Xərçəng növlərinə görə diaqnoz və müalicə bölməsinə öd yolu xərçəngləri (xolangiokarsinomalar) əlavə edildi

“Gəlin, hamılıqla xərçəngdən qorumayan şüurlu cəmiyyət yaradaq.” şüarı ilə başladığımız internet saytı vasitəsilə xərçəngi izah etmək çalışmalarımıza öd yolu xərçənglərini izah edərək davam edirik. Xolangiokarsinomalar (öd yolu xərçəngləri) qaraciyərdaxili və qaraciyərxarici öd yollarının epitel hüceyrələrindən qaynaqlanır. Öd yolu xərçəngləri mədə-bağırsaq sistemi xərçənglərinin təxminən %3-nü təşkil edir. Əksər hallarda yerli yayılmış mərhələdən sonra diaqnoz qoyulduğuna görə pis gedişli xərçəng növü olduğunu demək olar.
Səbəbi hələ tam müəyyən edilməsə də, qaraciyərdaxili (intrahepatik) öd yolu xərçənglərinin tezliyinin son 20 ildə artdığı məlumdur, bunun əksinə, qaraciyərxarici (ekstrahepatik) öd yolu xərçənglərinin tezliyi azalır. Qaraciyərdaxili öd yolu xərçənglərinin tezliyinin artma səbəbi yeni diaqnostik üsulların istifadə edilməyə başlanması ola bilər.
Ümumi qayda olaraq, öd yolu xərçənglərinin tezliyi yaşla birlikdə artır; əsasən 50 - 70 yaş arasında görülür.
Hətta səhiyyə mütəxəssislərinin də az məlumatlı olduğu bu mövzudakı məlumatları xalqımızla bölüşməkdən məmnunluq duyuram.
Öd yolu xərçəngləri haqqında daha çox məlumat üçün buraya klikləyə bilərsiniz.
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.