Xərçəng növlərinə görə diaqnoz və müalicə bölməsinə nazofarenks (üst udlaq) xərçəngi bölməsi əlavə edildi

Nazofarenks (üst udlaq) xərçəngi burun boşluğunun arxasındakı üst udlaq bölgəsinin səthindən inkişaf edir. Dünyada hər il 80,000 yeni nazofarenks xərçəngi diaqnozu qoyulur və bu xəstəliyə bağlı ildə 50,000 həyat itkisi olur, lakin əhəmiyyətli regional və irqi fərqlər vardır. Belə ki, nazofarenks xərçəngi ən çox Cənubi Çin, Cənub-Şərqi Asiya, Şimali Afrika və qütb bölgəsində görülür.
Diferensiasiya olunmamış, keratinləşməyən yastı hüceyrəli karsinoma ən çox görülən histoloji alt tipdir. Nazofarenks xərçəngi kişilərdə qadınlardan 2-3 dəfə çox görülür. Yüksək riskli cəmiyyətlərdə ən çox 50-59 yaş arasında görülsə də, aşağı riskli cəmiyyətlərdə rastgəlmə tezliyi ümumən yaşla artır.
Nazofarenks xərçənginin rastgəlmə nisbətlərindəki coğrafi dəyişkənlik xəstəliyin bir çox amilin təsiri ilə yarandığını düşündürür. Tez-tez görüldüyü cəmiyyətlərdə bir çox amil riskin yaranmasına təsir edir: Ebstein-Barr virusu (EBV) infeksiyası, genetik meyl, siqaret və uzunömürlü olması üçün qatqı maddəsi olan qidalar kimi mühit amilləri. Üstəlik, gənc yetkinlərdəki nazofarenks xərçəngi həyatın erkən dövrlərində qarşılaşılan bəzi geniş yayılmış kimyəvi maddələrə məruzqalmanın mühüm amil ola biləcəyini düşündürür. İnkişaf etmiş və bizim kimi inkişaf etməkdə olan ölkələrdə isə digər baş-boyun xərçənglərində olduğu kimi nazofarenks xərçənginin ən çox səbəbləri siqaret və alkoqol istifadəsidir.
Mənbələr
2. Chang ET, Adami HO. The enigmatic epidemiology of nasopharyngeal carcinoma. Cancer Epidemiol Biomarkers Prev 2006; 15:1765.
3. Barnes L, Eveson JW, Reichart P, Sidransky D. Pathology and Genetics of Head and Neck Tumours. In: World Health Organization Classification of Tumors, IARC Press, Lyon 2005.
4. Ferlay J, Bray F, Pisani P, Parkin DM. GLOBOCAN 2002: Cancer Incidence, Mortality and Prevalence Worldwide. In: IARC CancerBase, 5, IARC Press, Lyon 2005. Vol 2.0.
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.