Tamamlayıcı müalicə kimi istifadə edilən jenşen xərçənglə bağlı halsızlığı azaldır

Milli Xərçəng İnstitutunun jurnalında dərc olunan araşdırmanın nəticələrinə görə, xərçəng xəstələrinə jenşenlə tətbiq edilən tamamlayıcı müalicə iki aylıq müddətdə nəzərəçarpacaq fərq yaradaraq halsızlığı azaldıb.
Halsızlıq xərçəng xəstəliyinin və onun müalicəsinin ən çox rast gəlinən yan təsirlərindən biridir. Ümumi yorğunluq və ya güclü enerji çatışmazlığı olan halsızlığa anemiya (qanazlığı), qeyri-kafi qidalanma, kifayət qədər dincəlməmə, infeksiya və stress kimi bir çox amil səbəb ola bilər. Lakin xərçənglə bağlı yaranan halsızlıq yorğunluqdan daha artıq məna daşıyır. Bu güclü halsızlıq yuxu yatmaqla və ya dincəlməklə keçmədiyi kimi, xəstəni də zəiflədir. Bu vəziyyət xərçəng müalicəsindən sonra aylarla, hətta illərlə davam edə bilər. Həddindən artıq halsızlığın xərçəng xəstələrinə təsirini azaltmaq üçün aparılan araşdırmalar bəzi həll yollarının tapılmasına imkan yarada biləcək xüsusiyyətdədir.
İngiltərə Milli Xərçəng İnstitutunun jurnalında dərc olunan araşdırmanın nəticələrinə görə, xərçəng xəstələrinə jenşenlə tətbiq edilən tamamlayıcı müalicə iki aylıq müddətdə nəzərəçarpacaq fərq yaradaraq halsızlığı azaldıb.
Vətəni Cənubi Koreya olan jenşen, həmçinin Amerika, Çin, Rusiya, Sibir və Hindistanda yetişdirilir. İnsan orqanizminə saysız fayda verən jenşen stressə qarşı təsirlidir, fiziki fəaliyyəti və bədən müqavimətini artırır. Bununla yanaşı, immun sistemini dəstəkləyən, proqramlaşdırılmış hüceyrə ölümünü stimullaşdıran, hüceyrə çoxalmasının qarşısını alan və antioksidant xüsusiyyətlərə malik olması onun xərçəngə qarşı təsirli olduğunu da sübut edib.
Xərçənglə bağlı halsızlığın güclü təsiri həyat keyfiyyətini aşağı salaraq xəstənin gündəlik həyatında çətinlik yaşamasına səbəb ola bilər. Xərçəng müalicəsində bu cür yan təsirlərin öhdəsindən gəlmək üçün həll yolları axtarmağa davam edən tədqiqatçılar jenşen kimi tanınan bitkinin faydalarını qiymətləndirmək məqsədilə xərçənglə bağlı halsızlıq yaşayan 364 xərçəng xəstəsinin iştirak etdiyi bir araşdırma aparıblar. Aktiv xərçəng müalicəsi alan və ya xərçəng müalicəsini tamamlamış iştirakçı xəstələrin bir hissəsinə 8 həftə ərzində 2,000mg jenşen verilərkən, digər xəstələrə jenşen verilməyib. Araşdırma müddətində onların halsızlığı nəzarətdə saxlanılıb, dörd həftəlik və səkkiz həftəlik dövrlərdə vəziyyətləri izlənilib. Səkkiz həftənin sonunda jenşen qəbul edən xəstələrdə halsızlığın azaldığı müşahidə olunub. Xüsusilə, aktiv xərçəng müalicəsi alan xəstələrdə jenşenin fayda verdiyi, xərçəng müalicəsini tamamlamış xəstələr üçün də olduqca faydalı olduğu müəyyən edilib.
Aparılan araşdırma nəticəsində əldə edilən məlumatlara görə, hər gün 2,000mg verilən Amerika jenşeni xərçənglə bağlı halsızlığı azaldır. Lakin jenşenin xərçənglə bağlı halsızlığa təsirindəki rolunun təfərrüatlarını araşdırmaq məqsədilə aparılan tədqiqatlar hələ də davam edir.
Jenşen kimi tamamlayıcı müalicələrdə istifadə olunan bitkilərin faydaları ilə yanaşı diqqət yetirilməli məqamlarının da ola biləcəyi nəzərə alınmalı, xərçəng xəstələrinə tətbiq ediləcək hər cür müalicə mütləq həkim nəzarətində olmalıdır. Tamamlayıcı müalicələrin xərçəng müalicəsinə uyğun və xəstə üçün əlverişli olub-olmaması həkim tərəfindən araşdırılaraq qərar verilməli məsələlərdir.
Əziz oxucularım, xərçəng müalicəsinin yan təsirlərindən xilas olmaq üçün eşitmə məlumatlara və dost məsləhətlərinə əsasən qəbul edilən hər cür dərman və/və ya təbii tərkibli və müalicəvi olduğu deyilən bitki mənşəli məhsul xərçəng xəstəsinin ciddi sağlamlıq problemləri ilə üzləşməsinə səbəb ola bilər. Buna görə də yan təsirlərin güclənməsi nəticəsində yaşadığınız narahatlığı aradan qaldırmaq üçün etməli olduğunuz sizi müalicə edən həkimə müraciət etmək və ilk növbədə onun fikrini almaqdır. Həkiminiz vəziyyətinizi qiymətləndirərək sizə uyğun tamamlayıcı müalicə tövsiyə edəcək.
Effektiv müalicə üçün həkiminizə güvənin..
Mənbələr
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.