Meyvə istehlakı və prostat xərçəngi riski

Çox meyvə — xüsusilə sitrus — istehlak edən kişilərdə prostat xərçəngi yaranma riskinin azaldığını göstərən tədqiqat 17 aprel 2017-ci ildə Internationa Journal of Cancer jurnalında dərc edilib…
Bununla belə, nə tərəvəz, nə də meyvə istehlakının prostat xərçənginə bağlı həyat itkisi (ölüm) riski ilə əlaqəsi tapılmayıb. Yəni çox meyvə istehlakı prostat xərçənginə tutulma riskini azaldır görünsə də, xəstəliyə bağlı həyat itkisi riskinə təsiri görünmür.
Xüsusilə sitrus istehlakı ilə prostat xərçəngi riskinin azalması arasında əlaqə görülüb. Bu əlaqənin təbii səbəbi hələ bilinmir. Alma, armud və ya banan istehlakı ilə prostat xərçəngi rastgəlmə nisbəti arasında isə bu tədqiqatda əlaqə tapılmayıb.
8 Avropa ölkəsindəki 142.239 kişinin 13.9 il izləndiyi bu geniş tədqiqatda onlardan 7036-sının prostat xərçənginə tutulduğu görülüb. Ən mühüm nəticə olaraq çox meyvə istehlak edənlərdə prostat xərçənginə tutulma riski ən az meyvə yeyənlərdən % 9 azalıb və bu risk azalması əhəmiyyətli sayılıb.
Avropa kişilərindəki bu geniş perspektiv (prospektiv) tədqiqatın tapıntıları ümumi meyvə istehlakının yüksək olmasının prostat xərçəngi riskində kiçik azalma ilə bağlı ola biləcəyini təklif edir. Sitrus meyvələri ilə ümumi prostat xərçəngi riski arasında tərs əlaqəyə dair zəif sübutlar, yarpaqlı tərəvəzlərlə yüksək dərəcəli (high grade) prostat xərçəngi arasında müsbət əlaqə görülüb. Bununla yanaşı, meyvə və tərəvəz istehlakının riskə təsiri barədə qəti nəticə çıxarmazdan əvvəl daha uzunmüddətli geniş müşahidə tədqiqatlarına ehtiyac var.
Mənbələr
Fruit and vegetable intake and prostate cancer risk in the European Prospective Investigation into Cancer and Nutrition (EPIC).
Int J Cancer. 2017 Apr 17
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.