Müntəzəm aspirin qəbulunun irəliləmiş prostat xərçəngi riskinə və ömür müddətinə təsiri

Keçən həftə Amerikada keçirilən 2016 Genitourinar Xərçənglər Simpoziumunda təqdim edilən diqqətçəkən tədqiqata görə müntəzəm aspirin aqressiv prostat xərçəngi riskini azalda bilər. Həmçinin diaqnozdan sonra müntəzəm aspirin qəbul edən prostat xərçəngli kişilərdə ölüm riski əhəmiyyətli azala bilər.
Aspirin adətən ürək sağlamlığı ilə əlaqələndirilir. Lakin son illərdə xərçəngdə istifadəsi çox araşdırılır. Yazımız aspirin ilə prostat xərçənginin əlaqəsi haqqındadır. Prostat xərçəngi əsasən yavaş inkişaf edir və ya ağrısız gedir, amma hər il çoxlu ölümə səbəb olur. 2016 Genitourinar Xərçənglər Simpoziumunda təqdim edilmiş işdə diaqnozu olmayan və müntəzəm aspirin alan kişilərdə irəliləmiş prostat xərçəngi riski 24% azalmışdır. Diaqnozlu kişilərdə də müntəzəm qəbul ölüm riskini 39% azaltmışdır. Lakin diaqnozdan əvvəl müntəzəm aspirin yerli irəliləmiş və ya yüksək dərəcəli prostat xərçənginin qarşısını almaqda nəzərəçarpan fayda verməmişdir.
Tədqiqatda 1982-2009 illərində qeydə alınmış 22.071 kişi izlənmişdir. Prostat xərçəngi vəziyyəti və aspirin istifadəsi hər il anketlə nəzərdən keçirilmiş, xəstəxana qeydləri araşdırılmışdır. Əvvəl müntəzəm aspirinlə ölümə səbəb olan və ya metastatik (işdə “lethal” adlanmış) prostat xərçəngi əlaqəsi yoxlanmışdır. Müntəzəm qəbul həftədə 3 tablet və çoxu kimi müəyyən edilmişdir.
27 illik müşahidədə 403-ü lethal olmaqla ümumilikdə 3193 kişidə prostat xərçəngi yaranmışdır. Yaş, bədən kütlə indeksi, irq və siqaret nəzərə alınanda prostat xərçəngi olmayan və müntəzəm aspirin qəbul edənlərdə xəstəlik riski 24% aşağı olmuşdur.
Diaqnozlu kişilərdə müntəzəm aspirin qəbul edənlərin prostat xərçənginə bağlı ölüm riskinin təxminən 40% azaldığı görülmüşdür.
Araşdırmaçılar faydanın trombositləri əngəlləmə rolundan qaynaqlana biləcəyini düşünmüşlər. Trombositlərin immun sisteminin dövr edən xərçəng hüceyrələrini tanımasına mane olduğu, aspirinin isə funksiyalarını azaldıb hüceyrələrin tanınmasını təmin edə biləcəyi fikri irəli sürülmüşdür. Bəzi heyvan işləri fərziyyəni dəstəkləyir. Bu, niyə yalnız yayılmış/metastatik prostat xərçənginə təsir edib regional xərçəngə etmədiyini izah edir.
Əsas məhdudiyyət demək olar 30 ildən çox izlənən iştirakçıların aspirin tezliyi və dozasındakı dəyişikliklər idi. 1982-ci ildə başlanan işdə əvvəl gündə 325 mg aspirin istifadə edilmiş, 5 il sonra aşağı dozanın kardiovaskulyar (ürək xəstəlikləri) faydası görüləndə lazım olan doza 81 mg seçilmiş, ideal doza isə tam aydınlaşmamışdır.
İş aspirinin kolorektal (yoğun bağırsaq) xərçənglər və ürək xəstəliklərindən başqa xəstəliklərdə də faydalı ola biləcəyini göstərmişdir. Tapıntıların müşahidə tədqiqatından gəldiyini unutmaq olmaz. Bu işlər şübhəsiz maraqlıdır. Gələcək araşdırmalar hansı xərçənglərdə faydalı olduğunu və ideal dozanı daha dəqiq göstərəcəkdir.
Mənbələr
Regular aspirin use and the risk of lethal prostate cancer in the Physicians' Health Study.
2016 Genitourinary Cancers Symposium. J Clin Oncol 34, 2016 (suppl 2S; abstr 306)
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.