Ağciyər xərçəngi diaqnozundan əvvəl belə siqareti buraxmaq ömrə müsbət təsir edir

Xüsusilə uzun müddət siqaret çəkən insanlarda zərərin geri dönməz olacağı düşüncəsi geniş yayılıb. Ancaq mövcud sübutlar siqareti buraxmağın hər vəziyyətdə faydalı olduğunu və ömrə töhfə verdiyini göstərir.
Aline F. Fares və həmkarlarının ASCO 2020 Virtual Konqresinə göndərdikləri tədqiqat xülasəsinə görə, ağciyər xərçəngi diaqnozu qoyulmazdan əvvəlki 2 il ərzində belə siqareti buraxmaq sağqalımı / həyatda qalma nisbətlərini artıra bilər.
Siqareti buraxmaq üçün heç vaxt gec deyil
Tədqiqatda Beynəlxalq Ağciyər Xərçəngi Konsorsiumunun apardığı 17 tədqiqata daxil edilmiş, ağciyər xərçəngi diaqnozlu 34.649 xəstənin məlumatından istifadə edildi.
Diaqnoz anında xəstələrin % 41-i fəal siqaret çəkirdi, % 41-i siqareti buraxmışdı, % 18-i isə heç siqaret çəkməmişdi.
Buna görə hər hansı səbəbdən ölüm riski ağciyər xərçəngi diaqnozundan 5 il əvvəl siqareti buraxmış şəxslərdə % 20 azalmışdı. Diaqnozdan 2-5 il əvvəl siqareti buraxan xəstələrdə ölüm riski % 17, diaqnozdan əvvəlki 2 il ərzində buraxanlarda isə % 12 azalmışdı.
Analizlərdə xəstənin cinsi, xəstəliyin mərhələsi, histologiyası və ya çəkilən paket-il göstəricisindən asılı olmayaraq ümumi sağqalım üstünlüyü aydın idi. Hətta çox siqaret çəkən insanların “zərərin geri dönüşü olmayacaq” düşüncəsinin əksinə, çox siqaret çəkənlərdə siqareti buraxmaq daha böyük ümumi sağqalım üstünlüyü verirdi (çox siqaret çəkən dedikdə “30 il ərzində gündə 1 paket” və ya “15 il ərzində gündə 2 paket” və daha çox siqaret istifadə edən şəxslər nəzərdə tutulur).
Həmçinin xəstəlik diaqnozundan 5 il və daha əvvəl siqareti buraxmış şəxslərdə ağciyər xərçənginə xas sağqalım % 15 yaxşılaşmışdı. Son dövrdə siqareti buraxanlarda ağciyər xərçənginə xas sağqalımda yaxşılaşma istiqamətində nəzərəçarpan meyl müşahidə edilmədi. Ümumi sağqalım heç siqaret çəkməyənlərdə hazırda çəkənlərdən yüksək tapıldı.
Nəticə olaraq; siqaret istifadəsinin ağciyər xərçənginin ən böyük risk amili olduğu aydın həqiqətdir. Bununla yanaşı, ağciyər xərçəngi diaqnozundan əvvəl şərait nə olursa olsun siqareti buraxmaq hər hansı səbəbdən ölüm riskini azaldır və bu nisbətlər qısaca belədir:
- Diaqnozdan 5 il və daha əvvəl buraxanlarda: % 20
- Diaqnozdan əvvəlki 2-5 il aralığında buraxanlarda: % 17
- Diaqnozdan əvvəlki 2 il ərzində buraxanlarda: % 12
Nəticələrə əsasən siqareti buraxmağın – hansı dövrdə olursa olsun – üstünlük verdiyi aydındır.
Mənbələr
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.