Hansı xərçəng xəstələrində daha ağır Covid-19 riski var

Yaxın vaxtlarda Journal of Clinical Oncologyjurnalında dərc olunan diqqətçəkən tədqiqat hansı xərçəng xəstələrinin daha ciddi COVID-19 riski daşıdığını müəyyənləşdirir. Buna görə əlavə xəstəlikləri daha çox olanlar, yaşlı xəstələr, yaxın vaxtlarda sitotoksik müalicə (məsələn, kimyaterapiya) alanlar, kişi cinsindən olanlar və hematoloji bədxassəli xəstəliyi (qan və sümük iliyi mənşəli xərçənglər) olan xərçəng xəstələri COVID-19-a bağlı ölüm (həyat itkisi) baxımından daha yüksək risk daşıyır. Buna görə xüsusilə yaşlı xərçəng xəstələrinin peyvəndlənməsi ayrıca əhəmiyyətlidir.
Tədqiqat ABŞ miqyasında böyük COVID-19 hal və nəzarət qrupu olan Milli COVID Kohort Əməkdaşlığından (N3C) alınan məlumatlara əsaslanır. Analiz 1 yanvar 2020–25 mart 2021 arasında müsbət və ya mənfi COVID-19 diaqnoz nəticəsi almış N3C qrupundakı böyükləri əhatə edirdi. Tədqiqatçılar bu qrupun xərçəngli xəstələr alt qrupunda COVID-19 ölümünün (həyat itkisinin) mümkün risk amillərini araşdırmağı məqsəd qoydu.
N3C-dəki ümumi 4.382.085 xəstədən xərçəngi və COVID-19 diaqnozu olan 38.614 xəstə qiymətləndirməyə daxilolma meyarlarına uyğun idi. Bu xəstələrdə ən çox rast gəlinən xərçənglər dəri, süd vəzi, prostat, mədə-bağırsaq xərçəngləri və hematoloji bədxassəli xəstəliklər idi.
COVID-19-un olması xərçəng xəstələrində bütün səbəblərdən ölümün daha yüksək olması ilə əlaqəli idi (təhlükə nisbəti, 1.20; %95 GA, 1.15-1.24; P <.001). Bu artmış risklə əlaqəli amillər daha yüksək düzəliş edilmiş Charlson Komorbidlik İndeksi (əlavə xəstəlik) balı, 65 yaş və yuxarı olmaq, yaxın vaxtlarda sitotoksik müalicə, çoxsaylı şiş nahiyələri, kişi cinsi, hematoloji bədxassəli xəstəlik və ABŞ-ın cənubunda və ya qərbində yaşamaq idi.
Sitotoksik müalicədən (kimyaterapiyadan) fərqli olaraq yaxın vaxtlarda immunoterapiya və ya hədəfə yönəlmiş müalicələrin istifadəsi artmış ölümlə əlaqəli deyildi.
Tədqiqatçılar yaş, cinsiyyət və yanaşı xəstəliklərə dair tapıntılarının əvvəlki araşdırmalarla uyğun olduğunu qeyd etdi. Nəticədə 4 milyondan çox Covid-19 xəstəsini əhatə edən bu qrupla bağlı gələcək tədqiqatlar COVID-19-un xərçəng xəstələrinə inkişaf edən təsiri barədə daha çox məlumat və bu xəstə qrupunun klinik idarəsinə istiqamət verən əlavə sübutlar təmin edəcək.
Mənbələr
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.