Xərçəng xəstələri nə vaxt, hansı musiqiləri dinləməlidir?

"Mən musiqini möhtəşəm güc vasitəsi sayıram..." deyir musiqi tədqiqatçısı, nevroloq və yazıçı Oliver Sacks. Musiqi terapiyası xərçənglə mübarizə aparan xəstələr üçün xüsusilə tibbi müalicələrin yan təsirlərini azaltmağa və əhvalı yüksəltməyə yarayan çox mühüm köməkçidir.
Ən qədim ünsiyyət formalarından olan musiqinin insanların qəzəb, stress, gərginlik, narahatlıq və hətta utanc kimi hisslərini azaldaraq yerini müsbət duyğulara verdiyini araşdırmalara əsasən demək mümkündür. Həmçinin düzgün musiqinin xərçəng xəstələrinin əhvalını yaxşılaşdırdığı, narahatlığını azaltdığı və digər insanlarla ünsiyyətini gücləndirdiyi tədqiqatlarda müşahidə edilib.
Xərçəng xəstələri nə vaxt musiqi dinləməlidir?
İnsanın zehni və bədəni arasındakı bağ olduqca güclüdür. Bütün zehni hərəkət və dəyişikliklər bədənə birbaşa təsir edir. Musiqi xərçəng xəstələrinin yaxşılaşması üçün istifadə edilən terapiya növüdür. Tənhalıq hisslərini və stressini azaldaraq xəstəliyə qarşı xüsusilə zehni, dolayısı ilə fiziki müqaviməti artırmağa kömək edir.
Bəzi vaxtlarda xüsusilə düzgün musiqiləri dinləmək faydalı olacaq;
- Kimyaterapiya alarkən sakitləşmək və təzyiqi tarazlıqda saxlamaq üçün,
- Əməliyyatdan əvvəl yüksək narahatlığı yüngülləşdirmək üçün,
- Əməliyyatdan sonra sağalma zamanı stressi azaltmaq üçün,
- Gərgin və uzun günün sonunda rahatlamaq və daha yaxşı dincəlmək üçün,
- Səhər oyanıb yeni ümid dolu günə başlayarkən,
- Gün ərzində nə vaxt stressli və bədbəxt hiss edilərsə, zehni sakitləşdirib rahatlaşmaq üçün musiqi dinləməyin çox müsbət faydaları var.

Tədqiqatlar musiqi terapiyasının xərçənglə mübarizədə çox kömək etdiyini göstərir
Xərçəng xəstələri hansı musiqiləri dinləməlidir?
Məlumdur ki, zövqlər və rənglər müzakirə edilmir. Şəxsi seçimlər, bəyənmələr və musiqi zövqü də nisbidir, şəxsə məxsusdur. Hətta bəzən birinin çox zövq və xoşbəxtliklə dinlədiyi musiqini başqası pis xatirələrinə görə kədərlə dinləyə bilər. Lakin bəzi elmi araşdırmalara görə insan zehninə daha müsbət təsir edən musiqi növləri də var.
Cəmiyyətlərə görə musiqi növləri fərqlənir. Bəzi növlər dinləyərkən zövqverici və rahatladıcı düşünülsə də, əslində daha çox depressiv, həddən artıq emosional və melanxolik sayıla bilər. Bu da xərçənglə mübarizə aparan xəstənin fərqinə varmadan əhvalını daha çox poza və onu duyğulandıra bilər.
Mütəxəssislərə görə xərçəng xəstələri emosionallıq və bədbəxtlik ehtiva edən ritm, melodiya və sözlərdən ibarət musiqiyə üstünlük verməməlidir. Bəzi musiqilər insan psixologiyasına daha müsbət təsir edir.
Xərçəng xəstələri üçün aparılan araşdırmalara görə;
- Soul və Smooth Jazz musiqisi,
- Klassik musiqi,
- Yüksək ritmli rəqs musiqisi,
- Meditasiya musiqisi,
- Təbiət səslərindən bəstələnmiş kompozisiyalar seçilməlidir.
Tək alət dinləməyi sevən xəstələr yalnız akustik gitara, piano və ya arfa da dinləyə bilərlər. Həmçinin ənənəvi terapiya musiqilərinin də rahatladıcı təsiri var. Xarici internet saytlarında axtarmaq istəsəniz bu açar sözlərlə belə musiqiləri daha asan tapa bilərsiniz: soulful Jazz, soulful jazz vocalist, a relaxing classical orchestral piece, high energy dance music track, inspirational lyrics, empowering songs, classical music, acoustic guitar, piano, harp, traditional therapeutic music.
Musiqi terapiyası musiqi terapevtinin xəstəyə xüsusi fərdi tətbiq etməli olduğu müalicə üsuludur. Lakin yalnız musiqi dinləməyin belə müalicəyə kömək etdiyi və insan psixologiyasına müsbət təsir etdiyi araşdırmalarla ortaya qoyulub.
Musiqi xərçəng xəstələrinin digər insanlarla ünsiyyətini, sosiallaşmasını, özünüifadəsini və şəxsi inkişafını dəstəkləyən, sözsüz, yaradıcı, kompozisiyalı, ruhlu, duyğulu və müalicəedici xüsusiyyətləri olan sənət sahəsidir.
Mənbələr
Malgorzata Monika Stanczyk
Reports of Practical Oncology and Radiotherapy, 2011
2. Can Music Therapy Cure Cancer? No, But Studies Say It Sure Helps in Survival
Jeffrey Paul
Mesothelioma HelpNow, October,8 2015
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.