Koronavirus pandemiyasının ətraf mühitə təsiri – şəkilli izah

Yeni tip koronavirusun törətdiyi COVID-19 xəstəliyidünyanın bütün ölkələrinə təsir etdi və 11 mart 2020-ci ildə Dünya Səhiyyə Təşkilatı bu epidemiyanı COVID-19 pandemiyası elan etdi.
COVID-19 pandemiyası dünya üzrə irəliləyərkən həyatları təhdid edir və dünya iqtisadiyyatına təzyiq göstərir, bununla yanaşı ətraf mühitə də dərin təsir edib. Bu təsirlərin bəziləri müsbət, bəziləri isə mənfidir.
Alimlər əvvəlcə pandemiyanın başladığı Çində istixana qazı emissiyalarının azaldığını gördülər. Epidemiya dünyaya yayıldıqca və sənaye fəaliyyəti azaldıqca qlobal istiləşmənin əsas səbəblərindən sayılan istixana qazı emissiyaları da azalmağa davam etdi.
Bu arada, sürətlə yayılan sosial media paylaşımları şəhər ərazilərində vəhşi təbiət mənzərələrini göstərməyə başladı və bizi «təbiət sıfırlama düyməsinə basdı» deyə şərh verməyə sövq etdi.
Daha az diqqət çəkən isə tibbi tullantılarda və onlayn alış-verişdən yaranan qablaşdırmalarda kəskin artımlar idi (baxın: COVID-19 pandemiyası dövründə unudulan mövzu: TİBBİ TULLANTILAR).
Bu yazıda COVID-19 böhranının indiyədək bütün ekoloji təsirlərinə və gələcəkdə iqlim dəyişikliyi ilə mübarizə üçün bu faciədən hansı dərsləri ala biləcəyimizə baxacağıq. Gəlin, xüsusi infoqrafikamızla məlumatlara nəzər salaq:
KORONAVİRUS HAQQINDA BÜTÜN İNFOQRAFİKALARIMIZ
KORONAVİRUS HAQQINDA BÜTÜN YAZILARIMIZ
Mənbələr
The Coronavirus Pandemic’s Impact on the Environment [Infographic]
venngage.com - APR 14, 2020
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.