Prostat xərçənginin müalicəsində daşlar yerindən oynadı

ASCO 2015 toplantısında nəticələri açıqlanan və ən çox diqqətimizi çəkən tədqiqatlardan biri RTOG 0521 adlı tədqiqat oldu. Bu tədqiqat yerli olaraq irəliləmiş və ya yüksək riskli yerli prostat xərçəngli xəstələrə erkən dövrdə kimyaterapiya tətbiqinin sağqalımı nəzərəçarpacaq artırdığını göstərmişdir.
Yerli olaraq irəliləmiş və ya yüksək riskli yerli prostat xərçəngi xəstəlik gedişi sevindirici olmayan (pis proqnozlu) prostat xərçəngi qruplarıdır. Bu mərhələdə prostat xərçənglərinin standart müalicəsi radioterapiya və uzunmüddətli (2-3 il) hormonal müalicədən ibarətdir. RTOG tədqiqatı planlaşdırılarkən metastatik və hormona davamlı, yəni irəliləmiş mərhələli prostat xərçəngli xəstələrdə istifadə olunan kimyaterapiya dərmanı dosetakselin daha erkən mərhələdə istifadəsinin fayda verib-verməyəcəyini müəyyən etmək hədəflənmişdir.
Yüksək riskli prostat xərçəngi T mərhələsi 2c və ya daha böyük, yaxud Gleason balı 8 –10 və ya PSA >20 olan xəstələrdir.
612 xəstənin daxil edilib 6 il izlənildiyi tədqiqatda xəstələr 2 qrupa ayrılmışdır; bir qrupa standart müalicə radioterapiya və hormonal müalicə, digər qrupa bunlara əlavə olaraq radioterapiya bitdikdən 4 həftə sonra başlanan 6 kurs dosetaksel ilə kimyaterapiya tətbiq edilmişdir.
Nəticə etibarilə, standart müalicəyə dosetaksel əlavə edilməsi ilə 4 illik sağqalım nisbəti %86-dan %93-ə yüksəlmiş və bütün səbəblərə bağlı həyat itkisi riskində %51 azalma əldə edilmişdir. Beləliklə, ilk dəfə yerli, yüksək riskli və hormona həssas prostat xərçəngi üçün dözülməsi asan kimyaterapiya ilə sağqalımda əhəmiyyətli artım müşahidə edilmişdir. Qısaca, bu tədqiqatla prostat xərçənginin müalicə standartları dəyişmişdir və kimyaterapiya, yerli olaraq irəliləmiş və ya yüksək riskli yerli prostat xərçəngli xəstələrdə xəstələrdə müalicə planı qurularkən erkən dövrdə nəzərə alınmalıdır.
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.