Süd vəzini qoruyan cərrahiyyə və radioterapiya yaşam müddətinə mastektomiyadan daha çox fayda verə bilərmi?

Nüfuzlu elmi jurnallardan Lancet Oncology-də dərc olunan tədqiqat erkən mərhələ süd vəzi xərçəngli xəstələrdə vəzini qoruyan cərrahiyyə və radioterapiyanın ümumi sağqalıma mastektomiya ilə bərabər, hətta daha çox töhfə verdiyini göstərib.
Tədqiqatda qoruyucu cərrahiyyə və mastektomiya (bütün süd vəzisinin çıxarılması) olunan erkən mərhələ xərçəngli holland qadınlarda 10 illik ümumi və süd vəzi xərçənginə xas sağqalım müqayisə edilib.
Hollandiya xərçəng qeydiyyatındakı 2000-2004-cü illərdə T1-2, N0-1, M0 mərhələ süd vəzi xərçəngi diaqnozlu 37,207 qadının məlumatları araşdırılıb. Qoltuqaltı mərhələləndirmə, disseksiya və ya adyuvant sistemik müalicədən asılı olmayaraq bəzilərinə qoruyucu cərrahiyyə və radioterapiya, bəzilərinə mastektomiya edilib.
Xəstələrin 62%-i kombinə müalicə (qoruyucu cərrahiyyə və radioterapiya), 38%-i mastektomiya alıb. Nəticədə qoruyucu cərrahiyyə və radioterapiyanın mastektomiyaya nisbətən 10 illik ümumi sağqalıma mühüm faydası müəyyən edilib (risk nisbəti, 0.81; 95% CI, 0.78-0.85; P < .0001). Müxtəlif T və N mərhələlərinin alt qrup analizində 10 illik sağqalım üstünlüyü əhəmiyyətli davam edib.
Nəticə olaraq erkən mərhələ süd vəzi xərçəngində mastektomiyadan çəkinmək vacibdir. Xəstələr düzgün məlumatlandırılaraq bütün vəzinin lazımsız çıxarılması tələbi aşıla bilər. Bu tədqiqat xüsusilə erkən mərhələdə qoruyucu cərrahiyyə narahatlıqlarını aşmaq üçün mühüm sübut olub.
Mənbələr
10 year survival after breast-conserving surgery plus radiotherapy compared with mastectomy in early breast cancer in the Netherlands: a population-based study.
DOI: https://dx.doi.org/10.1016/S1470-2045(16)30067-5. Lancet Oncology
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.