SİQARET və NETFLIX

1970-ci illərin sonlarında ictimaiyyətin davamlı etirazı ilə üzləşən tütün istehsalçıları nəhayət yayım orqanlarından siqaret reklamlarını könüllü olaraq geri çəkdilər. Beləcə, siqaret əleyhinə elanların “mütənasib” təmsilinə də ehtiyac qalmırdı. Televiziyada son siqaret reklamı 1 yanvar 1971-ci ildə yayımlandı. Yeni ilin ilk gecəsi saat 23:59-da son siqaret reklamı qısa müddət göründü, sonra TV ekranlarından həmişəlik yox oldu.
Hazırda televiziyada siqaret reklamlarının göstərilməsi qadağan olduğu kimi, serial və filmlərdə göstərilməsi də senzura edilir. Lakin indi televiziya kanalları əvəzinə platforma yayım vasitələrinə maraq xeyli artıb. Məsələn, Netflix kimi platformaların istifadəçi nisbətləri yüksəkdir. Belə vəziyyətdə Argentinadan Maximiliano Brandon və həmkarlarının apardıqları və ASCO 2020 Virtual Konqresinə göndərdikləri tədqiqat xülasəsi siqaretin ekranlardakı “alternativ” göstərilmə müddətlərini ortaya qoyur.
Argentinada media məzmununun yarısı Netflix kimi platformalar vasitəsilə tamaşaçılara çatır. Bu məqalədə Netflix Argentinada ən çox izlənən 50 proqramda siqaret çəkmə tezliyi və saatlıq baxış zamanı bu vərdişə məruzqalma araşdırılıb. Buna görə:
1 oktyabr 2019 və 10 yanvar 2020 tarixləri arasında ən çox izlənən 50 proqramın müxtəlif yaş qruplarına təqdim olunan nümayişlərində siqaret çəkmə tezliyi Netflix Yetkinlik Dərəcəsinə görə qruplaşdırıldı. Müxtəlif uzunluqlu bölümləri müqayisə etmək üçün bütün bölümlər 60 dəqiqəyə standartlaşdırıldı.
Nəticələr
Netflix Yetkinlik Dərəcəsinə görə kateqoriyalara ayrılan məzmunlarda siqaretə orta məruzqalma müddətinin hər 60 dəqiqədə 2,5 dəqiqə olduğunu göstərdi.
- Tamaşaçılar Netflix Argentinada ən çox izlənən serialların % 64-də saatda ən azı üç tütün reklamına bərabər müddət ərzində siqaret çəkirlər.
- Siqaret istifadəsi gənc istifadəçilərə təqdim olunan serialların % 50 ilə % 73-də baş verir (+13 və ya +16 kimi göstərilən yetkinlik dərəcələri).

Netflix 2019-cu ildə siqareti öz orijinal istehsallarından çıxaracağını və gənclər üçün proqramlarda siqaret çəkilməsinə yalnız “tarixi və ya faktiki dəqiqlik səbəblərinə görə” icazə veriləcəyini elan etdi.
Mənbələr
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.