Xərçəngli xəstələrdə dad pozuntusunun bioloji səbəbi kəşf edildi

Xərçəng müalicələrində ən çox rast gəlinən yan təsirlərdən biri dad pozuntularıdır. Bunlara qidaların dadının dəyişməsi, bütün qidalardan eyni dadın alınması və ağızda metal və ya kimyəvi dad daxildir. Adətən iştah və çəki itkisinəsəbəb olur. Noyabr 2016-cı ildə PLOS Genetics-də dərc olunan tədqiqata görə Hedgehog (kirpi) siqnal yolunun fəallığının itməsi dad pozuntularına səbəb olur.
Dad duyğusu dad tumurcuqları və onların yerləşdiyi papilla adlanan toxumalarla həyata keçirilir. Dad duyğusunun davamı üçün bu toxumaların hər 10 gündən bir yenilənməsi lazımdır. Son illərdə xərçəng müalicəsində yan təsirlərin bioloji və genetik mexanizmlərinin kəşfinə yönəlmiş araşdırmalar daha intensiv aparılır. Bu tədqiqatda siçan modellərində siqnal yollarının dad pozuntularındakı rolu araşdırılıb.
Araşdırmanın nəticələrinə görə,
- Hedgehog hüceyrədaxili siqnal yolunun fəallığı pozulduqda dad tumurcuqlarının sürətlə itməsi və papilla toxumasının quruluşunun pozulmağa başlaması müşahidə edilib.
Hedgehog siqnal yolu hüceyrə inkişafında və diferensiasiyasında rol oynayır. Xərçəngləşmədə mühüm yollardandır. Fəallığı pozulduqda hüceyrələr normal vəzifələrindən yayınır və müxtəlif hüceyrə tiplərinə çevrilməyə başlayır.
- Hedgehog fəallığı bərpa edildikdə isə dad tumurcuqlarının yaranmağa başladığı müşahidə edilib.
Bəs bu tədqiqat klinik baxımdan nə ifadə edir?
- Hedgehog siqnal yolunun dad duyğusundakı əhəmiyyətini kəşf edən ilk genetik tədqiqatdır.
- Xərçəngdə yan təsirlərin idarəsi xərçəng xəstələrinin həyat keyfiyyəti üçün çox vacibdir. Belə tədqiqatlar daha təsirli yan təsir idarəsi strategiyalarının hazırlanmasına işıq tutur.
- Hedhehog siqnal yolu inhibitorları nəticəsində dad duyğusunda pozuntular yaranır. Bu yola təsir edən dərmanların dad tumurcuqlarını zədələməsinin qarşısını alan strategiyalar hazırlana bilər.
Mənbələr
Maintenance of Taste Organs Is Strictly Dependent on Epithelial Hedgehog/GLI Signaling,
PLoS Genet,1015 12(11): e1006442
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.