Serviks (uşaqlıq boynu) xərçəngi üçün tətbiq olunan vaksin (Gardasil) 18 yaşdan yuxarı qadınları xərçəngdən qoruyurmu?

Klinik Onkologiya Jurnalının dərc etdiyi tədqiqat nəticələrinə görə Gardisil və ya Silgard kimi də tanınan Gardasil adlı HPV (insan papilloma virusu) vaksini xüsusilə 18 yaşdan yuxarı və ya anormal hüceyrə göstəriciləri olan qadınların mühüm qismini yüksək dərəcəli yastıhüceyrəli intraepitelial zədələnmələrdən (xərçəngin səbəb olduğu struktur və funksional pozuntular) və ikinci dərəcəli displaziyadan qorumur ola bilər.
HPV, yəni digər adı ilə insan papilloma virusu xüsusilə cinsi yolla ötürülən ən geniş yayılmış xəstəliklərdən biridir. Fəal cinsi həyatı olan hər yaşda qadında HPV virusu görülür. Lakin bu virusun ən çox görüldüyü yaş 52-dir. Bununla yanaşı, qadınlarda HPV-nin ən çox rast gəlindiyi orta yaş 35-39 və 60-64 yaşları kimi qeydə alınmışdır. 1970-ci illərdən bu günə qədər HPV ilə xərçəng əlaqəsi üzrə tədqiqatlar davam etmiş və 100-dən çox HPV növü aşkar edilmişdir. HPV (insan papilloma virusu) serviks, yəni uşaqlıq boynu, vulva, vagina, anus, penis kimi nahiyələrdə yerləşərək xərçəngə səbəb olur. Buna görə dünyada ikinci, ölkəmizdə ilk sıralarda yer alan ginekoloji xərçənglərdən biri olan uşaqlıq boynu xərçənginin demək olar ki, hamısında HPV virusu müşahidə edilir.
Gardasil (dördvalentli insan papilloma virusu [ən çox xərçəngə səbəb olan HPV tip 6,11,16,18] rekombinant vaksini) uşaqlıq boynu xərçəngi ilə əlaqəli HPV növlərinə qarşı qoruyucu kimi Amerika Dərman İdarəsi tərəfindən təsdiqlənmiş iki vaksindən biridir. Vaksin 9-26 yaşları arasında qadınlar üçün təsdiqlənmişdir. Mütəxəssislər qadınların fəal cinsi həyatına başlamazdan əvvəl 11-12 yaşlarında bu vaksini etdirməsini tövsiyə edirlər.
Manitoba Universitetindən bəzi tədqiqatçılar Gardasil adlı vaksinin qoruyucu təsirini qiymətləndirmək üçün tədqiqat aparmışlar. Bu tədqiqata sentyabr 2006 - aprel 2010 illəri arasında 15 yaşdan böyük 13,000-dən çox qadın qatılmışdır. İştirakçıların 3,541-i Gardasil adlı vaksini almış, 9,594-ü isə yaşları uyğunlaşdırılmış, vaksin almamış qadınlardan ibarət olmuşdur. Tədqiqatçılar bu tədqiqatda atipik yastı hüceyrələrin göstəricisinə, aşağı dərəcəli yastıhüceyrəli intraepitelial zədələnmələrə və yüksək dərəcəli yastıhüceyrəli intraepitelial zədələnmələrə aid təxmini risk göstəricisinə baxmışlar.
Tədqiqatda vaksinin 15-17 yaşları arasında qadınlarda yüksək dərəcəli yastıhüceyrəli intraepitelial zədələnmə (SIL) riskini %35 nisbətində azaltdığı müşahidə edildiyi halda, bu göstərici aşağı dərəcəli yastıhüceyrəli intraepitelial zədələnmələrdə (SIL) %21 kimi müəyyən edilmişdir. Atipik yastı hüceyrələrin göstəricisi isə %1 kimi qeydə alınmışdır. Müvafiq təxmini göstəricilər məlumatlar qeydə alındıqdan sonra ən azı bir Pap smear testi etdirən qadınlar arasında artmışdır. Buna görə yüksək dərəcəli SIL göstəricisi %46-ya, aşağı dərəcəli SIL göstəricisi %35-ə və atipik yastı hüceyrələrin göstəricisi %23-ə yüksəlmişdir.
Bu məlumatların əksinə, 18 yaş və daha yuxarı qadınlarda vaksinin təsirinin daha aşağı olduğu aşkar edilmişdir. Vaksinin anormal hüceyrə göstəriciləri olmayan bu yaş qrupu qadınlar arasında yüksək dərəcəli SIL göstəricisini %23 azaltdığı müəyyən edilmişdir. Lakin vaksinin anormal hüceyrə göstəriciləri olan qadınlarda heç bir qoruyucu təsirinə rast gəlinməmişdir.
Nəticə olaraq, bu məlumatlar Gardasil adlı vaksinin xüsusilə vaksindən əvvəl anormal hüceyrə göstəriciləri olan və ya 18 yaşdan yuxarı vaksin olunan qadınları yüksək dərəcəli SIL və ikinci dərəcəli displaziyadan qorumaqda çox təsirli olmadığını göstərmişdir.
Bu tədqiqat əslində HPV-yə (insan papilloma virusu) yoluxmazdan əvvəl qadınların erkən yaşda vaksin olunmalı olduğunu vurğulayır. Bu, HPV olan hər insanda xərçəng inkişaf edəcəyi demək deyil. Lakin ildə 1-2 dəfə həkim müayinəsindən keçmək görülə biləcək tədbirlərdən biridir və sağlam həyat sürməyinizə fayda verir.
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.