Restoran və fast-food yeməklərinin gündəlik enerji və qida maddələri baxımından müqayisəsi

Qidalanma forması ilə sağlamlıq əlaqəsi ən çox maraq doğuran və ən çox araşdırılan mövzulardan biridir. Müasir həyat və sıx iş tempi ilə yemək vərdişlərimizdə ciddi dəyişikliklər olmuşdur. Bu dəyişikliklərin ən nəzərəçarpanı evdən kənarda yeyilən yeməklərin payının artmasıdır. Çöldə yemək vərdişi deyildikdə fast-food məkanları və restoranlar yada düşür. Yemək vərdişləri ilə bağlı indiyədək aparılan araşdırmalar nəticəsində “fast-food” sözünün mənası “pis yemək vərdişi”nə çevrilmişdir. Bəs restoranlarda yemək vərdişi nə qədər məsumdur?
Kalori qəbulu və yemək keyfiyyəti qidanın keyfiyyətinə və istehlak yerinə görə dəyişir. 1 iyulda Avropa Klinik Qidalanma jurnalında dərc edilən tədqiqatda restoran və fast-food yeməkləri gündəlik enerji və qida maddələri baxımından müqayisə edilmişdir.
Tədqiqat çərçivəsində yaşı 18 və yuxarı olan 18 098 amerikalı gündəlik ümumi kalori və 24 əsas qida maddəsi qəbulu baxımından izlənmişdir. Evdə qida/içki istehlakı ilə müqayisədə evdən kənarda (fast-food və ya restoran) qidalanma vərdişləri araşdırılmışdır.
Tədqiqatın nəticəsinə görə fast-food və restoranda qida/içki istehlakının gündəlik qəbul edilən ümumi enerji miqdarını nəzərəçarpacaq artırdığı müəyyən edilmişdir. Bununla yanaşı, ümumi yağ, doymuş yağ, xolesterin və duz qəbulunda da nəzərəçarpan artım aşkar edilmişdir.
Nəticə etibarilə, evdə yeməkdən başqa seçimlər oxşar dərəcədə qeyri-sağlam görünür. Buna görə sağlam qidalanma üçün yalnız fast-food istehlakı hədəflənməməli, restoranların da qida keyfiyyətini və tərkibini yaxşılaşdırması üçün siyasətlər hazırlanmalıdır.
Əslində hamımızın bildiyi kimi, evdə yemək ən sağlamıdır. Gəlin evə daha çox vaxt ayıraq, uşaqlarımızı evdə yeməyə alışdıraq və ana yeməyinin dadını bacardığımız qədər əvəzolunmaz edək.
Mənbələr
Fast-food and full-service restaurant consumption and daily energy and nutrient intakes in US adults
European Journal of Clinical Nutrition , (1 July 2015) | doi:10.1038/ejcn.2015.104
https://www.nature.com/ejcn/journal/vaop/ncurrent/full/ejcn2015104a.html
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.