Süd vəzi xərçəngi və müalicəsi ilə bağlı bilinməli 5 həqiqət!

Süd vəzi xərçəngi barədə hər gün yeni məlumat ortaya çıxır. 20 il əvvəl 14 qadından 1-də yaranan xəstəlik artıq 8 qadından 1-də görülməyə başlamışdır. Süd vəzi xərçəngində risk amilləri aradan qaldırıla bilmir, lakin erkən diaqnozla xəstəlik tam nəzarətə alına bilir. Bəlkə də xəstə üçün ən mühüm və sevindirici tərəfi budur. Gəlin süd vəzi xərçəngi ilə bağlı bilinməli 5 mühüm həqiqəti birlikdə araşdıraq.
1. Süd vəzi xərçənginə səbəb olan dəyişdirilə bilməyən amillər
Süd vəzi xərçəngi skrininq proqramına daxil edilə bilsə də, risk amillərini aradan qaldırdıqda belə böyük ölçüdə yox edilə bilmir. Məsələn, siqaret yox edildikdə ağciyər xərçəngi %90 nisbətində aradan qalxır. Lakin süd vəzi xərçəngi eyni xüsusiyyətləri daşımır. Onu çox azaltmağın və ya aradan qaldırmağın mümkün olmaması əslində yaranmasında dəyişdirilə bilməyən risk amillərinin olması ilə əlaqəlidir. Qadının erkən yaşda menstruasiyaya başlaması, gec menopauza, birdən çox uşaq dünyaya gətirməsi, genetik və ailəvi səbəblər daha artıq dəyişdirilə bilməyən amillərin ən mühümləridir. Bu amillər qadını ömrü boyu estrogenə daha çox məruz qoyur və süd vəzi xərçəngi riski ilə üzləşdirir. Lakin risk amilləri arasında göstərilən gec doğuş və ya heç doğmamaq, əmizdirməmək kimi amillərin mütləq xərçəngə səbəb olacağı qaydası yoxdur.
2. Dəyişdirilə bilən amillər də xərçəngin qarşısını almır
Süd vəzi xərçənginin yaranmasında demək olar adı çəkilməyən siqaret də bu gün müəyyən edilmiş mühüm səbəblər arasındadır. Belə ki, siqaret aqressiv növ süd vəzi xərçəngi şişinin yaranmasında olduqca təsirlidir. Lakin siqaret çəkməmək ağciyər xərçəngi riskini aradan qaldırsa da, süd vəzi xərçəngi riskini yox etməyə kifayət etmir. Süd vəzi xərçəngi digər xərçəng növlərinə nisbətən bir qədər nəzarətdən kənardır. Risk amilləri var, lakin xəstəliyin yaranmasında əsas müəyyənedici deyil. Yaranmasında dəyişdirilə bilən risk amilləri də təsirlidir. Sağlam qidalanma, müntəzəm idman, alkoqol və siqaret istifadə etməmək, arıqlamaq və ideal çəkini qorumaq, ilk doğuşu 30 yaşdan əvvəl etmək və əmizdirmək kimi tədbirlər rastgəlmə tezliyini azaltsa da, aradan qaldırmaq üçün kifayət etmir.
3. Erkən mərhələdə aşkarlanarsa xəstə tam sağalır
Çünki erkən mərhələli süd vəzi xərçəngi xəstələri tam sağalaraq xərçəngdən qurtula bilir. Erkən diaqnoz sayəsində xəstənin həyatı xilas olmaqla yanaşı fiziki görünüşü də mənfi təsirlənmir. Süd vəzini itirmir, qoltuqaltı limfa vəziləri də qorunduğundan qolda ödem kimi problemlər yaşamır. Yəni xəstə psixoloji olaraq qadınlığın verdiyi görünüşü itirmir. Həyat yoldaşı qarşısında cazibəsini itirmir. Uzun kimyaterapiya və radioterapiyalar almalı olmur. Bunun sayəsində ailə bütövlüyü də pozulmur. Sosial həyatında problem yaranmayan xəstə xəstəlikdən qurtularaq ailə həyatına əvvəlki kimi davam edir.
4. Qaydalara əməl olunarsa bütün süd vəzi xərçənglərinin dörddə üçü erkən dövrdə müəyyən edilə bilər
Süd vəzi xərçənginin erkən mərhələdə aşkarlanması təkrarlanma riskini də mühüm dərəcədə aradan qaldırır. Şişin süd vəzindən kənar heç bir orqana çatmaması xəstəliklə yenidən qarşılaşma riskini də əngəlləyir. Bunun sayəsində sağalmış və xəstəlikdən tam qurtulmuş şəxslər həyatlarını sağlam davam etdirə bilir. Rastgəlmə tezliyində çox böyük dəyişikliklər yaradacaq güclü strategiyalar olmasa da, erkən diaqnoz xəstəliklə mübarizədə ən effektiv silahdır. Süd vəzində bu xəstəliyi erkən diaqnozla tutmaq çox asandır. Çünki qaraciyər və ya böyrək kimi əlçatmaz deyil. Hər hansı anormallıq rahat müəyyən edilə bilər. Bu istiqamətdə səylərin xəstələri məlumatlandırması ilə əvvəl əsasən gec mərhələdə aşkarlanan xəstəlik indi ayda bir özünü müayinə və müntəzəm yoxlamalar üçün həkimə müraciət edildikdə təxminən dörddə üç nisbətində erkən mərhələdə müəyyən edilir.
5. Xərçəngdə bir daşla üç quş vurulmaz
Xərçəngdə erkən diaqnoza və uğurlu elmi müalicələrə inanılarsa, cəmiyyəti məlumatlandırma çalışmaları əzmlə davam etdirilərsə xərçəngə dair bir çox şey dəyişdirilə bilər. Lakin Türkiyədə bu sahədə ən böyük çatışmazlıq diqqəti cəmləşdirmək problemidir. Uzunmüddətli layihələr quraraq çatılmaq istənən hədəflər və insanlara veriləcək mesajlar barədə səbirli olmaq lazımdır. Bir daş ataraq üç quş vurmaq xərçəng kimi ciddi problemin həllində mümkün deyil. Bu xəstəlik uzun illər səy və fədakarlıq tələb edir. İnsanların əvvəlcə inancları və davranışları, sonra həyat tərzləri dəyişdirilməlidir. Həyatda çox kiçik dəyişikliyin özü belə bir insanın həyatını yenidən qazanmasına kömək edə bilər. Bunun üçün vətəndaş cəmiyyəti qurumları, alimlər, həkimlər, mətbuat, xalq, xəstəliyə tutulmuş şəxslər və ailələri birlikdə mübarizə etdikdə Türkiyədə bu mövzuda son dərəcə məlumatlı cəmiyyət yaratmaq mümkündür.
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.