Yaşlı xəstələr mastektomiyadan sonrakı döş rekonstruksiyasından gənclər qədər faydalanır

Döş rekonstruksiyası döş xərçəngi əməliyyatından sonra döşün yenidən yaradılmasıdır. Bu sahədə ixtisaslaşmış plastik cərrahlar tərəfindən aparılır. Döş cərrahiyyəsi ilə eyni vaxtda və ya sonrakı dövrlərdə tətbiq edilə bilər. Rekonstruksiya üçün şəxsin öz bədən toxumaları, silikon və ya toxuma genişləndirici implantlar, yaxud bunların kombinasiyası istifadə edilə bilər.
Döş rekonstruksiyası, döş xərçəngi cərrahiyyəsinin sanki olmazsa olmazları arasına girmişdir. Əvvəllər döş xərçəngi yalnız ümumi cərrahların müalicə etdiyi xəstəlik ikən bu gün təcrübəli mərkəzlərdə tək xəstənin müalicəsinə təxminən 10 həkim qatılır (multidissiplinar xərçəng müalicə komandası) və xəstəyə ən uyğun müalicə planı, rekonstruksiyaya uyğunluğu bu komanda tərəfindən müəyyən edilir.
Əksərən gənc xəstələr üçün döş rekonstruksiyası düşünülsə də, döş itkisi hər yaşdan qadına həm fiziki, həm psixoloji mənfi təsir edir. Həmçinin döş xərçənginə tutulanların təxminən %40-ı 60 və daha yuxarı yaşdadır.
Tədqiqat
Bu düşüncələrdən çıxış edərək yaşlı qadınlarda döş rekonstruksiyası əməliyyatının nəticələrinin gənc xəstələrlə müqayisə edildiyi genişmiqyaslı araşdırma aparılmışdır. Journal of the American College of Surgeons adlı jurnalda dərc edilmiş tədqiqata ABŞ və Kanadadakı 11 mərkəzdən döş xərçəngindən sonra rekonstruksiya əməliyyatı keçirmiş 1531 qadın qatılmışdır. Xəstələr əməliyyatdan 2 il sonra klinik olaraq və verdikləri rəylər (psixoloji, fiziki və cinsi baxımdan) əsasında yaş qruplarına görə qiymətləndirilmişdir.
Görülmüşdür ki, həm tibbi nəticələr, həm də xəstə rəyləri baxımından yaşlılarda döş rekonstruksiyası əməliyyatları müsbət qiymətləndirilmişdir. Həmçinin yaşlılarda rekonstruksiya əməliyyatı düşünüldüyünün əksinə daha çox əməliyyatsonrası ağırlaşmaya (qanama, ağrı, infeksiya kimi) səbəb olmamışdır.
Nəticə olaraq hər yaşdan döş xərçəngli xəstə ümumi sağlamlıq vəziyyəti və onkoloji baxımdan (kütlənin ölçüsü və xəstəlik mərhələsi kimi) uyğun olduqda döş rekonstruksiyası üçün qiymətləndirilməlidir.
Mənbələr
Racial and age disparities persist in immediate breast reconstruction: an updated analysis of 48,564 patients from 2005 to 2011.
American College of Surgeons National Surgery Quality Improvement Program data sets. Am J Surg. 2016 Jul;212(1):96-101.
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.