Hava çirklənməsi – Ağciyər xərçənginin ikinci aparıcı səbəbi!

Yeni təhlilin nəticələrinə görə hava çirklənməsi siqaretdən sonra dünyada ağciyər xərçənginin ikinci aparıcı səbəbidir.
Yeni məlumatlar hava çirklənməsinə aid edilə bilən ağciyər xərçəngi ölüm göstəricilərinin ölkələr arasında böyük fərqlər göstərdiyini ortaya qoyur. Serbiya, Polşa, Çin, Monqolustan və Türkiyə ən ağır təsirlənənlər arasındadır. Təhlil ağciyər xərçəngindən ölümlərlə kömürdən istehsal olunan enerjinin payı arasında əlaqə olduğunu göstərir.
Həm siqaret, həm də hava çirklənməsi ağciyər xərçənginin mühüm səbəbləridir və ağciyər xərçənginin qarşısını almağa, həyatları xilas etməyə kömək üçün hər ikisi aradan qaldırılmalıdır.
Xərçəng mütəxəssisləri kimi təmiz enerji standartlarının lehinə çıxış edərək hava çirklənməsinin ağciyər xərçəngi yaratmasına təsirlərini azalda bilərik.
Dr. Christine Berg, bu yeni təhlili 9 sentyabrda Beynəlxalq Ağciyər Xərçəngi Tədqiqatları Assosiasiyasının (IASLC) təşkil etdiyi Dünya Ağciyər Xərçəngi Konfransında (WCLC) 2021-ci ildə təqdim etdi.
Hava çirklənməsi ürəkaçan olmayan səviyyədədir
Bu yeni təhlildən əldə edilən tapıntıların "ürəkaçan olmadığını" demək çətin deyil.
Artıq hava çirklənməsinin yalnız ağciyər xərçənginin tezliyinə deyil, həm də onun mənfi nəticələrinə təsir etdiyi aydındır.
Həqiqətən, əvvəl aparılmış bir tədqiqata görə hər kubmetrə düşən maddə miqdarının hər 10 mikroqram artması ağciyər xərçənginə bağlı ölümlərin %15-27 artması ilə əlaqələndirilmişdir. Qadın və kişilər arasında göstərici fərqi yox idi.
Hazırda ağla gələn əsas sual hava çirklənməsini azaltmağın faydalı olub-olmayacağıdır. Birləşmiş Krallıqda son illərdə hava çirklənməsini azaltmaq səyləri ağciyər xərçənginə bağlı ölümlərin azalmasına gətirmədi. Bunun səbəbi gözlənilən ömür müddətinin artması üzündən insanların daha aşağı səviyyələrdə də olsa, çirklənməyə daha uzun müddət məruz qalması ola bilər.
Pandemiya ilə azalan hava çirklənməsi
COVID-19 pandemiyası zamanı küçəyə çıxma məhdudiyyətləri səbəbindən səyahətlər əhəmiyyətli dərəcədə azaldı. Beləliklə, hava çirklənməsində kəskin azalma görüldü və bir tədqiqat bunu aşağı doğum çəkili uşaqların sayının azalması ilə əlaqələndirdi.
Ümid edirik ki, bu fayda digər xəstəliklərdə də görünəcək.
Hava çirklənməsini azaltmaq üçün hərəkətə keçmək çağırışı "son dərəcə vacibdir". Diqqət qlobal, milli, yerli və şəxsi qabaqlayıcı tədbirlərə yönəlməlidir. Hava çirklənməsi bu il yanğınlarla təsirlərini birbaşa yaşadığımız digər mühüm problemimiz olan qlobal istiləşmə ilə birləşəndə nəticələr çox daha mənfi ola bilər.
Hava çirklənməsi insanlar üçün kanserogendir!
Hava çirklənməsinin insanlar üçün kanserogen olduğunu anlamaq çox vacibdir. Çoxlu tütün və tütün məhsulu istehlak edən, havası çirkli mühitdə yaşayan şəxslərin ağciyər xərçənginə tutulması üçün geriyə tək əsas qalır: ağciyərlər!
Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyi (IARC) açıq hava çirklənməsini, xüsusilə hissəcikli maddələri ağciyər xərçəngi ilə əlaqəsinə dair sübutlara əsasən insan kanserogeni kimi təsnif edir.
Hissəcikli maddələrin birbaşa çökməsinin və yerli təsirlərinin oksidləşdirici zədəyə və aşağı dərəcəli xroniki iltihaba səbəb olduğu düşünülür. Bunlar öz növbəsində DNT və gen transkripsiyasına təsir edən, apoptozu əngəlləyən molekulyar dəyişikliklər yaradır və bütün bunlar xərçəngli zədələrin inkişafına gətirir.
Dr. Berg təqdimatında ölkələrarası fərqin "tarixi və hazırkı siqaret çəkmə vərdişlərindən və əhalinin demoqrafik xüsusiyyətlərindən asılı olmasına baxmayaraq" ağciyər xərçənginin dünyada xərçəngə bağlı ölümlərin aparıcı səbəbi olduğunu vurğuladı.
Ağciyər xərçəngi yükü və hava çirklənməsi əlaqəsi
2020 Dünya Xərçəng Statistikaları dünyada ildə təxminən 2,2 milyon ağciyər xərçəngi halı və təxminən 1,8 milyon ağciyər xərçəngi ölümü olduğunu göstərir.
Bu məlumatlar hava çirklənməsini siqaretdən sonra "ağciyər xərçənginin ikinci aparıcı səbəbi" edir.
Bu rəqəm hər il ağciyər xərçəngi ölümlərinin təxminən %4,7-nin birbaşa çirklənməyə aid edilə bildiyi Amerika Birləşmiş Ştatlarında bir qədər aşağıdır. Lakin Qərbdəki meşə yanğınları ilə hava çirklənməsindən daha çox zərər görəcəyik.
Qlobal xəstəlik yükünə dair müxtəlif hesablamaları birləşdirən Berg və həmkarları 2019-cu ildə 50-69 yaşlı şəxslərdə müəyyən maddəyə aid edilə bilən ağciyər xərçəngi ölüm göstəricisinin hər il hər 100.000 nəfərə 36.8 ölümlə Serbiyada ən yüksək olduğunu hesabladılar.
Onu 100.000-də 27.9 ilə Polşa, 100.000-də 24.6 ilə Çin, 100.000-də 19.7 ilə Monqolustan və 100.000-də 19.2 ilə Türkiyə izlədi.
Ən çox təsirlənən ölkələrdə hava çirklənməsinin əsas mənbələri nəqliyyat, qapalı məkanda yemək bişirmə və enerji mənbələridir.
Serbiyada enerji istehsalının %70-i kömürdən təmin edilir. Polşada bu göstərici %74, Çində %65, Monqolustanda %80, Türkiyədə %35 və ABŞ-da %19 idi.
Mənbələr
2. Air Pollution ― Second Leading Cause of Lung Cancer - Medscape - Sep 13, 2021.
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.