Multimilyoner britaniyalı saxta xərçəng dərmanı satdığı üçün həbs edildi

Xərçəngi müalicə etdiyi iddia olunan, insan plazma zülalları ehtiva edən guya möcüzəvi dərman satan Britaniya şirkətinin qurucusu, 15 ay həbs cəzasına məhkum edildi.
David Noakes Gc zülalından alınan makrofaq aktivasiya faktorunu (GcMAF) dünyada qanunsuz satmaqda günahkar bilinərək 27 noyabrda Londonda həbs cəzası aldı.
Noakes-un Immuno Biotech şirkəti, GcMAFistehsal edib milyonlarla funt qazandı, dünyada minlərlə insana internetdən satdı.
İnsan qanının plazmasında D vitamini bağlayan zülalı dəyişməklə alınan GcMAF 2000-ci illərin sonundan xərçəng, HIV və autizmin müalicəsi olduğu iddiası ilə satılır.
65 yaşlı iş adamı David Noakes qeydiyyatsız dərmanın istehsalı, təchizatı və satışı, həmçinin çirkli pulların yuyulmasında günahkar bilindi.
İş Britaniya Dərman və Sağlamlıq Məhsulları Tənzimləmə Agentliyinin (MHRA) 3 illik istintaqından sonra gəldi.
Qurum üzvü Alastair Jeffrey, «İstintaq komandamız David Noakes və köməkçilərini ədalətə vermək üçün çox çalışdı. Çünki qeydiyyatsız GcMAF istehsalı və satışı ilə ictimai sağlamlığa zərər verdilər» dedi.
Hakim Nicholas Lorraine-Smith məhkəmədə Noakes-un GcMAF-ın insanlara kömək edəcəyinə «qəti» inandığını, lakin «dərmanın təhlükəsiz hazırlanması üçün qaydaları nəzərə almadığını» dedi.
"Son dərəcə müdafiəsiz və ümid axtaran insanların xüsusilə hədəfə alınaraq» məhsulun satıldığını vurğuladı və «Belə məhsulun ən ciddi müstəqil sınaq və nəzarətsiz internetdən satışa verilməsi dəhşətlidir.» dedi
Kimyaterapiyanı pisləyən sayt
İstintaq əvvəllər ING Bank-da çalışan Noakes-un GcMAF-ı ilk dəfə 2009-da Ghent Universitetində narkotiklərlə bağlı konfransda eşitdiyini göstərdi.
Tibbi keçmişi və ixtisası olmasa da, 2011-də Cambridge-də ingilis və italyan alimlərlə GcMAF laboratoriyası, həmin il Britaniyanın Guernsey adasında Immuno Biotech qurdu.
Təxminən 10 min xəstəyə satan Noakes-un 2011 və 2015 arasında 10 milyon funt satış etdiyi hesablandı.
Şirkət narahatedici şəkildə xərçəng xəstələrini effektivliyi sübutlu təsdiqli müalicəni buraxmağa, öz məhsuluna güvənməyə çağırdı.
- Əlaqəli mövzu: Ağıl və pul sahibi olmaq xərçəng müalicəsində doğru yolu tapmağa kifayət etməyə bilər!
Immuno Biotech saytı kimyaterapiyanı GcMAF-la birləşdirməyin «pul itkisi» olduğunu, «kimyaterapiyanın immun sistemi dağıtdığını, GcMAF-ın yenidən qurduğunu» iddia etdi. Axı iddia pulsuzdur, lakin iddianız əsassızdırsa onu sübut etmək qeyri-mümkündür.
Cancer Research UK və Milli Autizm Cəmiyyəti kimi aparıcı yardım və ictimai təşkilatların xəbərdarlığından sonra MHRA yanvar 2015-də Cambridgeshire laboratoriyasına basqın etdi, 10 min şüşə GcMAF götürüldü.
Immuno Biotech müdafiədə GcMAF-ın «çox peşəkar steril laboratoriyalarda tələb ediləndən yüksək standartda hazırlandığını» dedi. Hakim, tələb ediləndən yüksək adlı standart olmadığını və dərmanın müalicədə istifadəsi üçün standartlarla yanaşı təhlükəsiz və effektiv olmasının lazım olduğunu bildirdi.
Cinayət ortaqları da cəza aldı
Noakes təsdiqsiz müalicə satdığına görə 12 ay, çirkli pul yuduğuna görə 3 ay həbs aldı. Həmçinin 8 il şirkət rəhbərliyindən məhrum edildi.
Immuno Biotech işçisi avstraliyalı Dr. Rodney Smith qeydiyyatsız tibbi məhsulun istehsalı, saxlanması, satışı və təchizatına görə 8 ay həbs aldı.
Digər işçi Emma Ward 8 ay həbsə və 150 saat ictimai işə məhkum edildi.
Noakes-un keçmiş həyat yoldaşı da satış icazəsiz tibbi məhsul satma və ya təchizatdan 6 ay həbs və 150 saat ictimai iş aldı.
Əlaqəli mövzu:
- Mənfi düşüncələrin xərçəng yaratdığını deyən televiziya aparıcısı üzr istədi
Mənbələr
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.