4. mərhələli ALK-müsbət ağciyər xərçənginin müalicəsi üçün Brigatinib FDA təsdiqi aldı

28.04.2017 tarixində FDA metastatik (4. mərhələ), ALK-müsbət kiçik hüceyrəli olmayan ağciyər xərçənginin müalicəsində brigatinibə (ticarət adı Alunbrig) sürətləndirilmiş təsdiq verdi. Bu təsdiq anaplastik limfoma kinaza (ALK) müsbət olan, krizotinib müalicəsi altında xəstəliyi pisləşən (proqressiya edən) və ya yan təsirləri səbəbindən krizotinibə davam edə bilməyən 4. mərhələli kiçik hüceyrəli olmayan ağciyər xərçəngli xəstələr üçün verilib.
Brigatinibin təsir mexanizmi necədir?

Xərçəng hüceyrələri keçirdikləri bəzi dəyişikliklərlə normal hüceyrədən daha sürətli çoxalma xüsusiyyəti qazanır. Yeni hazırlanmış dərmanların mühüm hissəsi bu dəyişiklikləri tanımaq və hədəfləmək xüsusiyyətinə malikdir. Bunlar ağıllı və ya hədəfə yönəlmiş dərman adlandırılır. Yuxarıda mürəkkəb görünən şəkildə xərçəngli hüceyrələrin malik olduğu hədəflərin və bu hədəflərə qarşı hazırlanmış dərmanların kiçik hissəsi sxemləşdirilib. Bunlardan biri şəklin sağ tərəfində görə biləcəyiniz ALK-EML4 reseptoru və bu reseptoru hədəfləyən Brigatinibdir.
Brigatinib ALK (anaplastik limfoma kinaza) inhibitoru dərmandır. ALK reseptoru insanlarda ALK geni tərəfindən kodlaşdırılan, böyümə və çoxalmaya cavabdeh reseptordur. ALK EML4 ilə birləşdikdə ağciyər xərçəngini tətikləyə bilər. Siqaret çəkməyənlərdə müşahidə edilən ağciyər xərçənginin səbəblərindən biri də budur. Brigatinib bu birləşmiş genin fəaliyyətini basdırır. EML4-ALK birləşmə geni kiçik hüceyrəli olmayan ağciyər xərçənglərinin təxminən %5-inə cavabdehdir. Bu nisbət az görünə bilər, lakin ağciyər xərçənginin dünyada ən çox müşahidə edilən xərçəng olduğu düşünülsə, bu nisbət ildə 70 min yeni ağciyər xərçəngi xəstəsinə uyğun gəlir.
Sürətləndirilmiş FDA təsdiqi, regional irəliləmiş (lokal irəli) və ya metastatik ALK-müsbət, krizotinib müalicəsi altında proqressiya edən, klinik əhəmiyyətli və uzunmüddətli ümumi cavab nisbəti göstərən kiçik hüceyrəli olmayan ağciyər xərçəngli xəstələrdə aparılmış müqayisəsiz, ikiqollu, açıq etiketli, çoxmərkəzli klinik tədqiqata əsaslanır (ALTA tədqiqatı). Tədqiqatdakı bütün xəstələrin şişlərində ALK-müsbətlik FDA təsdiqli testlə sənədləşdirilib.
Brigatinib istifadə edən xəstələrdə ən çox müşahidə edilən yan təsirlər ürəkbulanma, ishal (diareya), yorğunluq, öskürək və baş ağrısıdır. Ən çox müşahidə edilən ciddi yan təsir isə pnevmoniyadır.
Brigatinibin tövsiyə edilən doza rejimi ilk 7 gün ərzində ağızdan gündə bir dəfə 90 mg-dır; sonra yaxşı qəbul edilərsə, gündə bir dəfə ağızdan 180 mg-a yüksəldilə bilər.
Mənbələr
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.