Sağlam qidalanma vərdişini davam etdirmək üçün yol xəritəsi

Aşağıdakı yazı yetkinlərinin %40-ında piylənmə, %60-ında isə pis qidalanma ilə əlaqəli ən azı bir xroniki xəstəlik olan ABŞ-da sağlam qidalanma ilə bağlı təcili tədbirlər görülməli olduğunu vurğulayan və 9 avqust 2018 tarixində NEJM-də dərc olunan «A Road Map for Sustaining Healthy Eating Behavior» adlı məqalənin tərcüməsidir.
Piylənmə və tip 2 diabet kimi qidalanma ilə əlaqəli xəstəliklər Amerikada qarşısı alına bildiyi halda ən çox rast gəlinən və yüksək xərcli xəstəliklər arasındadır. Amerika xalqının yarısından çoxunda (%59) pis qidalanma ilə əlaqələndirə biləcəyimiz ən azı bir xroniki xəstəlik var və bu xəstəliklər səhiyyə xərclərinin % 90-nı təşkil edir. Qidalanma ilə bağlı xəstəliklərin yayılmasını azaltmaq üçün müxtəlif və taraz qidalanmalı, gündəlik fiziki fəaliyyətimizi artırmalıyıq. Lakin bu vərdişlərin uğurlu və davamlı olmasının çətin olduğu da həqiqətdir. Verdikləri çəkini geri alan piylənməsi olan insanların % 80-i Amerika pəhriz sənayesinə 70 milyard dollarlıq qapalı dövr kimi əks olunur. Bu vəziyyət xəstələr, mütəxəssislər, siyasətçilər və digərləri üçün məyusluqdur. Bununla bağlı nə edə bilərik?
Marağınızı çəkə bilər:
İlk və ən vacibi, səhiyyə imkanlarının və xərclərinin sonsuz olmadığını anlamalı və sağlam olmayan qidalanmanın həllərini nəzərdən keçirməliyik. Tibbi qayğıya cəmiyyətin % 10-20-lik hissəsi töhfə verir. Qalan %80-90-lıq hissə böyümə, inkişaf, yaşayış, iş və yaş kimi sosial sağlamlıq amilləri ilə əlaqələndirilir. Səhiyyə sistemlərini həll etmək üçün xəstələrin tibbi olmayan ehtiyacları da nəzərə alınmalıdır. Bu sosial amillər araşdırılaraq «səbəblərin səbəbləri»nə çatmaq olar.
Həllin ikinci hissəsi cəmiyyət üçün sağlam seçimləri daha asan əlçatan etməyə yönəlməlidir (qidalanma davranışlarını dəyişdirməyə çalışmaq əvəzinə). Ən sadə nümunə evdə zərərli qəlyanaltı, hazır rafinə qida saxlamamağın uşaqlara qəlyanaltı yeməyin deməkdən daha təsirli həll olmasıdır. Daha geniş nümunə isə Amerikadakı 7 şəhər və rayonda şəkərli içkilərə qoyulan kiçik əlavə vergilərin bu içkilərin istehlakını azaltmasıdır. 25-dən çox ölkədə içki vergiləri artdı. Vergilər ən əsası piylənmənin yayılmasını və siyasətin şəkərli içki istehlakını azaltmağa yanaşmasını göstərir. Kaliforniyanın Berkeley şəhərində aparılan araşdırmada aşağı gəlirli məhəllələrdə tətbiq edilən vergilərdən sonra şəkərli içki alışında %21 azalma tapıldı. Aşağı gəlirli icmalarda içki vergiləri potensial risk amillərini azaltmaqda təsirlidir. İçki vergilərindən əldə olunan gəlir sağlamlığın sosial amillərini yaxşılaşdırmağa yatırıldı. Məsələn, Filadelfiyadakı 91 milyon dollar içki vergisi uşaq bağçalarına, yeni məktəblərin açılmasına və ictimai parkların qurulmasına xərcləndi. Lakin ştat miqyasında içki vergisi qadağaları gələcək içki vergisi siyasətlərini təhdid edir. Kaliforniya içki sənayesində 2031-ə qədər yeni qadağa gətirilə bilməyəcək, yalnız mövcud olanlar o tarixə qədər davam edəcək. Arizona və Miçiqan da oxşar qanunlara oktyabr 2018-ci ildə keçdilər. Oreqonda ştat miqyasında ərzaq məhsullarına verginin daimi qadağan edilməsi müzakirə olunur.
Beynəlxalq səviyyədə menyu məlumatlandırma qaydasının icma əsaslı yanaşmada pəhrizə müsbət təsiri var. Bu qayda restoranlarda lövhəyə menyu və kalori məlumatlarının yazılması haqqındadır. Bəzi araşdırmalarda menyuda kalori hesabının istehlakçının aldığı qidadakı davranışına necə təsir etdiyi araşdırıldı. Böyük restoran şəbəkələrində menyu tərkibini yazmaq insanın qəbul etdiyi kalorinin %12 azalmasını təmin etdi; həmçinin istehsalçı kalorinin çox görünməməsi üçün menyularında dəyişiklik etdi. Restoranlar menyuların kalori tərkibini azaldıb məlumatlandırmağa davam etsələr, ictimai sağlamlığa təsiri daha geniş ola bilər. ABŞ-da hər 3 uşaqdan birinin gündəlik fast-food yediyi nəzərə alınarsa, restoranlarda aşağı kalorili yeməklərin mövcudluğu piylənmə ilə mübarizədə əhəmiyyətli addım ola bilər.
Əlaqəli mövzu:
Özəl sektor, bu proses bir-birindən asılı olmayan parçalanmış səylərlə irəliləsə belə, cəmiyyətin sağlam qidalanma vərdişi qazanmasında mühüm rol oynayır. 2011-ci ildə Beynəlxalq Restoran Birliyi «Uşaqlar yaxşı yaşasın» adlı proqram yaratdı. Məqsəd uşaqlarda lazımi qidalanma meyarlarına görə uşaq menyularını məlumatlandırmaqdır. 2015-ci ildə 200-dən çox restoran şəbəkəsində 42000 məkan bu proqrama qatıldı. Lakin böyük şəbəkələrdə uşaq menyularının keyfiyyətini artıran nəzərəçarpacaq dəyişiklik tapılmadı. Digər könüllü iş 2015-ci ildə Sağlam Çəki Fondu tərəfindən 16 ölkədə qəbul edilən qablaşdırılmış qida və içki istehsalçılarının məhsullarında 1 trilyon kaloriyi azaltmasıdır. Bu könüllü işlərin təsirli tərəfi istehlakçıların davranışlarını dəyişdirmədən mənbəni dəyişdirməkdir. Bu cür işlər qidalanma əlaqəsini tənzimləyən kimi görünsə də, insanların öz qidalanmalarında əhəmiyyətli təsir yaratmamışdır.
Yetərsiz qidalanmanı həll etmək üçün tibbi modelin, yoxsa ictimai sağlamlıq modelinin seçilməsinin əhəmiyyəti yoxdur. Davranış dəyişikliyi yol xəritəsində yalnız müxtəlif amillər bir araya gəldikdə təsirli olacağı görüldü (uşaq baxımı, məktəb, iş və xəstəxanalar). Bu fəaliyyətlər siyasətçilər, tibbi təşkilatlar daxil olmaqla strategiyanı müdafiə edənlər tərəfindən dəstəklənir. Sağlam olmayan qidalanma vərdişlərindən sağlam qidalanma profilinə keçid xüsusilə dəyişən sosial normalar üçün vacibdir. Sağlam qidalanmaya maneə yaradan sosial amilləri müəyyən etmək xüsusilə aşağı gəlirli icmalarda çox vacibdir. Bütün işlərdə yaxından müşahidə nəyin işləyib-işləmədiyini anlamaq üçün lazımdır. Beləliklə, uğurlu yanaşma qura və ya lazımi dərsi çıxara bilərik.
Xərçəng, diabet və ürək-damar xəstəliklərinə cavabdeh əsas səbəblərin ortaq olduğunu bilirdinizmi?
Mənbələr
A Road Map for Sustaining Healthy Eating Behavior.
N Engl J Med - 9 August 2018
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.