2017 Xərçəngdə yeniliklər hesabatı 2: xəstə mərkəzli müalicələr, klinik tədqiqatlar, yeni dərmanlar

Xərçəngli xəstələr 21-ci əsrin şəraitində müalicə olunub ömür müddətlərini uzadır, həm də daha keyfiyyətli, daha dolğun həyat qazanırlar. Aparılan tədqiqatlar sayəsində xərçəngin hər növündə sağqalım nisbətləri getdikcə artır. Fiziki baxımdan xəstəliyi sağaltmaq əsas hədəfimizdir, lakin insanı %100 sağlam qəbul etmək üçün psixoloji sağlamlığı da yaxşı olmalıdır. Xərçəng yalnız bə və yeni müalicə yanaşmalarında psixososial ehtiyaclara daha çox əhəmiyyət verilir.
İnkişaf edən texnologiya ilə səhiyyədə məlumatın asan əldə olunduğu dövrdə yaşayırıq. Xəstələr xəstəlikləri və müalicələri haqqında verilən qərarlara fəal fikir bildirə bilirlər. Mövzu xərçəng görüntüləmə üsullarına, tədbirlərə və hətta müalicə seçiminə gələndə xəstənin emosional vəziyyəti və dəyərləri nəzərə alınaraq seçim edilir. Qərarları mütləq həkimin verdiyi dövrlər geridə qalır, xəstənin daha ön planda olduğu müalicə protokolu izlənilir. Hədəfə yönəlmiş dərmanlar hazırlanarkən genetika ilə yanaşı həyat tərzi və ətraf mühit amilləri də nəzərə alınır.
Hər xərçəng xəstəsinin ən yaxşı müalicə və qayğı alması təmin edilməlidir. Hazırlanmaqda olan veb əsaslı tətbiqlərlə xəstə gündəlik şikayətlərini qeyd edə, xəstəliyi haqqında məlumat ala bilir. Naviqasiya tətbiqləri ilə müxtəlif yardımlar alır. Kimyaterapiyadan yaranan ürəkbulanmanın qarşısını almaq xəstələrin həyat keyfiyyətini yaxşılaşdırmaq üçün üzərində işlənilən digər mövzulardandır.
Klinik tədqiqatlara dövlət dəstəyi
Klinik tədqiqatlar dövlət və ya özəl sektor tərəfindən dəstəklənir. Lakin xərçəngdən qorunma, görüntüləmə üsulları və müalicə müqayisələri kimi mühüm tədqiqat işlərinə özəl sektor dəstəyi azdır, əsasən dövlət dəstəyi alırlar.
Xərçəng və digər tədqiqatlara verilən əhəmiyyət ölkənin inkişaf səviyyəsi və dəyərləri ilə də əlaqəlidir. İrəliləyişi sürətləndirir, sıçrayışlara yol açır, həyat xilas edir. Elmin bütün sahələrinə sərmayə gələcəyi proqnozlaşdırmağımıza imkan verir. Bəlkə də gələcəkdə xərçəngin və ömür müddətini azaldan digər xəstəliklərin qarşısını ala bilərik.

Cədvəl: 1 noyabr 2015-31 oktyabr 2016 tarixləri arasında FDA təsdiqi almış xərçəng dərmanları:
|
Yeni təsdiqlər |
Hansı hallarda? |
Təsdiq tarixi |
|
Osimertinib |
Metastatik EGFR T790M mutasiyalı qeyri-kiçik hüceyrəli ağciyər xərçəngi / EGFR TKI müalicəsi zamanı və ya sonrasında pisləşmə (proqressiya) göstərən |
Noyabr 2015 |
|
Daratumumab |
Əvvəllər 3 və ya daha çox xətt müalicə almış çoxsaylı mieloma xəstələri üçün |
Noyabr 2015 |
|
Ixazomib |
Əvvəllər ən azı 1 xətt müalicə almış çoxsaylı mielomanın müalicəsində Lenalidornidin və dexamethasone ilə kombinasiyada |
Noyabr 2015 |
|
Necitumumab |
Metastatik skuamoz (yastı) hüceyrəli qeyri-kiçik hüceyrəli ağciyər xərçənginin müalicəsinin ilk xəttində gemcitabine və cisplatin ilə birləşdirilərək istifadə olunur |
Noyabr 2015 |
|
Alectinib |
İrəliləyən metastatik, ALK müsbət qeyri-kiçik hüceyrəli ağciyər xərçəngində / crizotinibə dözümsüzlük hallarında |
Dekabr 2015 |
|
Venetoclax |
17p delesiyası olan KLL (xroniki limfositar leykoz) xəstələrində bir və ya bir neçə müalicədən sonra |
Aprel 2016 |
|
Cabozantinib |
İrəliləmiş böyrək xərçəngində əvvəlki antiangiogen (yeni damar yaranmasının qarşısını alan) müalicədən sonra |
Aprel 2016 |
|
Atezolizumab |
Yerli irəliləmiş və ya metastatik urotelial karsinomalarda platin tərkibli kimyaterapiyadan sonra və ya müalicə zamanı, yaxud neoadyuvant-adyuvant müalicənin 12 aylıq müddəti ərzində platin tərkibli kimyaterapiya ilə birlikdə verilir. |
May 2016 |
Cədvəl 2: noyabr 2015-31 oktyabr 2016 tarixləri arasında FDA təsdiqi almış xərçəng dərmanları içindən əvvəllər başqa göstərişlər üçün təsdiqi olub yeni istifadə sahəsi müəyyən edilmiş dərmanlar
|
Yeni istifadələr |
Hansı hallarda? |
Təsdiq tarixi |
|
Trametinib və Dabrafenib |
BRAFV600E və ya V600K mutasiyası aşkarlanmış metastatik melanoma (dəri xərçəngi) |
Noyabr 2015 |
|
Nivolumab |
İrəliləmiş böyrək xərçəngində əvvəlki antiangiogen müalicədən sonra |
Noyabr 2015 |
|
Ofatumumab |
Təkrarlayan və ya irəliləyən KLL xəstələrində bir-iki müalicədən sonra qismən və ya tam cavab verilən hallardan sonra |
Yanvar 2016 |
|
Eribulin |
İlk antrasiklin tərkibli müalicədən sonra metastatik liposarkomalarda |
Yanvar 2016 |
|
Palbociclib |
Hormon reseptoru müsbət, HER2 mənfi, irəliləmiş və metastatik süd vəzi xərçəngi xəstələrində endokrin müalicədən sonra fulvestrantla kombinasiyada |
Fevral 2016 |
|
Obinutuzumab |
Follikulyar limfomanın müalicəsi üçün bendamustine ilə kombinasiyada |
Fevral 2016 |
|
Everolimus |
İrəliləyən, yaxşı diferensiasiyalı, qeyri-funksional həzm sistemi və ya ağciyər mənşəli neyroendokrin şişlər |
Fevral 2016 |
|
Crizotinib |
ROS1 müsbət metastatik qeyri-kiçik hüceyrəli ağciyər xərçəngində |
Mart 2016 |
|
Lenvatinib |
Əvvəllər antiangiogen dərman almış irəli mərhələ böyrək xərçəngində everolimusla kombinasiyada |
May 2016 |
|
Nivolumab |
Təkrarlayan klassik Hodgkin limfomalarında və ya autoloji hematopoetik kök hüceyrə transplantasiyasından sonra proqressiya halında |
May 2016 |
|
EGFR mutasiya testi v2 |
Qeyri-kiçik hüceyrəli ağciyər xərçəngində erlotinib dərmanının uyğunluğu üçün EGFR genində ekzon 19 delesiyası və ya ekzon 21 əvəzetmə mutasiyalarının aşkarlanması üçün |
İyun 2016 |
|
Pembrolizumab |
Təkrarlayan və ya metastatik skuamoz (yastı) baş-boyun xərçənglərində platin tərkibli kimyaterapiyadan sonra və ya platin zamanı proqressiya olarsa |
Avqust 2016 |
|
Atezolizumab |
Metastatik qeyri-kiçik hüceyrəli ağciyər xərçəngində platin tərkibli kimyaterapiyadan sonra və ya müalicə zamanı proqressiya inkişaf etdikdə |
Oktyabr 2016 |
Mənbələr
Clinical Cancer Advances 2017: Annual Report on Progress Against Cancer From the American Society of Clinical Oncology.
J Clin Oncol 35. 2017 by American Society of Clinical Oncology
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.