Onkologiyaya quş baxışı: Göyərçinlər radioloq və patoloqların yerinə göz dikdilər!

Patoloq və radioloqlar tibbi peşə və görmə bacarıqlarını qazanmaq, ixtisaslaşmaq üçün uzun illər çalışırlar. Düzgün diaqnoz bacarığı üçün xəstəliklərin patoloji və radioloji görüntülərinin xüsusiyyətlərini düzgün qavramaları kritikdir.
İnsan davranışını anlamaq üçün uyğun heyvan modelləri çoxdan istifadə edilir. Bu işdə patoloq və radioloqların görmə bacarığının necə inkişaf etdiriləcəyini araşdırmaq üçün ölkəmizdə də geniş yayılan Columba livia göyərçinləri işlədilmişdir. Səbəbi görmə sistemlərinin insanlara bənzəməsidir. Araşdırmaçılara görə tibbi görüntüləri müşahidə bacarığı əvvəl başqa işlə göstərilməmişdir.
Göyərçinlərin xərçəngli və normal hüceyrəni ayırma bacarığı araşdırılmışdır. Onlara bədxassəli (maliqn) və xoşxassəli (benign) süd vəzi toxumasının histopatoloji şəkilləri göstərilmiş, düzgün seçimdə qida verilmişdir. Nəticədə qeyri-adi görmə bacarıqları kəşf edilmişdir. Daha vacibi, fərqli görüntü dəstlərində əvvəl öyrəndiklərini ümumiləşdirə bilmişlər.
1 aylıq təlimdən sonra xərçəngli toxumanı tapma uğuru %80-ə çatmış, amma insan mütəxəssis qədər olmamışdır. Daha təsirli uğur sürü birlikdə işləyəndə olmuşdur. Fərqli quşların eyni şəkillər üzrə təxminləri birləşdiriləndə dəqiqlik mütəxəssis patoloqa bərabər %99-a yüksəlmiş, avtomatik görüntü analizi kompüterindən çox yaxşı olmuşdur.
Düzgün histoloji tanıma rəng və sıxılma dərəcəsindən təsirlənmiş, lakin əlavə təlimlə bunların da yaxşılaşdığı göstərilmişdir.
İnsan gözündə rəng reseptorları həssaslığa görə 3 konus növünə (yaşıl, mavi, qırmızı) bölünür. Bu 3 növün həssaslığı, qavrayış tutumu və iş prinsipi rəngli görməni təmin edir. Göyərçinlərdə isə 5 rəng konusunun olduğu məlumdur və rəngi daha həssas qavradıqları düşünülür.
Lakin mürəkkəb işlər üçün heyvan təlimi çətindir. Heyvanlar düzgün həll üçün təlimçi və başqalarından qeyri-ixtiyari ipucu ala bilər. Məsələn, Ağıllı Hans adlı, 20-ci əsrin əvvəlində yaşamış məşhur atın sadə hesab məsələlərini həll etdiyi müşahidə edilmişdi. Sonra əslində zehni əməliyyat etmədiyi, izləyən insanların reaksiyasındakı kiçik dəyişikliklərlə gözləntiləri qavradığı göstərildi. Heyvanlar müəyyən şərait və tapşırıqda çox yaxşı olsa da, şərait və material dəyişəndə bacarıq azalır.
Ağıllı Hans təsirindən qaçmaq üçün araşdırmaçılar görünən insan olmayan, göyərçinlərin qutuda kompüter ekranı qarşısında olduğu mühit qurub sınaq aparmışlar.
Radiologiyada göyərçinlərin mammoqrafiyadakı xərçənglə əlaqəli mikrokalsifikasiyaları tapmaqda oxşar bacarığı sübut edilmişdir. Lakin insanlar üçün də çətin şübhəli kütlə qiymətləndirməsində yalnız şəkli əzbərlədikləri üzə çıxmış, fərqli nümunələrdə uğur qazanmamışlar.
Uğurlar əlbəttə göyərçinlərin sertifikatlı patoloq və radioloq olmağa hazır olduğu deyil, tibbi görüntünü anlamaqda uyğun köməkçi olduğunu göstərir. Tətbiqdə müxtəlif çətinliklər var. Kəşf tibbi görüntü emalı və analiz alətlərinin hazırlanmasına da kömək edə bilər.
Mənbələr
Pigeons (Columba livia) as Trainable Observers of Pathology and Radiology Breast Cancer Images.
Levenson RM, Krupinski EA, Navarro VM, Wasserman EA
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.