Böyrək xərçəngi müalicəsi üçün iki yeni dərman: immunoterapiya dərmanı Nivolumab (Opdivo) və tirozin kinaza inhibitoru Cabozantinib böyük uğur göstərdi

Böyrək xərçəngi xüsusilə erkən dövrlərdə heç bir şikayətə səbəb olmur. Nəticədə böyrək xərçəngi diaqnozu qoyulduqda xəstəlik əsasən irəliləmiş mərhələdə olur. İrəliləmiş mərhələli (metastatik) böyrək xərçəngində mövcud müalicələrin verdiyi orta ömür müddətləri gözləntimizdən aşağıdır. Keçən həftəsonu Vyanada keçirilən 2015 Avropa Xərçəng Konqresində təqdim edilmiş və ən çox maraq çəkən tədqiqatlardan biri həm biz onkoloqların klinik təcrübəsini dəyişdirdi, həm də irəliləmiş mərhələli böyrək xərçəngi xəstələrimiz üçün böyük ümid yaratdı.
Konqresdə təqdim olunan tədqiqat irəliləmiş mərhələli (metastatik) böyrək xərçənginin müalicəsində immunoterapiya istifadəsi haqqında idi. İmmun sisteminin əyləc mexanizmini zəiflədən vasitə (immun checkpoint inhibitor) adlanan dərman Nivolumab (Opdivo) irəliləmiş mərhələli böyrək xərçəngi xəstələrinin ömür müddətini nəzərəçarpacaq dərəcədə uzatmışdır.
Nivolumab adlı, immun sisteminin zəiflədici mexanizmini aradan qaldıran və beləliklə immun sistemini xərçəng hüceyrəsinə qarşı alovlandıran dərmanın aqressiv gedişi ilə tanınan dəri xərçəngi növü bədxassəli melanomada və kiçik hüceyrəli olmayan ağciyər xərçənginin müalicəsində faydası göstərilmiş, keçən il bu xəstəliklərin müalicəsində istifadəsi FDA tərəfindən təsdiqlənmişdi.
Avropa Xərçəng Konqresində dərc edilmiş bu tədqiqatla Nivolumabın irəliləmiş mərhələli böyrək xərçəngi xəstələri üçün dərhal klinikalarda istifadəyə başlanacağını demək çətin olsa da, dərmanın daha sürətlə təsdiqlənməsini və xəstəliyin standart müalicəsinə çevrilməsini ümid edirik.
Konqresdə təqdim olunan və böyük maraq görən başqa tədqiqat irəliləmiş mərhələli (metastatik) böyrək xərçənginin müalicəsində tirozin kinaza inhibitoru olan cabozantinib haqqında idi. Bu dərman da standart müalicəyə görə proqressiyasız sağqalmanı (xəstəlikdə irəliləmə olmadan keçirilən müddəti) iki dəfə artırmışdır (3.8 aya qarşı 7.4 ay).
Metastatik böyrək xərçəngi kimi müalicəsi çətin ola bilən xərçəng növündə ömür müddətlərini və uzunmüddətli nəticələri yaxşılaşdıran bu ümidverici inkişafları sizinlə bölüşməkdən böyük məmnunluq duyduq.
İmmunoterapiya ilə xərçəng müalicəsi haqqında ətraflı məlumat üçün klikləyin.
Mənbələr
Nivolumab versus Everolimus in Advanced Renal-Cell Carcinoma.
NEJM. September 25, 2015DOI: 10.1056/NEJMoa1510665
2. Choueiri TK, Escudier B, Powles T.
Cabozantinib versus Everolimus in Advanced Renal-Cell Carcinoma.
N Engl J Med. 2015 Sep 25.
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.