Sonidegib nədir? FDA təsdiqi

24 iyul 2015 tarixində FDA-dan təsdiq alan Sondegib (Odomzo®) əməliyyat və ya radioterapiyadan sonra təkrarlamış, yaxud əməliyyat və ya radioterapiya üçün namizəd ola bilməyən, yaxın toxumalara yayılmış (lokal) irəliləmiş dərinin bazal hüceyrəli karsinoması olan xəstələrdə istifadə olunur. Xərçəngin yaranması bir çox yol vasitəsilə baş verə bilər. Bunlardan biri də Hedgehog adlı siqnal yoludur. Sonidegib də bu yolun işləməsi üçün lazım olan hüceyrədaxili elementlərə təsir edərək fəaliyyət göstərir və xərçəngin yaranmasının qarşısını ala bilir. Eyni zamanda yaranmış xərçəng hüceyrələrinin yeni damar yaratmasının da qarşısını ala bilir.
Ən çox görülən yan təsirləri əzələ yığılması, keçəllik, yorğunluq, ürəkbulanma, əzələ – skelet ağrıları, ishal, çəki itkisi və iştahsızlıq kimi məlumdur.
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.