Ağciyər Xərçənginə Yüksək Dəqiqliklə Erkən Diaqnoz Qoyan Təlimli İt

İtlərin üstün bacarıqları adətən məhkəmə tibbində qoxu ilə narkotik tapmaq və ya cinayətkarları izləmək üçün istifadə olunur. Bununla yanaşı, yalnız ağciyər xərçənginin qoxusunu aşkar etmək üçün itlərdən istifadə onkoloq və xəstələr üçün eşidilməmiş yeni imkandır.
Kanadanın Toronto şəhərində Ağciyər Xərçəngi 19. Dünya Konfransı-nda təqdim edilən İspaniya tədqiqatının nəticələri % 99 spesifiklik və % 97 həssaslıqla bədxassəli ağciyər düyünlərinin (ağciyər xərçənginin) diaqnostikasında təlimli it istifadəsinin mümkün olduğunu göstərdi.
Araşdırmanın baş müəllifi Dr. Guirao xəstəliklərin uçucu üzvi birləşmələrin (VOC) quruluşunu dəyişdirdiyini və bunun xərçəng daxil hər hansı xəstəliyi aşkar etməkdə istifadə edilə biləcəyini izah edib əlavə edir: «Nəfəslə xərçəngin aşkarı yeni fikir deyil. Lakin uçucu üzvi birləşmə nümunələrinin təhlili bahalı və mürəkkəb texnologiya tələb edir və bu üsulların ayırdetmə gücü biosensor sayı ilə məhduddur. İtin qoxubilmə duyğusu mövcud ən yaxşı texnologiyadan daha yüksək biosensor sıxlığına malikdir.»
Əvvəlki tədqiqatda Dr. Guirao və həmkarları təlimli itin - Labrador retriever və pitbull qarışığının - ağciyər xərçənginin hər mərhələsini aşkar edə bildiyini göstərmişdi. Bu tədqiqatda, Blat adlı it xərçəngli və sağlam şəxslərin qaz nümunələrində ağciyər xərçəngini %98 dəqiqlik və %95 həssaslıqla tanıya bildi.
Tədqiqatçılara görə ağciyər xərçəngi toxumasının hələlik yalnız itlərin ayıra bildiyi xüsusi qoxusu var və Blat çox kiçik (3 cm-dən də kiçik) ağciyər şişlərini aşkar edə bilir.

Təlimli İtlə Ağciyər Xərçəngində Erkən Diaqnoz Tədqiqatının Təfərrüatları
Prospektiv (gələcəyə yönəlmiş) tədqiqat erkən mərhələ (25-i mərhələ 1A) ağciyər xərçəngli 30 xəstə və 18-i KOAH (xroniki obstruktiv ağciyər xəstəliyi) olan 77 sağlam şəxsdən alınan nümunələrlə aparıldı.
Nəfəs nümunələri xüsusi kristal boruya köçürüldü.
Blat mükafata əsaslanan öyrənmə üsulu ilə 4-5 aya təlim aldı. Əvvəl hədəf qoxuya (ağciyər xərçəngli xəstənin nəfəs qazına) məruz qaldı, sonra onu mükafatla əlaqələndirməyi, yadda saxlamağı, tanımağı öyrədən mükafat aldı.
İt 1: 4 nisbətində ağciyər düyünlü və düyünsüz nümunələrlə qarşılaşdırıldı. Xərçəng nümunəsi olan borunun yeri hər dəfə dəyişdirildi. İti mütəxəssis təlimçi seçib yetişdirdi və təlimçiyə görə demək olar hər it bu məqsədlə yetişdirilə bilər.
Blat ağciyər xərçəngli şəxslərin 90 nəfəs nümunəsi və nəzarət şəxslərinin 382 nəfəs nümunəsi ilə öyrədildi.
Dr. Guirao-ya görə «Bu nəticələr ağciyər xərçəngi xəstələrinin nəfəsinin fərqli qoxusu olduğunu sübut edir (müəyyən uçucu üzvi birləşmələrin imzasına bağlı). Çətinlik qoxuları itlər qədər yaxşı aşkar edən uyğun texnologiyanı (məsələn e-burun ?) hazırlamaqdır.»
Yanaşmanın xəstənin idarəolunmasına təsiri soruşulduqda Dr. Guirao itlərin ağciyər xərçəngi skrininq proqramlarının hazırlanmasında çox faydalı ola biləcəyini bildirdi. «Yeni qeyri-invaziv (müdaxiləsiz) ağciyər xərçəngi diaqnostika üsullarının hazırlanmasında əsas rol oynayan spesifik VOC-lərin aşkarlanmasında itlərin köməyinin zəruri olacağını düşünürük» dedi və əlavə etdi «Ağciyər xərçəngi skrininq proqramlarının hazırlanması zəruridir və VOC və ağciyər xərçəngi nəfəs aşkarlanmasının kompüter tomoqrafiyası skrininq tövsiyələri ilə birlikdə istifadə oluna biləcəyini düşünürük.»
Nəticə olaraq, itlərin ağciyər xərçənginin erkən diaqnozunda rol alacağını demək çox praktik olmasa da, bu bacarıqları erkən diaqnozda istifadə edilə biləcək yeni yollara qapı açır.
Mənbələr
Trained dogs can identify malignant pulmonary nodules in exhaled gas. Presented at: International Association for the Study of Lung Cancer World Conference on Lung Cancer 18th Annual Meeting; Toronto, Canada: September 23-26, 2018. Abstract MA03.11.
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.