Təcrübəli və yaşlı həkim, yoxsa gənc və dinamik həkim?

Bu, hamımızı düşündürən sualdır. Xüsusilə xərçəng müalicəsində və ya xərçəngdən başqa çətin xəstəliyin diaqnostika və müalicəsində ən yaxşı həkimi tapmaq səyimiz çox vaxt bizi yorur. Düzgün həkimi seçmək üçün müəyyən rəhbərlər tapmağa çalışırıq. Dostlarımızın tövsiyələrini alır, tanıdığımız həkimlərdən rəy soruşuruq. Burada sizinlə paylaşmaq istədiyimiz yazı məhz bu mövzu ilə bağlıdır. Düzgün həkim seçimində ağlımızda bir çox sual olsa da, bu yazı ən azı həkimlərin yaşı ilə bağlı sizə baxış bucağı verəcək.
Yaşlı həkimlər yaşın gətirdiyi bir çox təcrübəyə malik olsa da, qocalma ilə yaranan bəzi mənfi hallar da müşahidə edilir. Bu səbəbdən bəzi insanlar təqaüdünü təxirə salmış həkimlərin fiziki və zehni baxımdan yetərli olduğuna əmin olmaq üçün məcburi testlərdən keçirilməli olduqlarını düşünür.
Bu mövzuda ABŞ-da aparılmış tədqiqat son dərəcə diqqətçəkəndir. Tədqiqatda 2011-2014-cü illərdə xəstəxanada yatmış, 65 yaşdan yuxarı 736000 xəstə araşdırılıb. Bu xəstələrə orta yaşı 41 olan 18854 həkim nəzarət edib. Həkimin yaşına görə ölüm nisbəti müqayisə edildikdə 40 yaşdan aşağı həkimlərin nəzarətində ölüm nisbəti %10.8, 60 yaş və yuxarı həkimlərdə isə %12.1 olaraq müşahidə edilir.
Tədqiqatı aparan Dr. Yusuke Tsugawa bu fərqi əhəmiyyətli saysa da, nəticənin tamamilə yaşla bağlı olmadığını düşünür. Tsugawanın fikrincə: “Tapılmış fərqin həkimlərin yaşından çox gənc həkimlərin aldıqları təhsil fərqindən qaynaqlandığını düşünürəm. Gənc həkimlərin dəyişən elm və texnologiyaya daha yaxşı bələd olduqlarına və müalicələri tətbiq etməkdə daha aktual yetişdiklərinə inanıram.”
San Dieqo Həkim Qiymətləndirmə və Klinik Təhsil Proqramının (PACE) rəhbəri Dr. William Norcross proqramlarına cari ədəbiyyatdan və son yeniliklərdən uzaqlaşmış həkimlərin daxil olduğunu, lakin onların hamısının yaşlı deyil, gənc həkimlərin də olduğunu, bunun yüksək səviyyəli bilikləri aktual saxlamaqda çatışmazlıqla əlaqəli olduğunu bildirir.
Həkimlərdə yaşla bağlı müşahidə edilə bilən dəyişikliklər
Bəzi tədqiqatlara görə yaş artdıqca həkimlərdə qayğı keyfiyyəti azalır. Həkimlərin orta performansı yaş irəlilədikcə azalma meyli göstərsə də, bir çox yaşlı həkimin gənc həkimlərlə eyni, hətta daha yaxşı performans göstərdiyi də məlumdur. Həmçinin 60-lı yaşlarının sonunda olmasına baxmayaraq gənc həmkarlarının ətrafında qaçışaraq onlara və xəstələrə kömək etməyi, təcrübələrini ötürməyi sevən həkimlər də var.
Burada həkimlər arasında gördüyümüz çoxsaylı müxtəliflik yaşla bağlı məcburi təqaüd qərarını çətinləşdirir. Buna görə həkimlik üçün dəqiq təqaüd yaşı müəyyən etmək çətindir; bu mərhələdə bir çox amil məsələyə daxil olur.
Kiçik görmə pozğunluqları, yüngül yaddaş problemləri, yaşla bağlı sümük və oynaq problemləri həkimin karyerası üçün həddindən artıq problem yaratmır.
Yaşlı həkimlərdə xüsusi sağlamlıq skrininqləri
2015-ci ildə aparılmış tədqiqata görə Amerikada həkimlərin %30.9-u aktiv lisenziyalı 65 yaşdan yuxarı həkimlərdən ibarətdir. Görünən budur ki, səhiyyə xidmətinin mühüm hissəsi yaşlı həkimlər tərəfindən göstərilir. Həkimlərin tibb diplomu ala bilməsi üçün təhsilləri boyu müəyyən klinik bacarıq və intuisiyalara malik olması lazımdır.
Amerikada son illərdə yaşlı həkimlər üçün bəzi siyasətlər hazırlanır. Bunlardan biri də PACE proqramıdır. Bu proqramın məqsədi fiziki test, tarixçə, koqnitiv-idrak funksiyası testi, görmə və eşitmə kimi skrininqlərlə yaşlanmaya bağlı dəyişiklikləri erkən aşkar etmək və nəticədə həkimləri peşə həyatından çıxarmaq əvəzinə erkən həll təqdim edərək peşə həyatında saxlamağa çalışmaqdır. Çünki həkim olduqca çətin yetişir və həm xəstə, həm də sağlam şəxslərin həyatına müsbət töhfə verən bacarıqlar yalnız uzun illərin təcrübəsindən sonra qazanılır.
Nəticədə müdriklik, təcrübə və mərhəmət kimi xüsusiyyətlər yaşla inkişaf edir. Biz bu keyfiyyətləri peşə həyatında qorumaq istəyirik. Təcrübəli həkimlər gənc həkimlərə yol göstərmək baxımından da olduqca vacibdir.
Mənbələr
Physician age and outcomes in elderly patients in hospital in the US: observational study.
BMJ 2017;357:j1797
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.