5 yaşlı Garrett vəsiyyəti və yetkinliyi ilə bütün dünyanı ağlatdı

Bu məqalədə
Ölüm! Danışmaqdan qaçdığımız, çox vaxt eşitməyə belə dözə bilmədiyimiz həyatın qaçılmaz həqiqəti. Ölümü danışmayan ölkənin insanları ölüm prosesini və sonrasını necə yaxşı idarə edə bilər? Nənəm mən kiçik olanda özü üçün “Allah yaxşı ölüm versin, balam” deyərdi və nə demək istədiyini anlamazdım. İndi isə yaşım 50-dir. Minlərlə ölüm prosesinə şahid olmuş onkoloq kimi ölümü danışa və ölüm prosesini anlatmağı bacara bilmirəmsə, bu, yalnız mənim çatışmazlığım ola bilməz. Sizcə, cəmiyyət kimi ölümü sorğulamaq və onu layiq olduğu ən gözəl yerə qoymaq vaxtımız gəlməyibmi? İnanın mənə, ölümü danışa bilməyən cəmiyyətlər həyatın özünü heç danışa bilməz, dəyərini də bilməz. Bu gün sizə sorğulamaqdan yorulduğum daxili sızıltımla məni üzləşdirən xərçəngli uşağın hekayəsini təqdim edəcəyəm. Ölümün qədrini ən az həyat qədər bilməyiniz diləyi ilə...
Garrett Matthias-ın təbəssüm və göz yaşları ilə dolu hekayəsi
6 iyulda, hələ 5 yaşında ABŞ-ın Iowa şəhərində həyata gözlərini yuman Garrett Matthias-a nadir xərçənglərdən birinin diaqnozu qoyulmuşdu. Garrett temporal (gicgah) sümüyünü və kəllə sinirini tutan xərçənglə mübarizə aparırdı. Valideynləri xəstəliyinin terminal dövrdə olduğunu öyrəndikdə, böyüklərin belə düşünməkdən çəkindiyi dəfn kimi məsələləri Garrett-la məsləhətləşməyə qərar verdilər. Dəfn mərasiminin necə keçiriləcəyini ondan soruşdular və ölüm elanını birlikdə hazırladılar.
Garrett-dan sevimli superqəhrəmanları soruşulduqda, “Batman… və Thor, Iron Man və Hulk və Cyborg” cavabını verdi.
Ən sevdiyi rənglər barədə də həm çox qətiyyətli, həm də bir o qədər çaşqın idi: “Mavi… və qırmızı və qara və yaşıl”
Böyüyəndə peşəkar boksçu olmaq istədiyini deyirdi və özünü bir “Bulldog!” kimi təsvir edirdi.
Ən sevdiyi insanları sıralamağa isə anası, atası və bacısından başlayırdı. Yaxın ailədən sonra siyahı belə davam edirdi: yeni ev alan baba və nənə, sonra da karavanlı baba və nənə… Siyahıda onlardan sonra əmi-dayı uşaqları, üfunətli əmisi, əziz xalası və dayıları var idi. Ən sonda isə Batman!!!.
Ən çox sevdiyi şeylərin başında bacısı ilə oynamaq, treş-metal dinləmək və mavi dovşanı gəlirdi. Batman da o siyahıda özünə yer tapmışdı. Nifrət etdikləri isə şalvarlar, murdar axmaq xərçəng.

Garrett “öləndə qorilla olacağını və atasına nəcis atacağını” deyir. "
Yandırılmaq, yoxsa basdırılmaq istəyirsən?” sualına cavab olaraq “Thor-un anası kimi yandırılmaq və qorilla olanda yaşayacağı ağaca çevrilmək” istədiyini bildirir.
Garrett-dan necə dəfn mərasimi istədiyi soruşulduqda bu cavabı verir: “Dəfnlər kədərlidir: mən — 5 yaşım olduğu üçün — 5 şişmə oyun evi, Batman və dondurma istəyirəm”
Garrett-ın ailəsi 14 iyulda keçiriləcək mərasimdə uşaqlarının istəklərinin demək olar hamısının yerinə yetiriləcəyini açıqladı. Dəfn “festival ab-havasında” keçəcək; beş şişmə oyun evi, başqa oyunlar və atəşfəşanlıq olacaq. Bir oxatan qonşularının gölməçəsində Garrett-ın külünü daşıyacaq kiçik qayığa alovlu ox atacaq.
Lakin ailə, küldən necə ağac hazırlayacaqlarını həll edənədək Garret-ın külünü saxlamağa qərar verib.
5 yaşında həyata — gülər üzünü bizimlə qoyaraq — vida edən Garrett-ın ölüm elanı “Sonra görüşərik, uğursuzlar! — Möhtəşəm Garrett Qısatuman” deyə bitir.
Mənbələr
Haber - Derin Koçer
2. Terminally ill boy, five, writes own obituary: 'See ya later, suckas!'
theguardian.com - 14 Jul 2018
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.