Qan xərçəngində kimyaterapiyasız effektiv müalicə

Ciddi yan təsirlərə səbəb ola bilən kimyaterapiyaya ehtiyac qalmadan qan xərçənginin uğurla müalicə edilə biləcəyi irəli sürüldü.
Qan xərçəngi həyati risk daşıyan xərçəng növüdür. Müalicəsi üçün tətbiq olunan üsullarda zaman-zaman ortaya çıxan ciddi yan təsirlər xəstələr üçün öhdəsindən gəlinməli olan başqa bir problem ola bilər. Elm dünyası belə çətin xəstəliyə qalib gəlmək üçün mübarizə apararkən, istifadə olunan müalicə üsullarından yarana biləcək çətinlikləri də aradan qaldırmağı hədəfləyir. Bu səbəbdən aparılan onlarla araşdırmadan biri qan xərçənginin kimyaterapiya kimi effektiv, lakin eyni zamanda ciddi yan təsirlərə səbəb ola bilən bir üsuldan istifadə edilmədən müalicə edilə biləcəyini irəli sürüb. Gəlin nəzər salaq.. Qan xərçəngi kimi ciddi müalicə prosesləri tələb edən xəstəlik üçün hansı üsul üzərində çalışılır?
Qan xərçənginin müalicəsində adətən kimyaterapiya dərmanlarına əlavə olaraq A vitamini ehtiva edən trans-retinoik turşu (ATRA) adlı dərmandan istifadə olunur. Kimyaterapiyanı qəbul edə bilməyən xəstələr üçün isə adətən ATRA və əlavə olaraq arsen trioksid adlı dərmandan istifadə edilir.
Kimyaterapiyasız tətbiq olunan müalicə üsulu zamanı bir qrup alman və italyan alimi ciddi yan təsirlərə səbəb ola bilən kimyaterapiyaya ehtiyac qalmadan qan xərçənginin uğurla müalicə edilə biləcəyini irəli sürdü.
Araşdırma məhz bu məqamda işə düşdü və kəskin promiyelositik leykoz (qan xərçənginin bir növü) olan 156 xəstə üzərində aparıldı. Bu ikili dərman kombinasiyaları aşağı və orta risk daşıyan xəstələr üzərində müqayisə edildi. ATRA və əlavə olaraq arsen trioksid qəbul edən xəstələrdə ATRA və əlavə olaraq kimyaterapiya qəbul edən xəstələrə nisbətən hansı nəticələrin əldə edildiyi yoxlanıldı.
Nəticələr ümidverici idi. Kimyaterapiya almayan xəstələrdə bu ikili kombinasiya ilə daha müsbət nəticələrin əldə edildiyi müşahidə olundu. ATRA-kimyaterapiya qrupu ilə müqayisədə ATRA-arsen trioksid qrupunda xəstəliyin daha çox gerilədiyi və xəstələrin sağ qaldığı müəyyən edildi.
Kimyaterapiya dərmanları xərçəng müalicəsində tez-tez istifadə olunan müalicə üsullarından biridir, lakin bu dərmanların güclü və ciddi yan təsirləri ola bilər. Kəskin promiyelositik leykozlu xəstələrdə müalicə üçün istifadə olunan kimyaterapiya sümük iliyinə təsir edir və bu da qan hüceyrələrinin sayının azalmasına səbəb olur. İnfeksiya, asanlıqla göyərmə və ya qanaxma, halsızlıq kimi riskləri artırır. Hətta bəzi xəstələrdə qaraciyər problemlərinə səbəb ola bilər. Kimyaterapiya əvəzinə arsen trioksid ilə ATRA-dan istifadə bu cür problemlərin azalmasına və müalicədən daha effektiv nəticə əldə edilməsinə imkan verir.
Nəticələrin uzunmüddətli plan çərçivəsində izlənilərək təsdiqlənməsi lazım olsa da, hesab edirəm ki, bu yeni müalicə kombinasiyası sayəsində qan xərçənginin bir alt növü olan kəskin promiyelositik leykozda yan təsirləri azaldılmış uğurlu nəticələr əldə edilə bilər. Müalicə müddətində müşahidə olunan yan təsirlərin daha az olması xəstələrin özlərini psixoloji və fiziki cəhətdən rahat hiss etmələri ilə düz mütənasibdir və bu da öz növbəsində həyati töhfə verir. Bu gün müalicəsi mümkün olmayan xəstəliklərin sayı hər keçən gün azalır, son illərdə xərçəng müalicəsi sahəsində əldə edilən uğurlar sayəsində ümidimiz daha da artır.
Möhkəm olun və ümidinizi heç vaxt itirməyin.
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.