Ağciyər xərçəngi əməliyyatında limfa düyünü disseksiyasının əhatəli aparılmasının əhəmiyyəti

Journal of the National Comprehensive Cancer Network adlı jurnalda dərc olunmuş tədqiqatın nəticələrinə görə lobektomiya və ipsilateral (eyni tərəfli) limfadenektomiya tətbiq olunmuş erkən mərhələli kiçik hüceyrəli olmayan ağciyər xərçəngi (KHDAK) olan xəstələrdə düzgün mərhələləndirmə və sağqalım nəticələrini proqnozlaşdırmaq üçün limfa düyünlərinin və düyün stansiyalarının əhatəli araşdırılmasının çox mühüm olduğu ortaya çıxdı.

Tədqiqatçılar xalis bərk (pure-solid) şişlər adlanan klinik I-II mərhələli KHDAK xəstələrində limfa düyünü müayinəsinin keyfiyyətini qiymətləndirmək üçün ideal olaraq 18 limfa düyünü və 6 düyün stansiyası həddini müəyyən etdilər.
Bu nəticəyə çatmaq üçün Çindəki 6 qurumda 1205 xəstədən alınmış məlumatlardan istifadə etdilər. Araşdırılan limfa düyünlərinin sayı ümumi sağqalım (risk nisbəti [HR] = 0.950;% 95 CI, 0.917-0.983; P = .004) və residivsiz sağqalım (HR = 0.960;% 95 CI, 0.942-0.962; P <.001) ilə əlaqəli idi. Eyni şəkildə, araşdırılan düyün stansiyalarının sayı da ümumi sağqalım (0.690;% 95 CI, 0.597-0.797; P <.001) və residivsiz sağqalım (HR = 0.859;% 95 CI, 0.793-0.931; P <.001) üçün xəstəliyin gedişini proqnozlaşdırırdı (proqnostik idi).
Tədqiqatçılar araşdırılan limfa düyünləri və düyün stansiyalarının da əməliyyatdan sonrakı nodal mərhələləndirmənin müstəqil müəyyənediciləri olduğunu göstərdilər (limfa düyünləri üçün şans nisbəti [OR] = 1.186;% 95 CI, 1.148-1.226; P <.001; düyün stansiyaları OR = 1.057;% 95 CI, 1.002-1.187; P = .004).
Bu nəticələrə əsaslanaraq tədqiqatçılar "Gizli limfa düyünü metastazı vəziyyəti nəzərə alınmaqla erkən mərhələli KHDAK xəstələrində daha əhatəli limfadenektomiya aparılmalıdır” tövsiyəsini verdilər.
Mənbələr
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.