SSRI qrupu yeni nəsil antidepressantlar bəzi şəxslərdə zorakılıq meylini artırırmı?

Yeni işlər selektiv serotonin gerialım inhibitorlarının (SSRI) zorakılıq meyli riski artımı ilə bağlılığını irəli sürür; təsir dayandırmadan sonra 12 həftəyədək qala bilər. Lakin tədqiqatçılar tapıntının ehtiyatla şərh edilməli olduğunu deyirlər.
800 mindən çox şəxslə böyük əhali işi bu dərmanı alanların qəbul etmədiyi vaxta nisbətən zorakı cinayət riskinin ümumən %2,7 artdığını göstərdi.
Risk SSRI-dən sonra 12 həftə qalıb, sonra əvvəlki səviyyəyə qayıtdı. Risk daha gənclərdə və əvvəl zorakı cinayəti olanlarda yüksək idi.
İsveç Karolinska İnstitutundan doktorant baş müəllif Tyra Lagerberg: “Tapıntılar ehtiyatla şərh edilməlidir, çünki SSRI ilə zorakı cinayət əlaqəsinin nə qədər səbəb-nəticə olduğunu bilmirik. Bunlar şəxsin SSRI-ni və ya klinisistin faydalı dərmanı dayandırması üçün əsas olmamalıdır.” dedi.
İş 29 mayda European Neuropsychopharmacology jurnalında onlayn dərc edildi.
Əvvəlki narahatlıqlar
Müəllifə görə xüsusilə gəncdə SSRI ilə yüksək aqressiya və zorakılıq əlaqəsinə “narahatlıq” olub, orta və yaşlı yetkində risk “qeyri-müəyyəndir”. Başlayıb dayandırdıqdan sonra zamanla dəyişməsi də aydın deyil.
Başlama və kəsmədən sonra riskin yaş və zamana görə dəyişməsini qiymətləndirmək üçün müalicəli və müalicəsiz dövrdə 1000 şəxs-ilə mütləq cinayət tezliyi hesablandı, qrupdaxili təhlil edildi.
Bir neçə milli İsveç qeydindən kohort işi (peyvənd, dərman, ətraf toksini kimi amilə məruzqalma fərqinə görə iki və ya çox canlı qrupunun seçilib nə qədərində xəstəlik və nəticə yaranacağını izləyən iş növü) 1 yanvar 2006 ilə 31 dekabr 2013 arasında reseptli SSRI alanları (785.337 şəxs; %64,2 qadın) orta 7,3 il izlədi.
Dəyişənlər yaş, yeni və əvvəlki zorakı cinayət, SSRI-dən başqa dərman, cins, ailə gəliri, təhsil, yaşayış, doğum ölkəsi və ömürboyu diaqnoz idi.

“Nadir” təsir
- Qrupun demək olar hamısı (%99) izləmədə SSRI-ni dəyişmişdi. Tam qrupun %2,7-si zorakı cinayət etmişdi (5.707.293 şəxs-ilində 21.203 cinayət).
- Kişilər qadından çox məhkum olmuşdu (müvafiqən %5,7 və %1).
- Ortaq dəyişənlərsiz bütün yaşlarda (15-24 istisna) müalicəli-müalicəsiz dövrdə zorakı cinayət tezliyi aşağı görüldü.
- Lakin sonrakı və müalicəsiz dövr müqayisəsi, ortaq dəyişənlərə düzəlişdən sonra SSRI “mülayim artım” riskinə bağlıydı (HR, 1.10), xüsusilə 15-25 və 25-34 yaşda (müvafiqən HR (risk nisbəti) 1,19 və 1,16).
- Əvvəlki cinayətə görə əlavə təhlildə məhkumluğun artmış riski cinayət keçmişi olmayanla müqayisədə “əvvəl cinayət etmiş şəxslərlə məhdud kimi” göründü (HR, 1.13 qarşı 1.07).
- Fərdin dərmanlı-dərmansız dövründə tam qrupda (HR, 1.26), xüsusilə 25-34 və 35-44 yaşda risk əhəmiyyətli artdı (HR müvafiqən 1.35 və 1.15).
- Fərdi risk SSRI kəsiləndən 12 həftəyədək yüksəkdi (ilk 28 gün HR 1.37, 29-84 gün HR 1.20). Ən gənc qadında müalicədə əhəmiyyətli risk olsa da, yaşları arasında cinayət tezliyi aşağı idi.
- Benzodiazepin müalicəsi ciddi yüksək risklə, SSRI olmayan antidepressant “mülayim, lakin əhəmiyyətsiz yüksək” risklə bağlı idi.
- Digər psixotrop dərman isə artmış risklə bağlı deyildi.
Xəstələri xəbərdar etməliyikmi?
Barselona Universitetindən psixiatriya professoru Dr. Eduard Vieta şərhində risk artımının aralıq amilinin SSRI, yoxsa resepti tələb edən ruhi vəziyyət olduğunun hələ bilinmədiyini dedi.
İştirak etməyən Vieta nəticənin “məhkumluq, zorakılıq və cinayət anamnezində çox dəqiq diaqnoz-müalicəyə və mümkün olduqda psixososial müalicənin ideal seçiminə diqqət çəkdiyini” bildirdi.
Filadelfiya Perelman Tibb Fakültəsi psixiatriya professoru Michael Thase tapıntını “görməzdən gəlmək və ya izah etməyin asan olmadığını” dedi.
İştirak etməyən Thase “kiçik tapıntı olsa da, ciddi problemdir” deyə davam etdi.
Riski intihar düşüncə və davranışı riski kimi idarə etməyi təklif etdi: “SSRI başladığınız xəstəni bu riskə qarşı xəbərdar edib tövsiyəni başqa zorakı davranışlara genişləndirə bilərsiniz; özünə zərəri təhrik edən proses xaricə yönələ, başqasına zərər və zorakılığı da təhrik edə bilər.”
Lagerberg təsdiq və “klinikanın dəyişib-dəyişməyəcəyini, dəyişərsə necə olacağını” bildirmək üçün əlavə tədqiqat lazım olduğunu əlavə etdi.
Mənbələr
Associations between selective serotonin reuptake inhibitors and violent crime in adolescents, young, and older adults – a Swedish register-based study.
European Neuropsychopharmacology, Available online 29 May 2020
2. Do SSRIs Raise the Risk for Violent Crime? - Medscape - Jun 18, 2020.
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.