İştaha itkisi

İştaha itkisi yemək yemək istəyinin azalmasıdır. Bu da çəki itkisinə səbəb olur. Çəki itkisi gündəlik fəaliyyətlərinizə təsir edir. Özünüzü gücsüz və halsız hiss etməyinizə gətirib çıxara bilər. Düzgün qidalanma müqaviməti artıraraq orqanizmin infeksiyalardan qorunmasına kömək edir.
Bununla yanaşı, çəki və ya iştaha itkisi xərçəngə və ya xərçəng müalicəsinə bağlı əlavə təsirlərdən biri kimi də yarana bilər. Xəstəliyin sağalmasında və müalicənin təsirinin artmasında balanslı qidalanma və güclü metabolizm mühüm rol oynayır. Buna görə çəkinizin müəyyən səviyyədə saxlanılması faydanıza olacaqdır.
İştahanı necə oyatmaq olar?
Çəkinizi müəyyən səviyyədə saxlamaq gündəlik fəaliyyətlərinizi yerinə yetirməyiniz və müalicənizin uğurlu olması üçün vacibdir. Elə isə çəkinizi müəyyən səviyyədə saxlamaq üçün:
İştahanızı oyadın:
- Gündə 5-6 dəfə kiçik porsiyalar yeməyə çalışın. Bu, bir dəfəyə çox yeməyin toxluq hissi yaradaraq sizi narahat etməsinin qarşısını alır.
- Tez doymamaq üçün yemək zamanı maye qəbulunu məhdudlaşdırın. Yeməkdən ən azı 30 dəqiqə əvvəl maye için.
- Pendir, yoqurt, yumurta, ət, süd və qoz kimi zülalla zəngin qidalar qəbul edin.
- Ara yeməklərdə zülal və karbohidratla zəngin qidalar yeyin və ya meyvə şirəsi, milkşeyk için.
- Yeməklərinizi dostlarınızla və ya ailənizlə özünüzü rahat hiss edəcəyiniz mühitdə yeyin.
- Yeməkdən əvvəl yüngül məşqlər edin.
- Yeni yemək reseptləri sınayın. Sizin üçün iştahaçıcı ola bilər.
Toxluq hissi:
- Yağlı qidalardan uzaq durun.
- Yeməklərdən 30 dəqiqə əvvəl maye qəbul edin.
- Yavaş çeynəyin.
- Kələm, brokoli kimi qidalardan və pivə, soda kimi karbohidrat tərkibli içkilərdən qaz yaradacaqları üçün uzaq durmaq lazımdır.
Dərman müalicəsi:
- Həkiminiz iştahanızı açacaq bəzi dərmanlar verməyə qərar verə bilər; Megastrol acetate (Megace), Deksemetazon (Kordexa, Decort)
- Çəki itkisini və ya iştahasızlığı aradan qaldırmaq üçün izlənən yolda uğuru müşahidə etmək üçün:
- Yemək gündəliyi tuta bilərsiniz.
- Çəkinizi qeyd edərək izləyə bilərsiniz.
- Həkiminizə müraciət edin
- Maye qəbul edə bilmirsinizsə
- Ayaq üstə durarkən başgicəllənmə varsa
- Bərk qidaları qəbul edə bilmirsinizsə
- Qidalanma tərziniz dəyişərsə
Həkiminizə müraciət edin
Vaxt itirmədən həkiminizə müraciət etməlisiniz. Həkiminizdən xəbərsiz heç vaxt özbaşına eşitdiyiniz tövsiyələri tətbiq etməyin. Həkiminiz lazımi müayinələri aparacaq, zəruri hesab etdiyi əlavələr və/və ya dəyişikliklərlə iştaha itkisinin qarşısını almaq üçün tədbirlər görəcəkdir.
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.