Halsızlıq

Halsızlıq nədir?
Halsızlıq enerji çatışmazlığına bağlı funksional qabiliyyətin azalması və kədər səbəbindən özünüzü yorğun və əldən düşmüş hiss etmə vəziyyətidir. Halsızlığın çoxsaylı tərəfləri vardır. Fiziki, emosional və psixoloji vəziyyətiniz halsızlıqda təsirli rol oynayır. Bu hissi izah etmək çox vaxt çətindir.
Çox vaxt belə deyilir:
- "Enerjim yoxdur"
- "Özümü gücsüz və yorğun hiss edirəm"
- "Bir sözlə, taqətsizəm"
- "Bunu etmək üçün özümü həvəsləndirə bilmirəm"
Halsızlıq iki yerə ayrılır:
Qısamüddətli (kəskin) və uzunmüddətli (xroniki) halsızlıq.
Kəskin halsızlıq istirahətlə keçə bilər. Xroniki halsızlıq isə uzun çəkir, ağırlaşa bilər və istirahətlə aradan qalxmır.
Halsızlığın əlamətləri nələrdir?
Halsız insanlar yorğunluq, düşünmə çətinliyi və başgicəllənmə hiss edirlər. Bəzən depressiyada olduqlarını və ya tənbəllik etdiklərini düşünürlər. Özlərini gücsüz hiss etdikdə yatmaq və istirahət etmək istəyirlər. Fiziki fəaliyyətləri yox deyiləcək qədər azdır.
Halsızlıq nə vaxt yaranır?
Xərçəng və onun müalicəsi başladıqda enerji istehsalının azalması halsızlığa səbəb olur. Kimyaterapiyadan sonra halsızlıq bir neçə gün intensiv ola bilər və əksər hallarda növbəti seansdan əvvəl düzəlir. Radioterapiya zamanı isə halsızlıq bir neçə həftə intensiv ola bilər.
Halsızlıqla necə mübarizə apara bilərik?
Balanslı qidalanmalı və kifayət qədər su içməlisiniz. Bu, sizə daha çox enerji verərək özünüzü daha az yorğun hiss etməyinizə kömək edəcəkdir.
İştahanız yoxdursa, xüsusilə kimyaterapiya müalicəsindən sonra lazım gəldikdə enerji verən qida və içkilər əlavə edin.
Gec yatmayın. Gün ərzində qısa mürgüləmələr sizə yaxşı təsir edə bilər. Qısa gəzintilər sizə yaxşı gələcəkdir.
Çox və ya az yatmaq halsızlıq yarada bilər. Enerjinizi toplayana qədər yatın və unutmayın ki, həddindən artıq yatmaq halsızlığı artırır.
Ehtiyacınız olduqda kömək istəyin. Uşağa baxarkən, avtomobil sürərkən, ev işi, alış-veriş və yemək hazırlayarkən ailə üzvlərindən və dostlarınızdan kömək istəyin.
Prioritetlərinizi planlaşdırmağı öyrənin. Sizə ən çox enerji verən fəaliyyətləri müəyyənləşdirin.
- Enerjinizi tükədəcək ağır məşqlərdən çəkinin. Özünüzü yaxşı hiss etdirəcək, fiziki enerji verən yüngül məşqlər edin.
- Bacardığınız işləri görmək özünüzü daha yaxşı hiss etdirəcəkdir.
- Bədii müalicələr (rəsm, musiqi, keramika, əl işi və s.) və yoqa sizə yaxşı təsir edə bilər, sınamalısınız.
Həkiminizə müraciət edin
Gündəlik həyatınıza təsir edən halsızlıq olduqda həkiminizə müraciət etməlisiniz. Həkiminizdən xəbərsiz heç vaxt özbaşına eşitdiyiniz tövsiyələri tətbiq etməyin.
Həkiminiz lazımi müayinələri apararaq enerjinizi artırmaq üçün zəruri hesab etdiyi əlavələri və/və ya dəyişiklikləri edəcəkdir.
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.