Xərçəng xəstələri üçün bir doza xoşbəxtlik: Van Gogh-un günəbaxanları

Bədii fəaliyyətlərlə məşğul olmaq, yəni bədii yaradıcılığın faydaları barədə əvvəlki incəsənətlə xərçəng müalicələri yazılarımızda danışmışdıq. Digər tərəfdən, aparılan tədqiqatlara görə incəsənəti istehlak etmək, yəni izləmək, dinləmək, hiss etmək və qiymətləndirmək də xərçəng xəstələrinin və yaxınlarının stresini azaldaraq təşviş və depressiya kimi psixi sıxıntılara yaxşı təsir edir. Xərçəng xəstələrinin həm fiziki, həm də psixi baxımdan sağlam olması çox vacibdir.
Radioterapiya və kimyaterapiya müalicələrinə paralel müxtəlif qruplarda xərçəng xəstələri ilə incəsənət əsərlərini izləyib qiymətləndirməyin onların yaşadığı stres səviyyələrinə təsirinin araşdırıldığı tədqiqatdan bəhs etmək istəyirik. Bu araşdırmada xəstəliyin öyrənildiyi ilk andan müalicə prosesinə və sonrasına qədər olan dövrdə yaşanan təşviş, depressiya və xəstəliklə əlaqəli digər emosional simptomlara diqqət yetirilir. Xəstələrlə incəsənət terapiyası üsulları əsasında müntəzəm olaraq əsərləri araşdırmaq, onlar barədə danışmaq, qiymətləndirmək və tənqid etmək seansları keçirilir. Ardınca incəsənət əsərlərindən çıxış edən yaradıcı incəsənət terapiyası tətbiqləri ilə də dəstəklənir. Həftədə iki gün olmaqla bir ay boyunca və müxtəlif xəstələrdə bir il boyunca davam etdirilir.

Portret nümunəsi: Narcissus (Leonardo da Vinci, 1490)
Xərçəng xəstəliyinin səbəb olduğu stresin fiziki təsirləri 5 başlıq altında araşdırılır
- Ürək döyüntülərinin tezliyi
- Tənəffüs
- Qan təzyiqi
- Bədən temperaturu
- Ağrı
Fiziki mənfi təsirlərlə yanaşı, stres emosional və sosial baxımdan da zərər verir, yorur. Kədər, təşviş, depressiya, özünü dəyərsiz hiss etmək, özünü təcrid etmək, münasibətlərin zərər görməsi kimi səbəblər xəstəni birbaşa bədbəxtliyə sürükləyir. Bu araşdırmaya görə, xərçəng səbəbindən yaşanan belə streslər bu şkalalarla qiymətləndirilmişdir:
- Xəstəxana təşviş və depressiya şkalası (Hospital Anxiety and Deppression Scale- HADS)
- Hamilton depressiya qiymətləndirmə şkalası (Hamilton Depression Rating Scale- HDRS)
- Edmonton simptom qiymətləndirmə şkalası (Edmonton Sympton Assessment Scale- ESAS)
Bu şkalalara görə 3 fərqli vaxt qiymətləndirilir: əvvəl, 4-cü seans və 8-ci seans.
Rəsm növləri isə 4 fərqli növdən seçilir: portret, təbiət, natürmort və abstrakt. Bu tədqiqatın nəticəsinə görə, stres fiziki və psixi sağlamlığa, həyat keyfiyyətinə, tibbi müalicədən məmnunluğa və yaşamaq mübarizəsinə birbaşa təsir edir. Bir il boyunca müxtəlif xəstə qrupları ilə aparılan bu tədqiqatın sonunda depressiya və təşvişin HADS və HDRS şkalalarına görə orta hesabla %15 azaldığı, ESAS şkalasına görə isə nəzərəçarpan inkişaf müşahidə edilmədiyi göstərilmişdir. Xəstələrdən özlərinin qiymətləndirmə aparması istəndikdə bu göstəricinin daha çox artdığı bildirilmişdir.
Eyni mövzuda Londonda aparılan başqa araşdırma da qalereya və ya muzey ziyarətlərinin kortizol (stres hormonu) səviyyəsini nəzərəçarpacaq dərəcədə azaltdığını göstərir. Stresli, gərgin və sıx şəhər həyatında bir tərəfdən fiziki sağlamlığımızı qorumağa çalışıb xərçənglə mübarizə apararkən, digər tərəfdən psixi sağlamlığımızı qorumağa çalışmaq xeyli çətindir. Əslində bütün bu mübarizə sağlam və xoşbəxt həyat üçündür. Nahar fasiləsindəki 30 dəqiqəlik qalereya ziyarəti belə stresdən qurtulmağa, qan təzyiqimizi tənzimləməyə və bir az daha xoşbəxt olmağa kifayət edə bilər.
Təbiət rəsmi nümunəsi: Poplars at the Epte (Claude Monet, 1926)
Mənbələr
2- Normalisation of salivary cortisol levels and self-report stress by a brief lunchtime visit to an art gallery by London City workers, Angela Clow PHD with Cathrine Fredhoi MSc, Journal of holistic healthcare, Volume 3 Issue 2 May 2006
3- An overview of art therapy interventions for cancer patients and the results of research. Gue K. Goetze H. Buttstaedt M. Kleinert E. Richter D. Singer S., 2010 Jun-Aug;18(3-4):160-70.
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.