Xərçəng mifləri - 4: Stress, kədər xərçəng yaradırmı? Xərçəng cinsi yolla yoluxurmu və cinsəlliyə necə təsir edir?

Bu məqalədə
Xərçəngin niyə yarandığı və necə yoluxduğu ən çox maraq doğuran mövzulardandır. Xüsusən cəmiyyətimizdə demək olar hər kəs xərçəngin kədərli təcrübələrlə sıx bağlı olduğunu düşünür… Həmçinin yemək-içmək kimi əsas ehtiyaclardan olan cinsi həyata xərçəng zamanı necə baxılmalı olduğu ən çox maraq doğuran, lakin ən az danışılan mövzulardandır.
Ruhi vəziyyətim xərçəng riskimi və ya sağalmağımı müəyyən edirmi?
Stress, kədər, narahatlıq kimi ruhi vəziyyətlərin xərçəng inkişafı riskini artırdığına dair inandırıcı elmi sübut tapılmamışdır. Lakin müsbət əhval xərçəngin və müalicənin bəzi yan təsirlərinin öhdəsindən daha asan gəlməyə kömək edir. Xərçəngsinizsə kədərli, qəzəbli, narahat, bəzən də müsbət və şən ola bilərsiniz… Müsbət davranışlar daha sosial və aktiv qalmağı təmin edir. Fiziki aktivlik və emosional dəstək xərçəngin öhdəsindən gəlməyə kömək edə bilər.
Xərçəng cinsi yolla yoluxurmu? Cinsi həyata necə təsir edir?
Xərçəng cinsi yolla yoluxan xəstəlik deyil.
Xərçəng diaqnozu alan hər kəsin cinsi həyatı və ya cinsəlliyə baxışı dəyişməli deyil. Heç bir dəyişiklik hiss etməyə bilərsiniz. Lakin xərçəng bədən obrazını dəyişə və buna bağlı cinsi istəyi azalda bilər. Digər tərəfdən belə çətin təcrübə bəzən cütlükləri daha da yaxınlaşdırıb münasibətlərini gücləndirir.
Xərçəng xəstələri müalicədə əhval dəyişikliyi və ya dərmanların yan təsirləri ilə cinsi istəksizlik yaşaya bilər. Lakin xəstə yaxşı hiss edirsə və maneə yoxdursa, cinsi münasibətdən uzaqlaşmaq doğru deyil. Özünəinamı itirməməsi və həyat yoldaşından uzaqlaşmaması müalicəyə müsbət təsir edir.
Xərçəng müalicəsi davam edərkən hamiləlikdən qorunmaq lazımdır
Xərçəng müalicəsində kontrasepsiya üsulları hamiləlik riskinin qarşısını almağa kömək edir. Müalicə zamanı hamilə qalmaq əlilliyi olan uşaq, düşük və təbii olaraq abort riski daşıyır. Uyğun kontrasepsiya üsulları müalicədə cinsi həyatın risk amillərini minimuma endirəcək.
Müalicə boyunca hamiləlikdən qorunma barədə həkiminizlə danışın. Xərçəng müalicəsi bitəndən sonra sağlam hamiləlik keçirib uşaq sahibi olmağınız mümkündür.
Mənbələr
Posttraumatic stress disorder and cancer risk: a nationwide cohort study.
Eur J Epidemiol. 2015;30(7):563-568.
2. How cancer can affect your sexuality and sex life.
Coping with cancer; Coping physically; Sex, sexuality and cancer.
Cancer Research UK
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.