ASCO 2020 B.J. Kennedy Mükafatı geriatrik onkologiya tədqiqatlarına görə Dr. Andrew E. Chapman-a verildi

Byrl James “BJ” Kennedy “Tibbi onkologiyanın atası” sayılan amerikalı həkim idi. 1972-də tibbi onkologiyanın qurucusu olmuşdu. İllərlə onkologiyaya əmək verən Dr. Kennedy 6 aprel 2003-də çoxsaylı mielomdan vəfat etdi..
2007-ci ildən ASCO (Amerika Klinik Onkologiya Cəmiyyəti) BJ Kennedy-nin şərəfinə onun adı verilmiş mükafatı yaşlılarda xərçəngin araşdırılması, diaqnozu və müalicəsinə fövqəladə töhfə verən alimlərə təqdim etməyə başladı.
2020-ci ilin BJ Kennedy Mükafatı geriatrik (yaşlı) onkologiya sahəsindəki tədqiqatlarına görə Dr. Andrew E. Chapman-a layiq görüldü. Açıqlamasında “Bu mühüm mükafatı almaqdan şərəf duyuram” deyirdi Dr. Chapman. “Mükafat yalnız mənim üçün deyil, bütün geriatrik onkologiya ailəsi üçün vacibdir. Bu mükafat ASCO İllik Toplantısında sahəmizi hər il yadda saxlamağa kömək edir.”
Artan ehtiyac
Əhali yaşlandıqca xərçəng hallarının və sağ qalan yaşlı xəstələrin sayında əhəmiyyətli artım olacağı sirr deyil. Praktikada Dr. Chapman illərdir bu yaşlı əhalini müalicə etməyin çətinliyi ilə üzləşir.
“Philadelphia-nın şimal-şərqində işlədiyim yerdə xərçəng diaqnozu qoyulan xəstələrin orta yaşı 80-li yaşların ortaları idi,” deyə bildirirdi Dr. Chapman. “Bu xəstələri görəndə uzun müddət böyük məyusluq hiss etdim, çünki onlar üçün edə biləcəyimiz və etməli olduğumuz daha çox şey ola biləcəyini düşünürdüm.”
O vaxt Dr. Chapman bir çox tibbi onkoloq kimi yaşlı xərçəng xəstələrini necə müalicə etməyi bilirdi; onsuz da xəstələrinin böyük əksəriyyəti bu əhali qrupuna aid idi. Yenə də bir gün “geriatrik onkologiya” barədə panelə qatıldı.
“Bu həqiqətən marağımı çəkdi,” dedi Dr. Chapman. “Ədəbiyyata baxmağa başladım və xüsusilə yaşlı xəstələrin ehtiyaclarını qarşılamağa yönəlmiş sahə olduğunu görəndə təəccübləndim.”
Chapman aldığı ilhamla geriatrik onkologiya proqramına başladı və şöbəsindəki həmkarları ilə işləməyə başladı.
Chapman-a görə bu xəstələrin mürəkkəb müalicə prosesi vardı və komanda əsaslı qayğı lazım idi. Bütün məsələlər bütöv nəzərə alınmalı, xəstələrin qayğı müddətində nəyə nail olmaq istədiyi ön planda saxlanmalı idi.
Bu gün Chapman-ın komandası tibbi onkoloq, geriatr, əczaçı, qidalanma mütəxəssisi, sosial işçi və tezliklə qoşulacaq fizioterapevtdən ibarətdir. Yaşlı xərçəng xəstələrinə bütöv yanaşmaları ona bu dəyərli mükafatı gətirib.
Mənbələr
Dr. Andrew E. Chapman to Receive the 2020 B.J. Kennedy Award for a Lifetime of Work in the Field of Geriatric Oncology.
dailynews.ascopubs.org - 13 May 2020.
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.




Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.