İbuprofen siqaret çəkən şəxslərdə ağciyər xərçənginə tutulma riskini azalda bilər

Bu məqalədə
Ağciyər xərçənginin ən mühüm səbəbi siqaret istifadəsidir. Siqaret çəkənlərin ağciyər xərçənginə tutulma riskinin 30 dəfə çox olduğu araşdırmalarla göstərilib. Son illərdəki tədqiqatlarda xroniki iltihabın ağciyər xərçəngi riskini artırdığı müəyyən edilmişdi. Dekabr 2016-cı ildə keçirilən 17-ci Dünya Ağciyər Xərçəngi Konqresində təqdim olunan tədqiqatda qeyri-steroid iltihabəleyhinə dərman (NSAİİ) olan İbuprofenin siqaret çəkənlərdə ağciyər xərçəngindən ölüm riskini azaltdığı bildirilib.
Araşdırma çərçivəsində 10735 iştirakçıdan siqaret istifadəsi, ibuprofen və ya digər NSAİİ qəbulu və həyat tərzi barədə məlumat toplanıb. İştirakçılar 18 il izlənib. 2006-cı ilədək iştirakçıların ölüm halları araşdırılıb.
Nəticələrə görə;
- 269 nəfər ağciyər xərçəngindən həyatını itirib. Ağciyər xərçəngindən ölənlər arasında siqaret çəkənlərin sayı 252 idi; yəni ağciyər xərçənginə tutulanların %93.6-sı siqaret istifadəçisi idi.
- Tədqiqatçılar həmçinin siqaret çəkən 5.882 iştirakçıda NSAİİ-lərin təsirini araşdırıblar.
- Siqareti çəkib tərgitmiş və ya hələ çəkən şəxslərdə müntəzəm ibuprofen istifadə edənlərin ağciyər xərçəngindən ölüm riskinin % 48 az olduğu müəyyən edilib.
- Lakin NSAİİ qrupundan dərman olan aspirinin ağciyər xərçəngindən ölüm riskini azaldan təsirinə dair əlaqə tapılmayıb.
Bəs bu nəticələr klinik baxımdan nə ifadə edir?
- Ağciyər xərçənginin ən mühüm qarşısı alına bilən səbəbi şübhəsiz siqaretdir. Ağciyər xərçəngindən qorunmağın ən yaxşı yolu siqareti tərgitmək və sağlam həyat tərzinə sahib olmaqdır.
- Müntəzəm ibuprofen istifadəsinin yüksək risk qrupundakı siqaret çəkən şəxsləri xərçəngdən qoruya biləcəyinə dair mühüm tədqiqatdır. Lakin ibuprofen istifadə etməzdən əvvəl ciddi sağlamlıq riskləri yaratmamaq üçün mütləq həkiminizlə məsləhətləşin.
Mənbələr
Regular Use of Ibuprofen May Lower Lung Cancer Risk Among High-Risk Subgroups of Cigarette Smokers
2016, IASLC 17th World Conference on Lung Cancer (WCLC) in Vienna, Austria.
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.




Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.