Xərçəng növlərinə görə diaqnoz və müalicə bölməsinə özofagus (qida borusu) xərçəngi bölməsi əlavə edildi

Qida borusu xərçənglərinin əksəriyyəti yastı hüceyrəli və ya adenokarsinomalardır. İnkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə yastı hüceyrəli xərçəng tezliyi azalsa da, adenokarsinoma tezliyi artır. Dünyada hər il 482,300 yeni qida borusu xərçəngi diaqnozu qoyulur və bu xəstəliyə bağlı ildə 406,800 həyat itkisi olur.
Ən çox görüldüyü bölgələr Cənubi və Şərqi Afrika, Şərqi Asiya, ən az görüldüyü bölgələr isə Qərbi və Mərkəzi Afrika, Mərkəzi Amerikadır. Kuzen İran, Mərkəzi Asiya respublikaları və Şimali-Mərkəzi Çin kimi yüksək riskli bölgələrdəki qida borusu xərçənglərinin %90-ı yastı hüceyrəli tipdədir. Əsas risk amilləri tam müəyyən edilməsə də, zəif qidalanma, tərəvəz və meyvələrin az istehlakı, yüksək temperaturlu içkilər məlum risk amilləridir. Qərb cəmiyyətlərindəki yastı hüceyrəli qida borusu xərçənglərinin %90-dan çoxunda səbəb olan amillər siqaret və həddindən artıq alkoqol istehlakıdır.
Adenokarsinoma alt tipinin inkişaf etmiş ölkələrdə tezliyinin artmasında piylənmənin payı olduğu düşünülür.
Qida borusu xərçəngi, risk amilləri və müalicəsi haqqında daha çox məlumatı müvafiq bölmədən əldə edə bilərsiniz.
Mənbələr
2. Siegel RL, Miller KD, Jemal A. Cancer statistics, 2015. CA Cancer J Clin 2015; 65:5.
3. Jemal A, Bray F, Center MM, et al. Global cancer statistics. CA Cancer J Clin 2011; 61:69.
4. Gholipour C, Shalchi RA, Abbasi M. A histopathological study of esophageal cancer on the western side of the Caspian littoral from 1994 to 2003. Dis Esophagus 2008; 21:322.
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.