Aspirin yumurtalıq xərçənginin qarşısını almağa kömək edə bilərmi?

Milli Xərçəng İnstitutu tərəfindən aparılan son tədqiqat gündəlik istifadə olunan aspirinin yumurtalıq xərçəngi riskini %20 nisbətində azalda biləcəyini göstərmişdir.
Əldə edilən yeni sübutlar gündəlik aspirin istifadəsinin yumurtalıq xərçəngi riskini azalda biləcəyini irəli sürür. Lakin bu xərçəng növündə qorunma üsulu kimi müntəzəm istifadə edilə bilməsi üçün aspirinlə bağlı daha çox tədqiqat aparılmalıdır.
Aşağı dozada gündəlik istifadə olunan aspirin bəzi ciddi xəstəliklərin riskini azaltmağa kömək edə bilər. Əvvəllər aparılmış tədqiqatlar aspirinin ürək-damar xəstəliklərindən və müəyyən xərçəng növlərindən (sidik kisəsi, süd vəzi, qaraciyər və ağciyər xərçəngi kimi) qorunmağa kömək edə biləcəyini göstərmişdir. İndi bu siyahıya yumurtalıq xərçəngini də əlavə etməyimiz mümkündür.
Milli Xərçəng İnstitutu tərəfindən aparılan son tədqiqat gündəlik istifadə olunan aspirinin yumurtalıq xərçəngi riskini %20 nisbətində azalda biləcəyini göstərmişdir. Hətta aşağı dozada istifadə edildikdə aspirinin riski daha da azaltdığı müşahidə edilmişdir.
Hər hansı xərçəng növündən qorunmada əldə edilən hər yeni tapıntı yaxşı xəbərdir. Lakin söhbət yumurtalıq xərçəngindən gedirsə, riski azaltmaq üçün ümidverici hər yol vacibdir. Bunun səbəbi bu xəstəliklə bağlı standart görüntüləmə meyarının olmaması və əlamətlərin mədə-bağırsaq xəstəliklərinə və digər tez-tez rast gəlinən sağlamlıq problemlərinə oxşar şəkildə ortaya çıxmasıdır. Nəticədə yumurtalıq xərçəngi müalicəsi çətin irəli mərhələyə çatana qədər aşkar edilə bilməyə bilər.
Bu halda aspirin yumurtalıq xərçəngində necə təsir göstərir? Aspirin və aspirindən başqa digər ağrıkəsicilər (qeyri-steroid iltihabəleyhinə dərmanlar-iltihabın qarşısını alan) kimi bədəndəki iltihabla mübarizə aparan dərmanlar iltihablanmaya bağlı yaranan xəstəliklərdə və xərçəng, diabet və ürək-damar xəstəliklərində riski azaltmağa kömək edə bilər.
Milli Xərçəng İnstitutu və tədqiqatçılar yumurtalıq xərçəngi riskini azaltma təsirini ölçmək üçün aspirin, aspirindən başqa digər ağrıkəsicilər (ibufen, apranax, voltaren kimi) və ya parol istifadə edən qadınları qiymətləndirmişlər. Tədqiqatın sonunda gündəlik aspirin istifadə edən qadınlarda daha seyrək aspirin istifadə edən qadınlarla müqayisədə yumurtalıq xərçəngi riskinin %20 nisbətində azaldığı və bu risk azalmasının aşağı dozalı aspirin istifadəsində artdığı qənaətinə gəlinmişdir.
Tədqiqatda aspirindən başqa digər ağrıkəsicilər (ibufen, apranax, voltaren kimi) və ya parolla müqayisədə aspirin istifadəsinin risk azalmasını ən yaxşı təmin edən yol olduğu görülmüşdür. Aspirindən başqa digər ağrıkəsici dərmanları istifadə edən qadınlarda da yumurtalıq xərçəngi riskinin azaldığı görülmüşdür. Lakin bu azalma aspirində %20 səviyyəsində olduğu halda, aspirindən başqa ağrıkəsicilərdə %10 səviyyəsində qalmışdır. Bununla yanaşı, iltihabəleyhinə dərman olmadığı üçün parolun yumurtalıq xərçəngi riskini azaltmadığı müəyyən edilmişdir.
Yenə də aspirinin yumurtalıq xərçənginə qarşı sübut edilmiş profilaktik tədbir kimi qəbul edilməsi üçün hələ tezdir. Hələlik yaxşı olan başqa xəstəliklərdə riski azaltmaq üçün həkiminiz tərəfindən təsdiqlənmiş gündəlik aspirin istifadəsinin yumurtalıq xərçəngi riskini də azalda biləcəyini bilməyinizdir.
Mənbələr
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.