verdiyini açıqladı.
IQOS nədir?
Kağıza bükülmüş tütün çubuğunu qızdıran elektron cihazdır. İsidilən, amma yanmayan tütün məhsulları çərçivəsində satılan bu cihazla nikotin ehtiva edən buxar-tüstü qarışığı əldə edilir. IQOS üç hissədən ibarətdir: tutacaq, tütün dolu çubuq və şarj qurğusu. Qələmə bənzər bu cihaz Philip Morris markalı tütün çubuqlarını 350 dərəcəyə qədər qızdıran keramika və qızıl lövhə ehtiva edir. Adi elektron siqaretlərdə tütün 600 santigrad dərəcə və daha yüksək temperaturda yanır. IQOS klassik siqaretlərlə eyni nikotin göstəricisinə malikdir!
Yeni deyil: Philip Morris International 2014-də Yaponiya və İtaliyada satmağa başladı. 40 bazarda 7 milyon istifadəçiyə çatdığını deyir. ABŞ-da qadağan məhsulun bu yay Atlantada satışa başlaması hədəflənir.
FDA cihazı, təsdiqləmədiyini, yalnız satışa icazə verdiyini bildirir. Açıqlamada resenziyalı jurnallardakı nəşrlərin onlar tərəfindən araşdırıldığı və klassik siqaretlərə nisbətən üstün tutula bilən məhsul olduğu söylənilir. Siqaret çəkməyən birinin başlamaması tövsiyə olunarkən, xüsusilə gənclərin istifadəsinə məhdudiyyət olacaq. IQOS-la yanaşı Marlboro İstilik Çubuqları, Marlboro Bənövşə və Mentol İsidiciləri də satıla bilər.
Bu cihazlar “yanmayan, lakin qızdırılan” tütün məhsulları adlandırılsa da, ABŞ Federal Qida, Dərman və Kosmetika Qanununda yenə “siqaret” kimi müəyyən edilir. Buna görə bu məhsullar FDA tənzimləmələri çərçivəsində siqaretlərə tətbiq edilən mövcud məhdudiyyətlərə və televiziya-radio reklamını qadağan edən digər federal qanunlara da əməl etməlidir. Əlavə olaraq FDA gənclərin məhsullara çıxışını və reklamlara məruz qalmasını məhdudlaşdırır. Cihazın qablaşdırmasında nikotin asılılığı ilə bağlı xəbərdarlıqların olacağı da söylənir. FDA məhsulun gənclərdə istifadə göstəricisini və marketinqini izləyərək yeni siyasətini buna görə müəyyən edəcək.
Nəticədə, FDA-nın siyasətini şərh etsək, xüsusilə siqaret istifadəsinin azaldığı ABŞ-da tütün şirkətlərinin elektron siqaretlər və IQOS kimi cihazlarla yeni asılılıqlara qapı aça biləcəyini düşünürük. Nikotin miqdarı eyni olduğuna görə adi siqaretlərlə eyni asılılığı yarada bilən məhsulun gənclər arasında xüsusilə məşhur olması böyük təhlükədir. Olmalı olan alternativ tütün məhsullarının dəstəklənməsi deyil, siqareti tam tərgitmə kampaniyalarının aparılmasıdır.
Əlaqəli mövzu:
Mənbələr
fda.gov, 30 April 2019
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.