Süd vəzi ağrısı süd vəzi xərçənginin əlaməti ola bilərmi?

Əksər insanlar süd vəzi ağrısı hiss etdikdə görəsən süd vəzi xərçənginin əlaməti ola bilərmi deyə narahat olurlar. Hər iki süd vəzində qəfil ağrı hiss etdikdə özünüzü tələsik müayinə etdiyinizi görə bilərsiniz. Süd vəzi ağrıları nə qədər tez-tez narahatlıq yarada bilər və nə zaman süd vəzi xərçənginin inkişaf riski ilə əlaqəli ola bilər?
Süd vəzi ilə bağlı bütün statistikaya baxdıqda əllə hiss edilən kütlə / düyün və ya kistoz toxumanın %80-i xoşxassəlidir. Buna baxmayaraq, bir düyün, dəridə səpgi və ya döş giləsində dəyişiklik stress yarada bilər. Bu halda ilk növbədə sakit qalmaq lazımdır. Süd vəzi ağrılarının əksəriyyəti süd vəzi xərçəngi ilə əlaqəli deyil.
Əlaqəli yazı:
Süd vəzi ağrısının iki əsas növü
1- Siklik süd vəzi ağrısı
Kistoz və kistoz olmayan süd vəzi ağrısı arasında fərq vardır. Yeniyetməliklə menopauza dövrü arasında qadınların əksəriyyəti vaxtaşırı hormonal dəyişikliklərə bağlı həssaslıq və ağrı yaşaya bilər.
Menopauza və aybaşı dövründə yumurtalıqlar yüksək miqdarda estrogen istehsal edərək süd vəzilərində şişkinlik və mədədə həssaslıqla bir növ ağrı hiss etdirə bilər.
2- Siklik olmayan süd vəzi ağrısı
Bu ağrı siklik süd vəzi ağrısından xeyli az görülür. Bu ağrılar aybaşı dövrlərindən təsirlənmir. Yaralanma, süd vəzi travması və ya biopsiya aparılması da bu növ ağrıların yaranmasına səbəb ola bilər. Ağır qaldırmaq və fiziki məşq də dövri olmayan süd vəzi ağrısının səbəbləri arasında ola bilər.
Süd vəzi ağrısı həmişə süd vəzi xərçənginin əlaməti olmur
New York, Syracuse Universiteti Xəstəxanasının süd vəzi mərkəzində 5.463 qadınla tədqiqat aparıldı. Bu qadınların 861-i süd vəzi xərçəngi diaqnozuna malik idi və bu qrupdakı qadınların yalnız %14-ü süd vəzi ağrısından şikayət edirdi. Bəzi qadınlarda da süd vəzi ağrısı şikayəti olmuş, lakin süd vəzi xərçəngi tapılmamışdır. Lakin nadir də olsa, bu ağrı süd vəzi xərçənginin işarəsi kimi riski artıra bilər.
Süd vəzi ağrısının səbəbləri
Süd vəzilərindəki ağrıların dəqiq səbəbini həmişə bilmək mümkün olmaya bilər. Bəzi səbəblər bunlardır:
- Hormonlar: süd vəzi ağrısı hormonlardan asılı olaraq aybaşı kimi dövrlərdə arta, hamiləlikdən və menopauzadan sonra azala bilər.
- Süd vəzinin quruluşu: ağrı adətən süd axacaqları və ya vəzilərindəki dəyişikliklərlə başlayır. Kist yarana bilər və ya süd vəzi əməliyyatı da ağrılara səbəb ola bilər.
- Dərmanlar: sonsuzluq və hamiləlikdən qorunma həbləri, hormonal dərmanlar kimi bəzi dərmanlar süd vəzi ağrısına səbəb ola bilər.
Nəticə
Bəzən süd vəzi ağrısı süd vəzi xərçənginin ilk əlaməti ola bilər. Lakin süd vəzi ağrısı çox vaxt süd vəzi xərçəngindən başqa halların əlamətidir. Süd vəzi ağrısı hiss edirsinizsə, təşvişə düşməyin, amma xüsusilə siklik olmayan və davam edən ağrı zamanı həkim müayinəsindən keçin və lazımi analizləri etdirin. Süd vəzi xərçəngi xəstəliyin erkən mərhələlərində uğurla müalicə oluna bildiyi üçün mümkün süd vəzi xərçəngi əlamətlərinə qarşı diqqətli olmaq vacibdir.
Mənbələr
Updated 2016. cancer.org
2. Plu-Bureau, G., Le, M., Sitruk-Ware, R., and J. Thalabard.
Cyclical mastalgia and breast cancer risk: results of a French cohort study.
Cancer Epidemiology Biomarkers and Prevention. 2006.
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.