Ramazan bayramında uşaqlar və qonaqlar üçün konfet əvəzinə sağlam şirniyyat tövsiyəsi

Şəkər bayramı da adlandırılan Ramazan bayramının ən mühüm ənənəsi konfet və şirniyyat ikram etməkdir. Son illərdə azalsa da, uşaqların konfet toplamaq həyəcanı, ən gözəl qablarda hazırlanan növbənöv şirniyyat və konfet hazırlıqları, paylaşma sevinci ailənin bir araya gəlməsi ilə tamamlanır. Bəs bu Ramazanda nisbətən daha sağlam və asan şirniyyat hazırlamağa nə deyirsiniz? Gəlin, birlikdə hazırlanması çox praktik olan sərin yay şirniyyatına nəzər salaq.
12 nəfərlik çiyələk souslu kəsmik şirniyyatının ərzaqları
- 500 qram (yarım kilo) çiyələk
- 500 qram kəsmik (yağsız, duzsuz)
- 1 xörək qaşığı üyüdülmüş Antep fıstığı
- 1 xörək qaşığı qarğıdalı nişastası
- 1 xörək qaşığı kokos
- 1 desert qaşığı darçın
- 6 ədəd qoz
- 1 paket çalınmış qaymaq qarışığı (%30 yağlı)
- 1 xörək qaşığı şəkər kirşanı
- 1 xörək qaşığı toz şəkər
- 3 stəkan süd (yarımyağlı)
Çiyələk souslu kəsmik şirniyyatının hazırlanması
Böyük qabda kəsmiyi, südü və şəkər kirşanını qarışdırın. İçinə çalınmış qaymaq qarışığı, qoz və darçını əlavə edin. Qatılaşanadək çalın. Çiyələklərin yarısını təmizlədikdən sonra kokosla birlikdə əlavə edib yenidən qarışdırın. Qarışığı kasalara bölüşdürüb soyuducuya qoyun. Çiyələklərin digər yarısını blenderdə püre halına gətirin. Tavada nişasta ilə şəkəri qatılaşanadək bişirin və ocağı söndürdükdən sonra bu qarışığa çiyələk püresini əlavə edin. Ocaqdan götürüb otaq temperaturuna gəlməsini gözləyin. Soyuducuya qoyduğunuz kasaların üzərinə bu qarışıqdan əlavə edin. Soyuducuya qoyun və 3 saatdan sonra şirniyyatınız hazırdır. Çiyələk souslu kəsmik şirniyyatınızı çiyələk və Antep fıstığı ilə bəzəyin. İstəsəniz sousu tökərkən kiçik çay qaşığını kasanın kənarından batırıb kiçik yer aça bilərsiniz; beləliklə, şirniyyat kənardan daha rəngli və qatlı görünür. Nuş olsun.
1 porsiya üçün təxmini qida dəyərləri
- Kalorisi ............. 135 kalori
- Karbohidrat ............. 35 gr
- Yağ ............. 9.96 gr
- Xolesterin ............. 14.25 mg
- Natrium ............. 35.9mg
- Kalium ............. 179.28 mg
- Lif ............. 1.15 gr
- Zülal ............. 10.6 gr
- Kalsium ............. 100 mg
- Vitamin A ............. 72 IU
- Vitamin C ............. 28.78 mg
- Dəmir ............. 0.21 mg
Qeyd: Yazıda istifadə etdiyimiz foto hazır vizualdır. Bu resepti tətbiq etdikdən sonra çəkəcəyiniz fotonu bizimlə paylaşsanız, çox sevinərik. Elektron poçt ünvanımız:
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.