Hərəkət əsaslı art-terapiya və xərçəng müalicəsinə yönəlmiş tətbiqləri

Ünsiyyət və ifadənin danışmaqdan başqa çoxsaylı fərqli yolları vardır
Sözlərin yetərsiz olduğu anlarda bədən dili, mimikalar, hərəkət, yazı, rəsm və səslər işə düşür. Xərçəng diaqnozlu şəxsin fiziki və zehni hərəkətsizliyi müalicə prosesini çətinləşdirir. Hərəkət əsaslı art-terapiya ilə xərçəng xəstələri müalicə prosesini aktiv, yaradıcı və ifadəedici keçirirlər. Beləcə emosional olaraq daha müsbət, zehni olaraq daha fəal və fiziki olaraq daha güclü ola bilərlər.
Hərəkət və art-terapiya sağalma prosesini sürətləndirə bilər
Mühüm terapevtlərdən Grodner, Braff, Janowsky və Clopton hərəkət terapiyası ilə art-terapiyanın birgə istifadəsinin xəstələrin fərqindəliyi ilə birlikdə sağalma prosesini sürətləndirdiyini və psixoloji baxımdan müsbət inkişaf etdirdiyini müşahidə etmişlər. Bu barədə müxtəlif araşdırmaları olmuşdur. Bir tədqiqatda iştirakçıları üç qrupa ayırırlar. İlk qrup terapevtin yönləndirdiyi hərəkətli sənət fəaliyyəti qrupudur. İkinci yönləndirilməyən sənət fəaliyyəti, sonuncu isə nəzarət qrupudur. İştirakçılardan ikilikdə heç şifahi ünsiyyət qurmadan sənət layihəsi tamamlamaq istənilir. Fərqli otaqlarda müşahidə edilən xəstələr danışmadan yalnız bədən dili və mimikadan istifadə etməlidirlər. İlk qrup yönləndirilir və verilən materiallarla bitmiş sənət layihəsi gözlənilir. Yönləndirilməyən art-terapiya qrupuna müxtəlif sənət materialları verilir və layihə gözlənilmir, yalnız materialları sınamaları istənilir. Yönləndirilməyən nəzarət qrupundan heç bir fəaliyyət istənilmir və sənət materialı da verilmir. Müalicədən əvvəl və sonranı qiymətləndirmək üçün emosional və fiziki vəziyyətləri altı şkala əsasında araşdırılır.
Terapevtin yönləndirdiyi hərəkətli sənət layihəsini tamamlayan qrupda qiymətləndirilən altı fərqli şkalada ciddi müsbət irəliləyişlər müşahidə edilir. İdarə olunmayan art-terapiya qrupunda yalnız depressiya ölçüsündə müsbət inkişaf görülür. Nəhayət, nəzarət qrupunda hər hansı inkişaf və ya dəyişiklik müşahidə edilmir.
Tədqiqatın nəticəsi;
Tədqiqatda ilk qrup xəstələrə xəyallarını, duyğularını, şəxsi sıxıntılarını və fiziki ağrılarını ifadə etmək fürsəti verildiyi üçün layihədən sonra özünəinamlarının və həyat keyfiyyətlərinin artdığı qeydə alınmışdır. Bu tədqiqatda sənətlə müalicənin özünəməxsus və ifadəedici texnikaları ilə xəstənin sıxıntılarını ifadə etməsi təmin edilmiş və əhvalı müsbət dəyişmişdir. Həmçinin fiziki enerjini artırdığı ortaya çıxmışdır.
Hərəkət əsaslı art-terapiyanın əsas məqsədi xəstənin təkbaşına fiziki və psixoloji olaraq var ola biləcəyini göstərməkdir. Xəstənin ifadə edəcək mövzusunun olması və buna özünün qərar verməsi vacibdir. Əhvala birbaşa təsir edən bütün bu proses və nəticə insanı depressiyadan, qorxulardan və tənhalıq hissindən çıxaracaq gücə malikdir.
Xüsusilə hərəkət əsaslı fəaliyyətlər bu yaradıcı art-terapiya prosesinə daxil edildikdə yüngül məşq i də əvəz edir. Bu iş qan dövranını sürətləndirir, koordinasiyanı gücləndirməyə kömək edir, problem həlli bacarığını inkişaf etdirir və bədən fərqindəliyini artırır. Emosional baxımdan isə koqnitiv qabiliyyətləri və motivasiyanı artıraraq yaddaşı gücləndirməyə kömək edir.
Mənbələr
Assessing stress reduction as a function of artistic creation and cognitive focus.
Art Therapy: Journal of the American Art Therapy Association, 2008
2. Grodner et al. (1982), Moon, 1994; Foster, 1992
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.