Can dostlarımız ev heyvanları xərçəng müalicəsində yanımızdadır

Bu məqalədə
Can dostlarımız olan itlər, pişiklər və digər ev heyvanlarımız bizi xoşbəxt edir. Bəs can dostlarımız xərçəng müalicəsi prosesində xəstələrin necə yanında ola bilər?
Heyvan dəstəkli terapiya xüsusilə son illərdə bəzi ölkələrdə diqqət çəkməyə başlamışdır. Bəs mehriban heyvan dostlarımızın emosional və fiziki yaxşılaşmada faydaları nələr ola bilər? Xərçəng xəstələrinin müalicəsində rolu nə ola bilər?
Heyvan dəstəkli terapiyanın qısa tarixi
Heyvan dəstəkli terapiya psixoanalitik Sigmund Freud-un 19-cu əsrdə psixi və sinir xəstələri üçün istifadəsi ilə tanınmışdır. 1976-cı ildə ilk dəfə fiziki xəstəliklərdə istifadə olunmağa başladığı məlumdur. Son illərdə isə xüsusilə Amerika və İngiltərə başda olmaqla fiziki və psixi xəstəliklərin müalicəsində köməkçi olaraq istifadə edilir.
Heyvan dəstəkli terapiyanın faydaları
Mövzu üzrə tədqiqatlara baxdıqda heyvanların həm fiziki, həm də emosional yaxşılaşmada faydalı təsirləri tapılmışdır. Araşdırmalara görə heyvan dəstəkli terapiyanın faydaları:
- Rahatladaraq nəbzi azaldır,
- Qan təzyiqini azaldır,
- Xroniki ağrıları azaldır,
- Stress səviyyəsini azaldır,
- Sakitləşdirir,
- Xəstələrin narahatlıqlarını azaldır,
- Sosial təcrid və tənhalıq halını azaldır,
- Yaşamaq arzusunu güclü saxlayır.
Yalnız xəstələrin fiziki və emosional yaxşılaşmasına kömək etmir, xəstə yaxınlarının, ailələrinin və tibb bacılarının da daha yaxşı hiss etməsini təmin edir. Məsələn, ağrının idarə edilməsi ilə bağlı 235 xəstə, 34 xəstə yaxını, 26 xəstəxana əməkdaşı olmaqla ümumilikdə 295 şəxsin qatıldığı araşdırmada heyvan dəstəkli terapiya 2 ay ərzində xəstələrdə sınanmışdır. Nəticədə stress, ağrı və əhval ilə bağlı diqqətdən kənarda qalmamalı olan %23 yaxşılaşma qeydə alınmışdır.

Heyvan dəstəkli terapiyanın xərçəng xəstələrinə faydaları
Heyvanlarla terapiya araşdırmalarına baxdıqda, məsələn, Alzheimer xəstəliyinə təsirlər daha az olsa da, xərçəng xəstələrində müsbət irəliləyişlər diqqətdən kənarda qalmamalı səviyyədədir. Məsələn, radioterapiya alan xəstələr üzərində aparılmış araşdırmada itlərlə terapiya tətbiq olunan xəstələrin sağlamlığında itlərin ziyarət etmədiyi nəzarət qrupu xəstələrindən daha çox yaxşılaşma müşahidə edilmişdir. Başqa araşdırmada isə kimyaterapiya alan xəstələrdə qandakı oksigen səviyyəsinin artdığı, həmçinin depressiyalarının azaldığı görülmüşdür.
Xərçəng xəstələrində önə çıxan faydaları:
- Ağrıları azaltmağa,
- Stressi azaltmağa,
- Yorğunluğu azaltmağa çox kömək etmişdir.
Bəs necə işə yarayır?
Pet terapiyası kimi də tanınan heyvan dəstəkli terapiyanın necə fiziki və emosional yaxşılaşma təmin etdiyinə dair müxtəlif nəzəriyyələr vardır. İlk növbədə heyvanlarla ünsiyyətdə olmaq, onları sevmək və onların qarşılıqsız sevgisi şübhəsiz hamımıza yaxşı hiss etdirir.
Heyvanlarla aparılmış araşdırmada xüsusilə itlərlə işlənmiş və qanda stress hormonu kimi də təsvir edə biləcəyimiz kortizol səviyyəsinin azaldığı tapılmışdır. Bioloji olaraq stress reaksiyasının itlə 5 dəqiqə vaxt keçirdikdən sonra azaldığı müəyyən edilmişdir. Başqa araşdırmada isə it dəstəkli terapiyanın katexolamin, yəni adrenalin, norepinefrin və dopamin kimi stress halında qandakı səviyyələri yüksələn neyrotransmitter adlanan kimyəvi maddələri azaltdığı görülmüşdür.
Heyvan dəstəkli terapiyanın riskləri nələr ola bilər?
Can dostlarımız bizi xoşbəxt etsə də, sağlamlıq baxımından diqqət edilməli hallar ola bilər.
- Allergiya riski nəzərə alınmalıdır. Bəzi insanların tüklü heyvanlara allergiyası vardır, bu halda ehtiyatlı olmaq lazımdır.
- İmmun sistemi basqılanmış, aktiv kimyaterapiya alan xəstələr əvvəlcə onkoloqları ilə məsləhətləşməlidirlər (leykoz və limfoma kimi qan və sümük iliyi xərçənglərinin müalicəsini alan xəstələrin immun sistemi digər xərçəng müalicəsi alanlardan daha zəifdir).
- Heyvanlarla təmasın az ehtimallı da olsa insanlara xəstəlik yoluxdurma riskləri ola bilər. Bu ev heyvanlarının peyvənd və baytar həkim yoxlamalarının aksatılmadığına əmin olmaq lazımdır.
- Heyvan qorxusu olan xəstələrdə yaxşı fikir olmaya bilər. Məsələn, bəzi insanlar itlərdən çox qorxurlar.
- Heyvanların da canlı olduğu unudulmamalıdır. Onları incidəcək və ya zərər verəcək hər vəziyyətdən qaçılmalıdır.
Mənbələr
Animal-Assisted Therapy in Patients Hospitalized With Heart Failure.
American Journal of Critical Care, 2007
2- Orlandi M, Trangeled K, Mambrini A ve ark.
Pet therapy effects on oncological day hospital patients undergoing chemotherapy treatment.
Anticancer Research, 2007
3- Marcus, D.
The science behind animal-assisted therapy.
Current Pain and Headache Report. 2013
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.