Teflon kanserogendirmi? Teflon tavalar sağlamlığı təhdid edirmi?

Teflon nədir?
Teflon qida ilə birbaşa təmasda olan, demək olar ki, sürüşməyən səthli qazan və tavaların daxili örtüyünün ticarət adıdır. Elmi adı politetraflüoroetilen (PTFE) olan insan tərəfindən hazırlanmış kimyəvi maddədir. 1940-cı illərdən kommersiya istifadəsindədir. Mətbəx ləvazimatlarından başqa parça, tibbi alətlər (kateter, tibbi alətlər, protezlər və s.), kosmetik məhsullar kimi çoxlu sahədə də istifadə edilir.

Perflüorooktan turşusu (PFOA) nədir?
Perflüorooktan turşusu (PFOA) C8 kimi də tanınan sintetik kimyəvi maddədir. Teflonun istehsalında istifadə edilən, proses zamanı yanan və son məhsulda az miqdarda qalan maddədir. Teflondan başqa təmizləyici məhsullarda, pestisidlərdə və bəzi sənaye və ya kommersiya məhsullarında hələ istifadə edilir. PFOA təbiətdə və insan bədənində uzun müddət qala bildiyindən sağlamlıq problemi yaratma riski daşıyır. Tədqiqatlar demək olar ki, hamının qanında çox aşağı səviyyədə olduğunu göstərir. Yerli su mənbələrinə PFOA qarışan icmaların sakinlərinin qanında daha yüksək səviyyə tapılmışdır. PFOA və oxşar kimyəvi maddələr bəzi qidalarda, içməli suda və ətrafdakı tozda aşağı səviyyədə olur. Buna görə teflon tava və qazanlar PFOA məruzqalmasının ən mühüm və yeganə mənbəyi deyil.
Teflon və PFOA xərçəngə səbəb olurmu?
Xərçəngə səbəb olan və ya böyüməsinə kömək edən şeylərə kanserogen deyilir. Teflonun kanserogen olduğuna dair hələ dəlil yoxdur.
Perflüorooktan turşusu – PFOA
Son illərdə çoxlu tədqiqat PFOA-nın xərçəngə səbəb olma ehtimalını araşdırır. Laboratoriya tədqiqatlarında heyvanlar şiş və ya digər sağlamlıq problemi yaradıb-yaratmadığını anlamaq üçün maddənin adətən yüksək dozasına məruz qoyulur. Tədqiqatçılar həmçinin xərçəng hüceyrələrindəki dəyişiklikləri yaradıb-yaratmadığını görmək üçün insan hüceyrələrini də laboratoriyada maddəyə məruz qoya bilərlər.
Laboratoriya heyvanlarında aparılmış tədqiqatlarda PFOA-ya məruz qoyulanlarda qaraciyər, xaya, süd vəzi və mədəaltı vəzidə müəyyən şişlərin riskinin artdığı görülmüşdür. Ümumiyyətlə heyvanlarda yaxşı aparılmış tədqiqatlara yaxın nəticələr insanlarda da alınır. Lakin bu kimyəvi maddənin heyvanlarda xərçəng riskinə necə təsir etdiyi və insanlarda da eyni nəticələrin olub-olmayacağı bəlli deyil.
İnsanlarda aparılmış tədqiqatlar
Araşdırmaların bir hissəsi PFOA-ya xüsusilə iş mühitində intensiv məruz qalanları öyrənmişdir. Bu işlərdə PFOA məruzqalması artdıqca xaya xərçəngi riskinin də artdığı görüldü. Tədqiqatlar onun böyrək və qalxanabənzər vəzi xərçəngi ilə də əlaqəli ola biləcəyini bildirdi. Lakin bu risk artımları statistik baxımdan əhəmiyyətli deyildi.
Mütəxəssis qurumlar nə deyir?
Bir çox milli və beynəlxalq qurum bu maddələrin xərçəngə səbəb olub-olmadığını müəyyən etmək üçün müxtəlif araşdırmalar aparmışdır. Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyi (IARC) Ümumdünya Səhiyyə Təşkilatının (WHO) hissəsidir. Məqsədlərindən biri xərçəngin səbəblərini müəyyən etməkdir. IARC məhdud dəlilləri nəzərə alaraq PFOA-nı xaya və böyrək xərçəngləri ilə əlaqələndirmiş və ehtimal ki, insanlarda kanserogen kimi təsnifləşdirmişdir.
ABŞ Ətraf Mühitin Mühafizəsi Agentliyi EPA PFOA-nı kanserogenliyinə görə rəsmi təsnif etməmişdir. EPA-nın Elmi Məsləhət Şurası layihə hesabatında əsasən laboratoriya heyvanlarından əldə edilmiş dəlilləri araşdırmışdır. Nəticədə insanlarda kanserogen potensialı qiymətləndirmək üçün yetərsiz kanserogenlik tapıntıları olduğunu bildirmişlər. Digər agentliklər PFOA-nın xərçəng yaradıb-yaratmayacağını rəsmi qiymətləndirməmişdir.
Teflon örtüklü tava və qazanlarınızı istifadə etməməlisinizmi?
İnsanların PFOA-ya məruzqalma yolları tam bilinmədiyi üçün necə qoruna biləcəkləri də qəti məlum deyil. Yüksək PFOA məruzqalmasından narahat olanların qan səviyyəsi ölçülə bilər, lakin bu, rutin və asan test deyil. Test aparılsa belə, nəticələrin mümkün sağlamlıq təsirləri baxımından mənası aydın deyil.
Həddindən artıq qızmış teflon qazan tüstüsünə məruz qalanlarda qripə bənzər əlamətlərdən başqa teflon mətbəx ləvazimatları istifadəsinin insan üçün məlum başqa riski yoxdur.
Mənbələr
atsdr.cdc.gov
2. Barry V, Winquist A, Steenland K.
Perfluorooctanoic acid (PFOA) exposures and incident cancers among adults living near a chemical plant.
Environ Health Perspect. 2013.
3. Benbrahim-Tallaa L, Lauby-Secretan B, Loomis D, et al on behalf of the International Agency for Research on Cancer Monograph Working Group.
Carcinogenicity of perfluorooctanoic acid, tetrafluoroethylene, dichloromethane, 1,2-dichloropropane, and 1,3-propane sultone.
Lancet Oncol. 2014.
4. Environmental Protection Agency.
Emerging Contaminants – Perfluorooctane Sulfonate (PFOS) and Perfluorooctanoic Acid (PFOA). 2014.
epa.gov
5. Environmental Protection Agency.
SAB Review of EPA’s Draft Risk Assessment of Potential Human Health Effects Associated with PFOA and Its Salts. 2006.
yosemite.epa.gov
6. Fei C, McLaughlin JK, Lipworth L, Olsen J.
Maternal levels of perfluorinated chemicals and subfecundity.
Hum Reprod. 2009.
7. Melzer D, Rice N, Depledge MH, et al.
Association between serum perfluoroctanoic acid (PFOA) and thyroid disease in the NHANES study.
Environ Health Perspect. 2010.
8. Post GB, Cohn PD, Cooper KR.
Perfluorooctanoic acid (PFOA), an emerging drinking water contaminant: A critical review of recent literature.
Environ Res. 2012.
9. Steenland K, Fletcher T, Savitz DA.
Epidemiologic evidence on the health effects of perfluorooctanoic acid (PFOA).
Environ Health Perspect. 2010.
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.